Fənn · Biznesin idarə edilməsi

İstehsalın idarə edilməsiSillabus

MS-20056 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2005
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə istehsalat müəssisələrində məhsul və xidmətlərin yaradılması proseslərinin planlaşdırılması, təşkili, idarə olunması və nəzarəti üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində istehsal güclərinin (capacity planning) müəyyənləşdirilməsi, müəssisənin yerləşməsi və yerləşim planı (plant layout), təchizat və anbar ehtiyatlarının idarə edilməsi, keyfiyyətə nəzarət və Yığcam İstehsal (Lean Production / Lean Manufacturing) prinsipləri tədris olunur. Tələbələr istehsalat silsiləsinin optimallaşdırılması, işçi və avadanlıq resurslarının yüklənməsi, xərclərin azaldılması, tullantıların minimuma indirilməsi və Just-in-Time (JIT) sistemlərinin tətbiqi kimi operativ menecment üsullarını mənimsəyəcəklər. Fənn tələbələrdə istehsal proseslərində effektivliyi, məhsuldarlığı və rəqabət qabiliyyətliliyi artırmaq üçün analitik və strateji qərarqəbuletmə bacarıqlarını formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • layihə əsaslı öyrənmə
  • problem-based learning
  • komanda işi
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: İstehsal proseslərinin planlaşdırılması, güc məhdudiyyətlərinin (capacity planning) və istehsal güclərinin yerləşdirilməsi strategiyalarını təhlil edir.

  2. CLO 2: Anbar və ehtiyatların idarə edilməsi modellərini (EOQ, JIT, Lean Manufacturing) tətbiq edərək istehsal xərclərini və itkiləri minimuma endirir.

  3. CLO 3: Stehsal qrafiklərinin tərtibi, iş axınlarının optimallaşdırılması və təchizat zənciri ilə inteqrasiyanı təmin edən idarəetmə taktikaları hazırlayır.

  4. CLO 4: Məhsul və xidmət keyfiyyətinə nəzarət üçün Statistik Keyfiyyət Nəzarəti (SQC) və Altı Siqma (Six Sigma) alətlərini tətbiq edir.

  5. CLO 5: Müəssisədə əməliyyat effektivliyini və məhsuldarlığı artırmaq üçün istehsal sistemlərinin yenidən layihələndirilməsini və avtomatlaşdırılmasını qiymətləndirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5