Fənn · Biznesin idarə edilməsi

Davamlı inkişaf və biznes strategiyalarıSillabus

MS-19246 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1924
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDGs) işığında biznes subyektlərinin uzunmüddətli strategiyalarını formalaşdırmaq, ekoloji və sosial məsuliyyəti korporativ idarəetməyə inteqrasiya etmək bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində davamlı inkişafın konseptual əsasları, "Üçlü Nəticə Xətti" (Triple Bottom Line — İnsan, Planet, Mənfəət) konsepsiyası, resurs effektivliyi və iqlim dəyişikliyinin biznesə təsiri tədris olunur. Tələbələr ekoloji, sosial və idarəetmə (ESG) amillərini nəzərə alan rəqabətədavamlı biznes modellərinin qurulması, dəyər zəncirinin davamlılaşdırılması, yaşıl innovasiyaların tətbiqi və korporativ davamlılıq hesabatlarının tərtibi prinsiplərini mənimsəyəcəklər. Fənn tələbələrdə qlobal ekoloji və sosial çağırışlar şəraitində riskləri idarə etmək, biznesin cəmiyyətə müsbət təsirini artırmaq və davamlı rəqabət üstünlüyü əldə etmək üçün strateji düşüncə tərzi formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • problem-based learning
  • interaktiv müzakirə
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • case study

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Davamlı inkişaf коnsеpsiyasını və Üçlü Yekun Xətt (Triple Bottom Line: People, Planet, Profit) çərçivəsini korporativ strateji planlaşdırmaya inteqrasiya edir.

  2. CLO 2: Şirkətin daxili və xarici fəaliyyətinin ətraf mühitə və cəmiyyətə təsirini qiymətləndirərək davamlı biznes modellərini layihələndirir.

  3. CLO 3: BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun korporativ sosial məsuliyyət (CSR) və dayanıqlılıq strategiyalarını tərtib edir.

  4. CLO 4: Davamlılıq göstəricilərinin (ESG metrics) idarə olunması və resurs effektivliyinin artırılması üçün strateji fəaliyyət planları hazırlayır.

  5. CLO 5: Şirkətin rəqabət üstünlüyünü və brend nüfuzunu artırmaq üçün dayanıqlı innovasiyalar və yaşıl qiymət zənciri strategiyalarını həyata keçirir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5