Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Televiziya və videotexnikanın əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
60saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Televiziya və videotexnikanın əsaslari” fənninin məqsədi “050636- Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsilalanlarda televiziyanın əsas prinsipləri, televiziya qəbuledici borusu-kineskopu, isıq-elektrik çeviriciləri, meyletdirici sistemlərin generatorları, rəngli televiziya, eynizamanlı sistemlərin əsas xüsusiyyətləri və ümumi quruluş prinsipləri, rəqəmli televiziyanın sistemləri, televiziya təsvirlərinin maqnit yazılışı, televiziya yayımı sahəsində biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşı¬lamaq, aka¬¬de¬mik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəm¬lən¬dir¬mək¬dən iba¬rətdir.
Fənn təlim nəticələri
CLO 1: 1. Televiziya və videotexnikanın əsas anlayışlarını, təyinatını və iş prinsiplərini izah edir. 2. Televiziya sistemlərinin əsas struktur elementlərini və onların funksiyalarını müəyyən edir. 3. Televiziya siqnallarının formalaşdırılması, ötürülməsi və qəbul edilməsi prosesini izah edir. 4. Analoq və rəqəmsal televiziya sistemlərinin xüsusiyyətlərini müqayisə edir. 5. Video və audio siqnallarının əsas parametrlərini müəyyən edir və qiymətləndirir. 6. Televiziya kameralarının, monitorların və digər videoavadanlıqların iş prinsipini izah edir. 7. Video siqnallarının yazılması, saxlanması və emalı üsullarını tətbiq edir. 8. Televiziya və videotexnika avadanlıqlarının funksional və elektrik sxemlərini oxuyur. 9. Video və televiziya avadanlıqlarında yaranan nasazlıqları müəyyən edir və ilkin diaqnostika aparır. 10. Televiziya və videotexnika avadanlıqlarının istismarı zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.