Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Telekommunikasiyada böyük verilənlər (Big data)CLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-312251. Big Data anlayışını, əsas xüsusiyyətlərini və telekommunikasiya sistemlərində tətbiq sahələrini izah edir. 2. Telekommunikasiya şəbəkələrində formalaşan böyük həcmli verilənlərin toplanması, strukturlaşdırılması və saxlanması üsullarını tətbiq edir. 3. Böyük verilənlərin emalı üçün istifadə olunan müasir platforma və texnologiyaların iş prinsiplərini izah edir. 4. Telekommunikasiya trafikindən əldə olunan verilənləri müxtəlif analitik üsullarla emal və təhlil edir. 5. Şəbəkə trafikinin və istifadəçi davranışlarının təhlili əsasında telekommunikasiya xidmətlərinin göstəricilərini qiymətləndirir. 6. Big Data analitikası vasitəsilə şəbəkə yüklənməsini və trafik dəyişikliklərini proqnozlaşdırır və resursların optimallaşdırılmasını həyata keçirir. 7. Süni intellekt və maşın öyrənməsi metodlarının telekommunikasiya verilənlərinin analizində tətbiq imkanlarını müəyyənləşdirir. 8. Big Data texnologiyalarından istifadə etməklə şəbəkə nasazlıqlarının aşkarlanması və xidmət keyfiyyətinin (QoS) yaxşılaşdırılması üsullarını tətbiq edir. 9. Telekommunikasiya verilənlərinin emalı zamanı məlumat təhlükəsizliyi, məxfilik və etibarlılıq tələblərini nəzərə alır. 10. Big Data analitikası nəticələrini qiymətləndirərək telekommunikasiya şəbəkələrinin səmərəli idarə edilməsi və inkişafı üzrə əsaslandırılmış qərarlar qəbul edir. | uyğundur | uyğun deyil | uyğundur | uyğundur | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.
Töhfə verən: CLO 1
PLO 2
PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.
Bu fənndən töhfə yoxdur
PLO 3
PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.
Töhfə verən: CLO 1
PLO 4
PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.
Töhfə verən: CLO 1
PLO 5
PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.
Bu fənndən töhfə yoxdur