Fənn · Biznesin idarə edilməsi

Yaşıl iqtisadiyyat

MS-19236 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə ətraf mühitə vurulan zərəri minimuma endirən, ekoloji riskləri azaldan və resurslardan səmərəli istifadəyə əsaslanan yaşıl iqtisadiyyat modelinin konseptual, iqtisadi və nəzəri əsaslarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində iqlim dəyişikliyinin iqtisadi aspektləri, dekarbonizasiya siyasətləri, karbon bazarları, ekoloji vergilər və davamlı resurs idarəçiliyi prinsipləri tədris olunur. Tələbələr davamlı inkişaf şəraitində yaşıl investisiyaların cəlb edilməsi, ekoloji təmiz texnologiyaların iqtisadiyyata inteqrasiyası, təbii kapitalın qiymətləndirilməsi və davamlı dövlət siyasətlərinin biznes mühitinə təsirini mənimsəyəcəklər. Fənn tələbələrdə ekoloji yönümlü iqtisadi model və strategiyaları təhlil etmək, yaşıl transformasiya imkanlarını dəyərləndirmək və ekoloji təmiz iqtisadi inkişaf üzrə əsaslandırılmış qərarlar qəbul etmək vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Yaşıl iqtisadiyyatın konseptual əsaslarını, dekarbonizasiya, resurs səmərəliliyi və sosial inklüzivlik prinsiplərini təhlil edir.

  2. CLO 2: İqlim dəyişikliyinin, karbon emissiyalarının və ekoloji faktorların makroiqtisadi göstəricilərə və biznesə təsirini qiymətləndirir.

  3. CLO 3: Yaşıl maliyyələşmə alətlərinin (yaşıl istiqrazlar, karbon bazarları, ekoloji vergilər) və dövlət stimullarının fəaliyyət mexanizmlərini tətbiq edir.

  4. CLO 4: Müəssisələrin ənənəvi resurslardan bərpa olunan enerji və dayanıqlı texnologiyalara keçid strategiyalarını dəyərləndirir.

  5. CLO 5: Qlobal və milli səviyyədə yaşıl artım indikatorlarını və dekarbonizasiya siyasətlərinin iqtisadi səmərəliliyini analiz edir.