Fənn · Biznesin idarə edilməsi

Maşın öyrənməsi və biznesdə tətbiqləriSillabus

MS-20166 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2016
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə maşın öyrənməsi (Machine Learning - ML) alqoritmlərinin əsas konseptlərini, data əsaslı modelləşdirmə prinsiplərini və bu texnologiyaların müxtəlif biznes sahələrində tətbiq olunma imkanlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində nəzarətli (supervised), nəzarətsiz (unsupervised) və gücləndirilmiş (reinforcement) öyrənmə modelləri, reqressiya, təsnifatlandırma (classification) və klasterləşdirmə (clustering) alqoritmləri tədris olunur. Tələbələr biznes məlumatlarının hazırlanması (data preprocessing), maşın öyrənməsi modellərinin təlimi və qiymətləndirilməsi, müştəri itkisinin proqnozlaşdırılması (Churn Analysis), kredit risklərinin təhlili, dələduzluq hallarının aşkarlanması (Fraud Detection) və satışların proqnozlaşdırılması kimi real biznes problemlərinin həllində ML modellarının tətbiqini mənimsəyəcəklər. Fənn tələbələrdə maşın öyrənməsi həllərini biznes strategiyalarına inteqrasiya etmək və verilənlərə əsaslanan optimal strateji qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • layihə əsaslı öyrənmə
  • komanda işi
  • case study
  • təqdimatlar
  • problem-based learning

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Biznes problemlərinin həlli üçün Maşın Öyrənməsi məsələlərini (Nəzarətli, Nəzarətsiz və Möhkəmləndirilmiş öyrənmə) düzgün təyin edir və formallaşdırır.

  2. CLO 2: Təsnifat (classification), reqressiya və klasterləşdirmə (clustering) alqoritmlərini (Decision Trees, Random Forest, SVM, K-Means) biznes datası üzərində tətbiq edir.

  3. CLO 3: Modelin dəqiqliyini və etibarlılığını qiymətləndirmək üçün müvafiq metrikaları (Accuracy, Precision, Recall, F1-score, ROC-AUC, RMSE) hesablayır və çarpaz doğrulama (cross-validation) aparır.

  4. CLO 4: Müştəri reqressiyası (churn), qiymətləndirmə, müştəri seqmentasiyası və resurs bölüşdürülməsi kimi biznes senariləri üçün ML modellərini optimallaşdırır.

  5. CLO 5: QURULMUŞ ML modellərinin biznes qərarlarına inteqrasiyası və interpretasiyası (feature importance, SHAP values) vasitəsilə strateji tövsiyələr hazırlayır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5