Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Elektrodinamika və radiodalğaların yayılmasıSillabus

İF-2254y6 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2254y
Kredit
6
Tələbənin iş yükü
75
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
Auditoriyadan kənar saatlar
a) 75 saat -TSİ b) 30 saat -MRTSİ

Fənn haqqında

“ Elektrodinamikanın əsas tənliklərini öyrənmək və real praktikaya tətbiq etmək. Radiodalğaların iki mühitin ayrılma sərhəddində yayılmasını təyin etmək. Sərhəd şərtləri ilə tanış olmaq, ifrat yüksək tezlikli element və qurğuların, şüalandırıcıların, dalğaötürən traktların, istiqamətləndirici sistemlər və elektromaqnit dalğalarının belə sistemlərdə yayılmasının xüsusiyyətlərini, ifrat yüksək tezlikli cihazların iş prinsiplərini, funksiyalarını, konstruktiv quruluşunu, tərkib hissələrini və layihələndirilməsini öyrənmək

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: 1. Elektromaqnit sahəsinin əsas anlayışlarını, qanunlarını və fiziki xüsusiyyətlərini izah edir. 2. Elektrik və maqnit sahələrinin qarşılıqlı təsirini və elektromaqnit dalğalarının yaranma mexanizmini izah edir. 3. Elektromaqnit dalğalarının əsas parametrlərini və yayılma xüsusiyyətlərini müəyyənləşdirir. 4. Maksvel tənliklərinin elektromaqnit sahələrinin və dalğa proseslərinin təsvirində tətbiqini izah edir. 5. Radiodalğaların müxtəlif mühitlərdə yayılma mexanizmlərini və xüsusiyyətlərini təhlil edir. 6. Radiodalğaların yayılmasına təsir edən əksolma, sınma, difraksiya və interferensiya hadisələrini qiymətləndirir. 7. Müxtəlif tezlik diapazonlarında radiodalğaların yayılma xüsusiyyətlərini və tətbiq sahələrini müqayisə edir. 8. Atmosfer və ionosferin radiodalğaların yayılmasına təsirini təhlil edir və qiymətləndirir. 9. Radiodalğaların yayılma məsafəsini və rabitə kanalının əsas energetik parametrlərini hesablamaq və qiymətləndirmək üsullarını tətbiq edir. 10. Verilmiş rabitə şəraitinə uyğun radiodalğaların yayılma üsulunu və texniki həlləri seçir və əsaslandırır.

Mövzu planı

  1. 1.
    Giriş. Elektromaqnit sahəsinin vektorları. Elektrodinamik mühitlər. Potensiallı və burulğanlı sahə Mühazirə
  2. 2.
    Maksvelin birinci, ikinci, üçüncü və dördüncü tənlikləri Mühazirə
  3. 3.
    Kəsilməzlik tənliyi və yüklərin saxlanma qanunu. Diferensial şəkildə Om qanunu. Maksvel tənlikləri əsasında mühitlərin təsnifatı. Maksvelin tam tənliklər sistemi Mühazirə
  4. 4.
    Elektromaqnit hadisələrinin təsnifatı. Maksvel tənlikləri və kənar cərəyanlar. İki mühit sərhəddi üçün Maksvel tənliklərinin diferensial şəkildə tətbiq edilə bilməməsi. Elektrik sahəsinin vektorları üçün sərhəd şərtləri Mühazirə
  5. 5.
    Maqnit sahəsinin vektorları üçün sərhəd şərtləri. Tam sərhəd şərtləri. İdeal keçirici naqil üçün sərhəd şərtləri Mühazirə
  6. 6.
    Antik dövr fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi Antik Yunan və Roma fəlsəfəsinin yaranmasını və inkişaf mərhələlərini öyrənməkdir. Sokrat, Platon, Aristotel və digər filosofların ideyaları təhlil edilir. Antik fəlsəfənin sonrakı fəlsəfi fikrə təsiri araşdırılır.

    • .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
    • .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
    • .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
    • .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
    • .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
    • .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
    • .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
    • .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
  7. 7.
    Dalğa tənliyi. Elektrodinamik potensiallar. Elektrostatikanın əsas tənlikləri və enerjisi. Stasionar elektromaqnit sahəsinin əsas tənlikləri. Maqnitostatika. Sabit cərəyan və maqnit sahəsi Mühazirə
  8. 8.
    Stasionar maqnit sahəsinin enerjisi. Koaksial kabelin sahəsi. İkinaqilli xəttin sahəsi. Maqnit dipolunun sahəsi. Keçirici mühitdə elektrik cərəyanı. Cərəyanlı dairəvi konturun sahəsi Mühazirə
  9. 9.
    Ən sadə şüalandırıcılar. Elementar elektrik və maqnit vibratorları, onların istiqamət diaqramı. Hügens elementi Mühazirə
  10. 10.
    İtkisiz bircinsli izotrop mühitdə müstəvi dalğalar. Səth effekti hadisəsi Mühazirə
  11. 11.
    Müstəvi dalğaların əks olunması, keçməsi və difraksiyasıMühazirə
  12. 12.
    13. Cu və Zn- təbii birləşmələri,alinması,xassələri və tətbiqiMühazirə
  13. 13.
    Dispersiya. İnterferensiya. Difraksiya. Polyarizasiya Mühazirə
  14. 14.
    Sirkulyatorlar. Dalğa matrisaları. Fazafırladıcılar. Attenyuatorlar Mühazirə
  15. 15.
    Budaqlandırıcılar. Detektor bölmələri. İYT-li dördqütblülər və rezonatorlar Mühazirə
  16. 16.
    Kölgə (difraksiya) zonasında elektrik sahəsinin hesablanması. Antenanın Yer səthindən yuxarıda yerləşməsi zamanı radiodalğaların qeyri-bircins trasda yayılması. Radiodalğaların yayılmasında mühüm rol oynayan fəza oblastı. Frenel zonaları Mühazirə
  17. 17.
    Atmosferin tərkibi. Ultraqısa dalğaların uzaq məsafələrə yayılması. Troposferdə radiodalğaların sahə intensivliyinin sönməsi. İonosferin yaranma səbəbləri. Radiodalğaların ionosferada yayılması. Şaquli zondlama üsulu ilə ionosferanın tədqiqi Mühazirə
  18. 18.
    Uzun, orta və qısa dalğaların yayılma xüsusiyyətləri. Qısa dalğaların susması. Qısa dalğalı radioxətlərin işinin pozulma xüsusiyyətləri Mühazirə
  19. 19.
    Kosmik radioxətlərin əsas tipləri. Yerin sini peykinin köməyilə radiorabitənin təşkili. Yer-kosmos radioxətlərində ultraqısa dalğaların güc itkisi Mühazirə
  20. 20.
    Planetlərarası mühitin xarakteristikası. Atmosferin radiofiziki parametrləri Mühazirə
  21. 21.
    Optik və infraqırmızı diapazonlu radiodalğalar. Onların rabitədə, naviqasiyada tətbiqi. Atmosferdə optik və infraqırmızı dalğaların zəifləməsi Mühazirə
  22. 22.
    Sənaye və atmosfer maneələri. Kosmik maneə. Radiodalğaların elektromaqnit birgəliyi Mühazirə
  23. 23.
    Optik və infraqırmızı dalğaların refraksiyası Mühazirə

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5