Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Naqilsiz rabitə texnologiyalarıCLO↔PLO matrisi

İF2257Y6 kreditYaz semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 5 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-149871. Naqilsiz rabitənin əsas anlayışlarını, iş prinsipini və tətbiq sahələrini izah edir. 2. Naqilsiz rabitə sistemlərinin əsas komponentlərini və funksiyalarını müəyyən edir. 3. Müxtəlif naqilsiz rabitə texnologiyalarının xüsusiyyətlərini və fərqlərini müqayisə edir. 4. Radio və elektromaqnit siqnallarının naqilsiz mühitdə ötürülmə prinsipini izah edir. 5. Mobil rabitə sistemlərinin əsas nəsillərini və inkişaf xüsusiyyətlərini fərqləndirir. 6. Wi-Fi, Bluetooth və digər qısa məsafəli naqilsiz texnologiyaların tətbiq sahələrini müəyyən edir. 7. Naqilsiz şəbəkələrdə siqnal gücünə və rabitə keyfiyyətinə təsir edən amilləri təhlil edir. 8. Naqilsiz rabitə sistemlərində tezlik, kanal və ötürmə parametrlərini qiymətləndirir. 9. Naqilsiz şəbəkələrdə yaranan əlaqə problemlərini müəyyən edir və diaqnostika üsullarından istifadə edir. 10. Naqilsiz rabitə sistemlərinin istismarı zamanı təhlükəsizlik və məlumatların mühafizəsi tələblərinə riayət edir. uyğunduruyğunduruyğunduruyğunduruyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.

    Töhfə verən: CLO 1

  2. PLO 2

    PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.

    Töhfə verən: CLO 1

  3. PLO 3

    PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.

    Töhfə verən: CLO 1

  4. PLO 4

    PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.

    Bu fənndən töhfə yoxdur