Fənn · Biznesin idarə edilməsi
Beynəlxalq biznes analitikası
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
u fənn tələbələrə qlobal bazarlarda fəaliyyət göstərən şirkətlərin böyük həcmli və çoxşaxəli məlumatlarını (data) təhlil etmək, beynəlxalq biznes strategiyalarını data əsaslı formalaşdırmaq bacarıqlarını aşılayır. Tədris prosesində müxtəlif ölkələrin makroiqtisadi göstəriciləri, valyuta məzənnələrinin tərəddüdləri, qlobal təchizat zəncirindəki risklər, müxtəlif mədəniyyətlərdən olan istehlakçı davranışları və beynəlxalq ticarət dataları təhlil olunur. Kurs çərçivəsində tələbələr cross-border (sərhədlərarası) biznes problemlərini həll etmək üçün müasir analitik alətlərdən (Excel, Power BI, Python/R baza modulları və beynəlxalq data bazaları) istifadə edərək proqnozlaşdırma, ölkə risklərinin qiymətləndirilməsi və beynəlxalq bazar seqmentasiyası üzrə praktiki vərdişlər qazanacaqlar.
Fənn təlim nəticələri
CLO 1: Qlobal bazarlara çıxış və beynəlxalq genişlənmə strategiyalarını qiymətləndirmək üçün makroiqtisadi və xarici mühit göstəricilərini TPESTLE/SWOT çərçivəsində analiz edir.
CLO 2: Müxtəlif ölkələrin və regionların bazar məlumatlarını müqayisəli təhlil edərək beynəlxalq biznes risklərini və imkanlarını qiymətləndirir.
CLO 3: Valyuta məzənnələri, xarici ticarət statistikaları və qlobal təchizat zənciri datalarını analitik alətlərlə emal edir.
CLO 4: Çoxmilli şirkətlərin maliyyə və əməliyyat göstəricilərini beynəlxalq standartlar və spesifik ölkə kontekstləri nəzərə alınmaqla təhlil edir.
CLO 5: Beynəlxalq bazar konyukturasına uyğun strateji qərarların qəbulu üçün analitik modellər və ssenari analizi (scenario planning) tərtib edir.