Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Naqilsiz rabitə texnologiyaları

İF2257Y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

60saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Proqram çərçivəsində “Müasir telekommunikasiya texnologiyaları və xidmətlər”, “Sahəvi beynəlxalq qurumlar və normativ sənədlər”, “Wi-Fi standartı, Li-Fi texnologiyası”, , “GSM, UMTS və LTE mobil rabitə texnologiyaları”, “5G standartı”, “Bluetooth və Zigbee texnologiyaları”, “Rəqəmsal radioyayım texnologiyaları (DAB/DAB+, DRM/DRM+)”, “Rəqəmsal televiziya yayımı texnologiyaları DVB-T/T2, DVB-S/S2, DVB-C/C2 və IPTV”, “Müasir radiomonitorinq sistemləri, onların telekommunikasiya sektorunda rolu”, “Qlobal mövqe təyinetmə sistemləri”, “Geostasionar və aşağı orbitli peyklər”, “Peyk rabitəsi”, “Bulud texnologiyaları” və “Radiorele rabitəsi” mövzuları əhatə olunur.

Fənn təlim nəticələri

  1. CLO 1: 1. Naqilsiz rabitənin əsas anlayışlarını, iş prinsipini və tətbiq sahələrini izah edir. 2. Naqilsiz rabitə sistemlərinin əsas komponentlərini və funksiyalarını müəyyən edir. 3. Müxtəlif naqilsiz rabitə texnologiyalarının xüsusiyyətlərini və fərqlərini müqayisə edir. 4. Radio və elektromaqnit siqnallarının naqilsiz mühitdə ötürülmə prinsipini izah edir. 5. Mobil rabitə sistemlərinin əsas nəsillərini və inkişaf xüsusiyyətlərini fərqləndirir. 6. Wi-Fi, Bluetooth və digər qısa məsafəli naqilsiz texnologiyaların tətbiq sahələrini müəyyən edir. 7. Naqilsiz şəbəkələrdə siqnal gücünə və rabitə keyfiyyətinə təsir edən amilləri təhlil edir. 8. Naqilsiz rabitə sistemlərində tezlik, kanal və ötürmə parametrlərini qiymətləndirir. 9. Naqilsiz şəbəkələrdə yaranan əlaqə problemlərini müəyyən edir və diaqnostika üsullarından istifadə edir. 10. Naqilsiz rabitə sistemlərinin istismarı zamanı təhlükəsizlik və məlumatların mühafizəsi tələblərinə riayət edir.