Fənn · Biznesin idarə edilməsi

Akademik yazı və etikaSillabus

MM-00026 kreditYaz semestriMəcburi2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0002
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2026-2027
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə elmi və akademik mühitdə effektiv yazılı kommunikasiya bacarıqlarını aşılamaq, eləcə də akademik dürüstlük və etika prinsiplərini öyrətmək üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində elmi məqalə, tezis, esse və hesabatların strukturlaşdırılması, akademik üslubun gözlənilməsi, arqumentasiyanın qurulması və fikir axınının təmin edilməsi qaydaları tədris olunur. Tələbələr akademik mənbələrin tənqidi təhlili, ədəbiyyat icmalının yazılması, istinad və sitat gətirmə standartları (APA, MLA, Harvard və s.) ilə tanış olacaqlar. Fənn həmçinin plagiatın müəyyən edilməsi və qarşısının alınması, müəlliflik hüquqları, süni intellektdən etik istifadə və akademik tədqiqatlarda dürüstlük prinsiplərini əhatə edərək tələbələrin beynəlxalq standartlara cavab verən akademik yazılar ərsəyə gətirməsini təmin edir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Elmi məqalə, dissertasiya və hesabatların struktur elementlərini (giriş, ədəbiyyat icmalı, metodologiya, nəticələr) akademik üslubda tərtib edir.

  2. CLO 2: Elmi mənbələri akademik bazalarda (Scopus, Web of Science, Google Scholar və s.) effektiv axtarır, krital qiymətləndirir və ədəbiyyat icmalı şəklində sintez edir.

  3. CLO 3: Beynəlxalq istinad standartlarına (APA, Harvard, IEEE və s.) uyğun olaraq mətn daxili istinadları və biblioqrafiyanı düzgün tərtib edir.

  4. CLO 4: Akademik dürüstlük prinsiplərinə riayət edir, intihalın (plagiarism) növlərini tanımaqla onun qarşısını almaq üçün parafraz və sitat gətirmə texnikalarını tətbiq edir.

  5. CLO 5: Tədqiqat prosesində etik normalara (məlumatların məxfiliyi, iştirakçıların razılığı, datanın təhrif edilməməsi) tam əməl edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5