Fənn · Biznesin idarə edilməsi
Davamlı enerji və yaşıl texnologiyalar
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənn təlim nəticələri
CLO 1: Bərpa olunan enerji texnologiyalarının (günəş, külək, hidro, geotermal, yaşıl hidrogen) fəaliyyət prinsiplərini və enerji keçidindəki rolunu təhlil edir.
CLO 2: Yaşıl texnologiyaların tətbiqi layihələrinin Məhsulun Həyat Dövrü Qiymətləndirilməsi (Life Cycle Assessment - LCA) metodu ilə ətraf mühitə təsirini ölçür.
CLO 3: Karbon tutulması, istifadəsi və saxlanılması (CCUS) və dairesəl iqtisadiyyat (Circular Economy) modellərinin enerji sektoruna inteqrasiyasını dəyərləndirir.
CLO 4: Bərpa olunan enerji sistemlərinin şəbəkəyə inteqrasiyası və enerji saxlanması (Energy Storage Systems - ESS) texnologiyalarının iqtisadi səmərəliliyini hesablayır.
CLO 5: Müəssisələrin ənənəvi enerjidən yaşıl enerjiyə keçidini təmin etmək üçün dekarbonizasiya və net-zero (xalis sıfır emissiya) yol xəritəsini tərtib edir.