Ümumi məlumat
- Fənn kodu
- İFS-2272y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 45
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat -mühazirə b) 15 saat-laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 45 saat -TSİ b) 30 saat -MRTSİ
Fənn haqqında
“Beynəlxalq radiorabitə və radiomübadilə” fənni radiorabitə sistem və şəbəkələrinin təsnifatını, onların qurulmasının nəzəri əsaslarını, radiorele xətlərini, şanvari (hüceyrəvi) radiorabitə şəbəkələrini, trankinq radiorabitə şəbəkələrini, naqilsiz hesablama şəbəkələrini, peyk radiorabitə şəbəkələrini, radiorabitə şəbəkələrinin qurulma prinsiplərini və kommutasiya üsullarını, həmçinin radiorabitə sistem və şəbəkələrinin layihələndirilməsi və istismarı məsələlərini əhatə edir. Fənn çərçivəsində televiziya sistemlərində analoq siqnalların rəqəmli siqnallara çevrilməsi prinsipləri, rəqəmli televiziya sistemlərində siqnalların tezlik spektri, kodlaşdırma və spektrin sıxlaşdırılması üsulları, rəqəmli televiziya standartlarının əsas prinsipləri, təsvir və səs siqnallarının radiokanal vasitəsilə ötürülməsi, eləcə də DVB-T2 rəqəmli televiziya sisteminin quruluşu və iş prinsipləri öyrənilir. Tədris prosesində müasir radio və televiziya yayımı texnologiyalarının tətbiqi, beynəlxalq rabitə sistemlərinin fəaliyyət prinsipləri və yeni nəsil simsiz rabitə şəbəkələrinin xüsusiyyətləri tələbələrə mənimsədilir. Müasir informasiya-kommunikasiya texnologiyalarının və rəqəmli yayım sistemlərinin sürətli inkişafı bu fənnin aktuallığını daha da artırır. Bu baxımdan, fənnin tədrisi radiotexnika və telekommunikasiya mühəndisliyi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: 1. Beynəlxalq radiorabitənin əsas anlayışlarını, məqsədini və tətbiq sahələrini izah edir. 2. Radiorabitə sistemlərinin quruluşunu və əsas komponentlərinin funksiyalarını müəyyən edir. 3. Beynəlxalq radioəlaqədə istifadə olunan tezlik diapazonlarını və onların xüsusiyyətlərini fərqləndirir. 4. Radiomübadilənin əsas qaydalarını və rabitə prosedurlarını tətbiq edir. 5. Radioverici və radioqəbuledici qurğuların beynəlxalq rabitədə istifadəsini izah edir. 6. Radiostansiyalar arasında rabitənin yaradılması və saxlanılması qaydalarını yerinə yetirir. 7. Radioəlaqə zamanı istifadə olunan çağırış siqnallarını, kodları və rabitə terminlərini düzgün tətbiq edir. 8. Radiorabitə kanalında yaranan maneələri və əlaqə keyfiyyətinə təsir edən amilləri müəyyən edir. 9. Beynəlxalq radiorabitə zamanı radiointizam və rabitə protokollarına riayət edir. 10. Radiorabitə avadanlıqlarından təhlükəsiz və səmərəli istifadə qaydalarını tətbiq edir.
Mövzu planı
- 1.Giriş. Radiorabitə sistem və şəbəkələrinin təsnifarı. Radiorabitə sistemlərinin ümumiləşdirilmiş struktur sxemi, qurulma prinsipləri və təsnifarı verilir.Mühazirə
- 2.Rabitə kanallarının əsas parametrləri və xarakteristikaları. Radiorabitə sistem və şəbəkələri üçün əsas energetik ifadələr verilir, siqnalın fəzada yayılmasına çoxşüalılığın təsiri öyrənilir.Mühazirə
- 3.Radiorele xəttləri. Radiorele rabitə nəzəriyyəsinin əsas elemntleri, radiorele xətlərinin ümumi qurulma prinsipləri, stansiyaların növləri, lülənin buraxma qabiliyyəti və tezliklərin paylanma planı öyrənilir.Mühazirə
- 4.Şanvari radiorabitə şəbəkələri. Şanvari rabitə şəbəkələrinin qurulmasının ümumi müddəaları, şanvari şəbəkələr nəzəriyyəsinin elementləri, GSM şanvari rabitə sisteminin texnologiyası və arxitekturası öyrənilir.Mühazirə
- 5.Naqilsiz hesablama şəbəkələri. Naqilsiz hesablama şəbəkələrinin quruluşunun ümumi müddəaları, naqilsiz hesablama şəbəkələri texnologiyaları və arxitekturaları öyrənilir.Mühazirə
- 6.Wi-Fi texnologiyası. Wi-Fi şəbəkənin qurulma prinsipi və IEEE 802.11 fəsiləsinin standartları öyrənilir.Mühazirə
- 7.Peyk radiorabitə şəbəkələri. Peyk rabitə şəbəkələrinin qurulmasının ümumi müddəaları, hərəkət edən obyektlərlə rabitə üçün PRS-in tərkibi və əsas xarakteristika¬ları, PRS-də istifadə olunan orbitlərin növləri və Peyk rabitə sistemləri öyrənilir. Mühazirə
- 8.Radiorabitə şəbəkələrinin qurulma prinsipi və kommutasiya üsulları. İnformasiyanın bölüşdürülməsi (paylanması) şəbəkəsi və onun elementləri İKM veriliş sistemlərində kanalların və paketlərin kommutasiyasıMühazirə
- 9.Radiorabitə sistem və şəbəkələrinin layihələndirilməsi və istismari. WLAN şəbəkələrin layihələndirilməsi və şanvari rabitə sistemlərinin layihələndirilməsi məsələləri öyrənilir.Mühazirə
- 10.Televiziyanın fiziki əsasları. Televiziyanın tarixinə dair xronoloji cədvəl, televiziyanın fiziki əsasları, televiziyanın əsas prinsipləri və təsvirlərin analizi və sintezi məsələləri öyrənilir.Mühazirə
- 11.İnsanın görmə xüsusiyyətləri və TV sisteminin parametrləri. Mühazirə
- 12.Kadr formatının seçilməsi. Sətr sayının müəyyən edilməsi və saniyədə verilən kadrlar sayının seçilməsi məsələləri öyrənilir.Mühazirə
- 13.Televiziya təsvirinin parlaqlığı. Təsvirin kontrastliği və parlaqliq dərəcələri (pillələri) öyrənilir. Mühazirə
- 14.Təsvir siqnalının xarakteristikaları. Təsvir siqnalının təbiəti və xüsusiyyətləri və təsvir siqnalının tezlik spekri öyrənilir.Mühazirə
- 15.DVB-S/S2, DVB-T/T2, DVB-C standartları. Rəqəmli peyk televiziyası standartları DVB-S, DVB-S2 və DVB-S2X, rəqəmli efir televiziyası standartları DVB-T, DVB-T2, rəqəmli kabel televiziyası standartları DVB-C, DVB-C2, DVB-T-nin üstünlükləri, rəqəmli TV yayımı (DVB-T/T2), rəqəmli TV yayım qurğuları, qəbuledici, çevirici qurğular və antenlər, rəqəmli TV qəbulu üçün antenalar və onların quraşdırılması məsələləri öyrənilir.Mühazirə
Ədəbiyyat
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |