Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrodinamika və radiodalğaların yayılması
Fənn haqqında
Kredit
6
İş yükü
75saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“ Elektrodinamikanın əsas tənliklərini öyrənmək və real praktikaya tətbiq etmək. Radiodalğaların iki mühitin ayrılma sərhəddində yayılmasını təyin etmək. Sərhəd şərtləri ilə tanış olmaq, ifrat yüksək tezlikli element və qurğuların, şüalandırıcıların, dalğaötürən traktların, istiqamətləndirici sistemlər və elektromaqnit dalğalarının belə sistemlərdə yayılmasının xüsusiyyətlərini, ifrat yüksək tezlikli cihazların iş prinsiplərini, funksiyalarını, konstruktiv quruluşunu, tərkib hissələrini və layihələndirilməsini öyrənmək
Fənn təlim nəticələri
CLO 1: 1. Elektromaqnit sahəsinin əsas anlayışlarını, qanunlarını və fiziki xüsusiyyətlərini izah edir. 2. Elektrik və maqnit sahələrinin qarşılıqlı təsirini və elektromaqnit dalğalarının yaranma mexanizmini izah edir. 3. Elektromaqnit dalğalarının əsas parametrlərini və yayılma xüsusiyyətlərini müəyyənləşdirir. 4. Maksvel tənliklərinin elektromaqnit sahələrinin və dalğa proseslərinin təsvirində tətbiqini izah edir. 5. Radiodalğaların müxtəlif mühitlərdə yayılma mexanizmlərini və xüsusiyyətlərini təhlil edir. 6. Radiodalğaların yayılmasına təsir edən əksolma, sınma, difraksiya və interferensiya hadisələrini qiymətləndirir. 7. Müxtəlif tezlik diapazonlarında radiodalğaların yayılma xüsusiyyətlərini və tətbiq sahələrini müqayisə edir. 8. Atmosfer və ionosferin radiodalğaların yayılmasına təsirini təhlil edir və qiymətləndirir. 9. Radiodalğaların yayılma məsafəsini və rabitə kanalının əsas energetik parametrlərini hesablamaq və qiymətləndirmək üsullarını tətbiq edir. 10. Verilmiş rabitə şəraitinə uyğun radiodalğaların yayılma üsulunu və texniki həlləri seçir və əsaslandırır.