Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Telekommunikasiyada böyük verilənlər (Big data)
Fənn haqqında
Kredit
3
İş yükü
30saat
Semestr
Payız
Tədris ili
2025–2026
Fənnin təsviri
"Böyük məlumat" demək olar ki, bütün məlumat konfranslarına, proqnozlaşdırıcı analitiklərə, məlumatların çıxarılmasına, CRM-ə həsr olunmuş bütün peşəkar konfranslarda görünən moda bir termindir. Bu termin, keyfiyyətcə böyük miqdarda məlumatla işin vacib olduğu, təşkilati prosesə məlumat axınının sürətinin artdığı yerlərdə istifadə olunur: iqtisadiyyat, bank işi, istehsal, marketinq, telekommunikasiya, veb analitika, tibb və s. iba¬rətdir. Fənnin tədrisinin əsas vəzifəsi 050636 - “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ix¬tisası üzrə təhsil alan tələbələrə Big Data-nın yeni imkanlarını aydınlaşdırmaq və əks etdirmək və StatSoft-un Statıstıca analitik platformasının Big Data-dan prosesləri və problemlərin həllini optimallaşdırmaq üçün effektiv şəkildə necə kömək edə biləcəyi haqqında uyğun minimum biliklər verməkdir.
Fənn təlim nəticələri
CLO 1: 1. Big Data anlayışını, əsas xüsusiyyətlərini və telekommunikasiya sistemlərində tətbiq sahələrini izah edir. 2. Telekommunikasiya şəbəkələrində formalaşan böyük həcmli verilənlərin toplanması, strukturlaşdırılması və saxlanması üsullarını tətbiq edir. 3. Böyük verilənlərin emalı üçün istifadə olunan müasir platforma və texnologiyaların iş prinsiplərini izah edir. 4. Telekommunikasiya trafikindən əldə olunan verilənləri müxtəlif analitik üsullarla emal və təhlil edir. 5. Şəbəkə trafikinin və istifadəçi davranışlarının təhlili əsasında telekommunikasiya xidmətlərinin göstəricilərini qiymətləndirir. 6. Big Data analitikası vasitəsilə şəbəkə yüklənməsini və trafik dəyişikliklərini proqnozlaşdırır və resursların optimallaşdırılmasını həyata keçirir. 7. Süni intellekt və maşın öyrənməsi metodlarının telekommunikasiya verilənlərinin analizində tətbiq imkanlarını müəyyənləşdirir. 8. Big Data texnologiyalarından istifadə etməklə şəbəkə nasazlıqlarının aşkarlanması və xidmət keyfiyyətinin (QoS) yaxşılaşdırılması üsullarını tətbiq edir. 9. Telekommunikasiya verilənlərinin emalı zamanı məlumat təhlükəsizliyi, məxfilik və etibarlılıq tələblərini nəzərə alır. 10. Big Data analitikası nəticələrini qiymətləndirərək telekommunikasiya şəbəkələrinin səmərəli idarə edilməsi və inkişafı üzrə əsaslandırılmış qərarlar qəbul edir.