Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Beynəlxalq radiorabitə və radiomübadiləMövzu planı
İFS-2272y4 kreditYaz semestriMəcburi2025-2026
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
15 mövzu
1. Giriş. Radiorabitə sistem və şəbəkələrinin təsnifarı. Radiorabitə sistemlərinin ümumiləşdirilmiş struktur sxemi, qurulma prinsipləri və təsnifarı verilir.
Mühazirə2. Rabitə kanallarının əsas parametrləri və xarakteristikaları. Radiorabitə sistem və şəbəkələri üçün əsas energetik ifadələr verilir, siqnalın fəzada yayılmasına çoxşüalılığın təsiri öyrənilir.
Mühazirə3. Radiorele xəttləri. Radiorele rabitə nəzəriyyəsinin əsas elemntleri, radiorele xətlərinin ümumi qurulma prinsipləri, stansiyaların növləri, lülənin buraxma qabiliyyəti və tezliklərin paylanma planı öyrənilir.
Mühazirə4. Şanvari radiorabitə şəbəkələri. Şanvari rabitə şəbəkələrinin qurulmasının ümumi müddəaları, şanvari şəbəkələr nəzəriyyəsinin elementləri, GSM şanvari rabitə sisteminin texnologiyası və arxitekturası öyrənilir.
Mühazirə5. Naqilsiz hesablama şəbəkələri. Naqilsiz hesablama şəbəkələrinin quruluşunun ümumi müddəaları, naqilsiz hesablama şəbəkələri texnologiyaları və arxitekturaları öyrənilir.
Mühazirə6. Wi-Fi texnologiyası. Wi-Fi şəbəkənin qurulma prinsipi və IEEE 802.11 fəsiləsinin standartları öyrənilir.
Mühazirə7. Peyk radiorabitə şəbəkələri. Peyk rabitə şəbəkələrinin qurulmasının ümumi müddəaları, hərəkət edən obyektlərlə rabitə üçün PRS-in tərkibi və əsas xarakteristika¬ları, PRS-də istifadə olunan orbitlərin növləri və Peyk rabitə sistemləri öyrənilir.
Mühazirə8. Radiorabitə şəbəkələrinin qurulma prinsipi və kommutasiya üsulları. İnformasiyanın bölüşdürülməsi (paylanması) şəbəkəsi və onun elementləri İKM veriliş sistemlərində kanalların və paketlərin kommutasiyası
Mühazirə9. Radiorabitə sistem və şəbəkələrinin layihələndirilməsi və istismari. WLAN şəbəkələrin layihələndirilməsi və şanvari rabitə sistemlərinin layihələndirilməsi məsələləri öyrənilir.
Mühazirə10. Televiziyanın fiziki əsasları. Televiziyanın tarixinə dair xronoloji cədvəl, televiziyanın fiziki əsasları, televiziyanın əsas prinsipləri və təsvirlərin analizi və sintezi məsələləri öyrənilir.
Mühazirə11. İnsanın görmə xüsusiyyətləri və TV sisteminin parametrləri.
Mühazirə12. Kadr formatının seçilməsi. Sətr sayının müəyyən edilməsi və saniyədə verilən kadrlar sayının seçilməsi məsələləri öyrənilir.
Mühazirə13. Televiziya təsvirinin parlaqlığı. Təsvirin kontrastliği və parlaqliq dərəcələri (pillələri) öyrənilir.
Mühazirə14. Təsvir siqnalının xarakteristikaları. Təsvir siqnalının təbiəti və xüsusiyyətləri və təsvir siqnalının tezlik spekri öyrənilir.
Mühazirə15. DVB-S/S2, DVB-T/T2, DVB-C standartları. Rəqəmli peyk televiziyası standartları DVB-S, DVB-S2 və DVB-S2X, rəqəmli efir televiziyası standartları DVB-T, DVB-T2, rəqəmli kabel televiziyası standartları DVB-C, DVB-C2, DVB-T-nin üstünlükləri, rəqəmli TV yayımı (DVB-T/T2), rəqəmli TV yayım qurğuları, qəbuledici, çevirici qurğular və antenlər, rəqəmli TV qəbulu üçün antenalar və onların quraşdırılması məsələləri öyrənilir.
Mühazirə