Ümumi məlumat
- Fənn kodu
- MS-2010
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə
- Auditoriyadan kənar saatlar
- a) 150 saat fərdi iş
Fənn haqqında
Bu fənn tələbələrə rəqəmsal mühitdə yeni biznes ideyalarının yaradılması, rəqəmsal məhsul və xidmətlərin inkişaf etdirilməsi, eləcə də rəqəmsal platformalar üzərində miqyaslana bilən startapların idarə olunması üçün zəruri olan konseptual bilik və praktiki bacarıqları aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində rəqəmsal biznes modelləri (SaaS, E-ticarət, Platforma, Freemium və s.), Lean Startup (Yığcam Startap) metodologiyası, Minimum Qəbul Olunan Məhsulun (MVP) hazırlanması və rəqəmsal transformasiya prinsipləri tədris olunur. Tələbələr rəqəmsal məhsul menecmenti, istifadəçi təcrübəsinin (UX/UI) biznesə təsiri, rəqəmsal kanallar vasitəsilə müştəri cəlbi (Growth Hacking), e-ticarət ekosistemləri və rəqəmsal startapların maliyyələşdirilməsi (vençur kapitalı, angel investisiya) yollarını mənimsəyəcəklər. Fənn tələbələrdə dinamik texnoloji trendlərdən istifadə edərək innovativ rəqəmsal layihələr qurmaq və onları qlobal bazara çıxarmaq vərdişlərini formalaşdırır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- layihə əsaslı öyrənmə
- təqdimatlar
- case study
Fənn təlim nəticələri (CLO)
CLO 1: Rəqəmsal ekosistemlərdə scalable (genişlənə bilən) startup ideyalarını müəyyən edir, Lean Startup (Çevik Startap) metodologiyası ilə minimum həyat qabiliyyətli məhsul (MVP) konsepsiyasını hazırlayır.
CLO 2: Rəqəmsal platforma və ekosistem iqtisadiyyatına uyğun biznes modellərini (SaaS, Freemium, Marketplace, B2B/B2C) layihələndirir və test edir.
CLO 3: İnnovativ rəqəmsal məhsulların inkişafı üçün çevik idarəetmə (Agile/Scrum) çərçivələrini və istifadəçi yönümlü dizayn (Design Thinking) prinsiplərini tətbiq edir.
CLO 4: Rəqəmsal startapların ilkin maliyyələşməsi üçün vençur kapitalı (VC), mələk investorlar və kraudfandinq alətlərindən istifadə strategiyasını tərtib edir.
CLO 5: Rəqəmsal bazara daxiloma (Go-To-Market) və məhsul-bazar uyğunluğu (Product-Market Fit) strategiyasını analitik göstəricilər (CAC, LTV, Retention) əsasında qiymətləndirir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |