Fənn · Biznesin idarə edilməsi

Enerji layihələrinin idarə edilməsi

MS-19196 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə ənənəvi və bərpa olunan enerji sahəsində olan layihələrin ideya mərhələsindən istismara verilməsinə qədər olan bütün həyat dövrünün planlaşdırılması, icrası, monitorinqi və idarə olunması üzrə konseptual bilik və praktiki bacarıqları aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində enerji layihələrinin texniki-iqtisadi əsaslandırılması (Feasibility Study), kapitallaşdırılması, büdcələşdirilməsi, müddət və resurs planlaması (PMI / PMBOK standartları üzrə) tədris olunur. Tələbələr enerji layihələrində podratçı və təchizatçıların idarə edilməsi (EPC müqavilələri), ətraf mühitə və cəmiyyətə təsirin qiymətləndirilməsi (ƏMTQ/EIA), ekoloji və tənzimləyici uyğunluq, eləcə də layihə risklərinin təhlili və idarə olunması mexanizmlərini mənimsəyəcəklər. Fənn tələbələrdə mürəkkəb enerji infrastrukturu layihələrini vaxtında, büdcə daxilində və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirmək üçün strateji layihə menecmenti vərdişlərini formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Enerji layihələrinin həyat dövrünü, texniki-iqtisadi əsaslandırmasını (Feasibility Study) və layihə nizamnaməsini beynəlxalq standartlara (PMI/PMBOK) uyğun tərtib edir.

  2. CLO 2: Enerji layihələrində büdcə, zaman çərçivəsi (Gantt, CPM/PERT) və resurs bölüşdürülməsini planlaşdırır və idarə edir.

  3. CLO 3: Enerji layihələrinin tətbiqi zamanı yaranan ekoloji, texniki, tənzimləyici və podratçı risklərini eyniləşdirir və yumşaltma planları hazırlayır.

  4. CLO 4: Layihənin maliyyə göstəricilərini (NPV, IRR, LCOE - Levelized Cost of Energy) və Qazanılmış Dəyər İdarəetməsini (EVM) tətbiq edərək icraya nəzarət edir.

  5. CLO 5: Maraqlı tərəflərin (stakeholders) idarə olunması, satınalmalar və enerji obyektlərinin istismara verilməsi (commissioning) süreçlərini tənzimləyir.