Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Televiziya və videotexnikanın əsaslarıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-850251. Televiziya və videotexnikanın əsas anlayışlarını, təyinatını və iş prinsiplərini izah edir. 2. Televiziya sistemlərinin əsas struktur elementlərini və onların funksiyalarını müəyyən edir. 3. Televiziya siqnallarının formalaşdırılması, ötürülməsi və qəbul edilməsi prosesini izah edir. 4. Analoq və rəqəmsal televiziya sistemlərinin xüsusiyyətlərini müqayisə edir. 5. Video və audio siqnallarının əsas parametrlərini müəyyən edir və qiymətləndirir. 6. Televiziya kameralarının, monitorların və digər videoavadanlıqların iş prinsipini izah edir. 7. Video siqnallarının yazılması, saxlanması və emalı üsullarını tətbiq edir. 8. Televiziya və videotexnika avadanlıqlarının funksional və elektrik sxemlərini oxuyur. 9. Video və televiziya avadanlıqlarında yaranan nasazlıqları müəyyən edir və ilkin diaqnostika aparır. 10. Televiziya və videotexnika avadanlıqlarının istismarı zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir. | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.
Töhfə verən: CLO 1
PLO 2
PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.
Bu fənndən töhfə yoxdur
PLO 3
PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.
Töhfə verən: CLO 1
PLO 4
PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.
Bu fənndən töhfə yoxdur
PLO 5
PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.
Töhfə verən: CLO 1