Fənn · Biznesin idarə edilməsi

Beynəlxalq biznesdə risklərin idarə edilməsi

MS-20086 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə beynəlxalq biznes mühitində yarana biləcək mürəkkəb və çoxşaxəli risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və effekiv idarə olunması üzrə konseptual bilik və praktiki bacarıqları aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində ölkə və siyasi risklər, valyuta məzənnələrinin tərəddüdləri, xarici bazarlardakı hüquqi və tənzimləyici dəyişikliklər, eləcə də sərhədlərarası təchizat zəncirindəki qeyri-müəyyənliklər tədris olunur. Tələbələr beynəlxalq risklərin keyfiyyət və kəmiyyət analizi metodlarını, hedging (sığortalama) maliyyə alətlərini, xarici bazarlara daxilolma zamanı riskləri bölüşdürmə strategiyalarını (birgə müəssisələr, françayzinq və s.) və böhran vəziyyətlərində biznesin davamlılığının təmin edilməsi mexanizmlərini mənimsəyəcəklər. Fənn transmilli şirkətlərin və beynəlxalq ticarətlə məşğul olan subyektlərin qlobal bazarlarda qarşılaşdıqları təhdidləri neytrallaşdırmaq və strateji risk-menecment qərarları qəbul etmək vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Beynəlxalq biznes mühitində yaranan valyuta, ölkə/siyasi, ticarət və hüquqi riskləri eyniləşdirir və təsnifləndirir.

  2. CLO 2: Qlobal bazarlara daxiloma və xarici investisiyalar zamanı risklərin kəmiyyət və keyfiyyət analizi metodları ilə qiymətləndirilməsini aparır.

  3. CLO 3: Maliyyə və valyuta risklərini yumşaltmaq üçün törəmə maliyyə alətlərindən (fyuçers, svop, opsion) və hecinq strategiyalarından istifadə edir.

  4. CLO 4: Çoxmilli şirkətlər üçün qlobal təchizat zənciri risklərini və geopolitik dəyişikliklərə qarşı böhran idarəetmə planlarını layihələndirir.

  5. CLO 5: Beynəlxalq korporativ idarəetmə və uyğunluq (Compliance) standartlarına uyğun olaraq qlobal risk menecmenti çərçivəsini (ERM) tətbiq edir.