Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Siqnalların rəqəmli emalı

İF-2261Y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

60saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Tədris prosesi tələbələrə kompüter və informasiya-kommunikasiya sistemlərinin texniki və proqram təminatında yaranan sadə nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarıqları qazandırır. Fənn çərçivəsində tələbələr mətn redaktorları, elektron cədvəllər, verilənlər bazalarının idarəetmə sistemləri, qrafik redaktorlar, elektron təqdimat proqramları və digər tətbiqi proqram vasitələrindən sərbəst istifadə etməyi öyrənirlər. Eyni zamanda onlar kompüter şəbəkələrinin təyinatını, quruluşunu, əsas funksiyalarını, iş prinsiplərini, təşkili və istismarı qaydalarını mənimsəyirlər. Nəticədə tələbələr informasiya-kommunikasiya texnologiyalarından və proqram təminatından radiotexnika və telekommunikasiya sistemlərinin layihələndirilməsi, istismarı və idarə olunması proseslərində səmərəli istifadə etmək bacarığı əldə edirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: 1. Rəqəmli siqnalların əsas anlayışlarını və emal prinsiplərini izah edir. 2. Analoq siqnalların rəqəmsal formaya çevrilməsi mərhələlərini izah edir. 3. Diskretləşdirmə və kvantlaşdırma proseslərini fərqləndirir. 4. Rəqəmli siqnalların zaman və tezlik oblastında xüsusiyyətlərini təhlil edir. 5. Diskret Furye çevirməsinin mahiyyətini və tətbiqini izah edir. 6. Rəqəmli filtrlərin təyinatını və əsas növlərini müəyyən edir. 7. Rəqəmli siqnallar üzərində filtrasiya, gücləndirmə və səs-küyün azaldılması əməliyyatlarını tətbiq edir. 8. Siqnal emalında istifadə olunan əsas alqoritm və proqram vasitələrindən istifadə edir. 9. Emal olunmuş siqnalların keyfiyyət göstəricilərini təhlil edir və nəticələri qiymətləndirir. 10. Rəqəmli siqnal emalının telekommunikasiya və digər texniki sistemlərdə tətbiqini izah edir.