Ümumi məlumat
- Fənn kodu
- İF -2256y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 75
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 75 saat -TSİ b) 45 saat -MRTSİ
Fənn haqqında
Fənn optik rabitə sistemlərinin qidalandırılmasının nəzəri və praktik əsaslarını əhatə edir. Burada elektromaqnit qurğuları, düzləndiricilər, süzgəclər, stabilizatorlar, impuls qida mənbələri, çeviricilər, telekommunikasiya sistemlərində qida qurğuları, məsafədən qidalandırma üsulları, müasir rəqəmli kommutasiya sistemlərinin və optik rabitə sistemlərinin enerji təchizatı prinsipləri öyrənilir. Fənn tələbələrdə qida sistemlərinin analizi, layihələndirilməsi, istismarı və etibarlılığının qiymətləndirilməsi üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: 1. Elektrik qida qurğularının təyinatını və iş prinsipini izah edir. 2. Elektrik qida qurğularının əsas növlərini və tətbiq sahələrini fərqləndirir. 3. Qida mənbələrinin əsas struktur elementlərini və funksiyalarını müəyyən edir. 4. Dəyişən cərəyanın sabit cərəyana çevrilməsi prosesini izah edir. 5. Düzləndirici, filtr və stabilizator qurğularının iş prinsipini açıqlayır. 6. Qida qurğularının əsas elektrik və texniki parametrlərini müəyyən edir. 7. Müxtəlif elektrik qurğuları üçün uyğun qida mənbəyini seçir. 8. Qida qurğularının elektrik sxemlərini oxuyur və əsas elementlərini müəyyənləşdirir. 9. Elektrik qida qurğularında yaranan nasazlıqları müəyyən edir və ilkin diaqnostika aparır. 10. Qida qurğularının istismarı zamanı elektrik təhlükəsizliyi və texniki xidmət qaydalarına riayət edir.
Mövzu planı
- 1.Giriş.Telekommunikasiya sistemlərində müasir Şəbəkələr haqında ümumi anlayış. Təhlükəsizlik sistemləri Mühazirə
- 2.Qida sitemlərinin elektromaqnit qurğuları. Transformatorlar və üçfazlı transformatorların iş prinsipləri. AvmotarnsformatorlarMühazirə
- 3.Düzləndirici qurğular. Elektrik qida qurğularında düzləndiricilərin rolu. Aktiv yüklü 1-fazalı və çoxfazalı düzləndiricilər. Mühazirə
- 4.Idarə edilən və idarə olunmayan düzləndiricilər. Üçfazlı körpü düzləndirmə sxemi Mühazirə
- 5.Süzgəclər. Induktiv –tutumlu tipli. Aktiv tutum tipli süzgəclər. Electron və Rezorans süzgəcləriMühazirə
- 6.Stabilzatorlar. Cəryan və gərginlik stabilzatorları. Parametrik dioddaxili gərginlik və cəryan stabilzatorları Mühazirə
- 7.Komnensasiya tipli stabilzatorları Fasiləsiz sabit gərginlikli tənzimlənən stabilzatorlar Mühazirə
- 8.Trasformatorsuz stabilzatorlar Mühazirə
- 9.Impuls elektirik qida mənbələri. Giriş və çıxış qalvanik əlaqədə olan birtaktlı tənzimlənən impuls çevriciləri Mühazirə
- 10.Ikitaktlı tənzimlənən impuls çevriciləri. Öz – özünə təsirlənən və tənzimlənən impuls çevriciləri Mühazirə
- 11.MŞ –nin elektrik təminatı. MŞ –nin elektrik təminatının xarakteristikaları və etibarlılığıMühazirə
- 12.Fasiləsiz elektrik təminatı avadanlıqlarıMühazirə
- 13.AkkumulyatorlarMühazirə
- 14.Fasiləsiz elektrik təminatı sistemlərinin qurulmasının əsas prinsipləri. Elektrik naqillərinin çəkilməsiMühazirə
- 15.Fasiləsiz elektrik təminatı və sabit cərəyan sistemlərinin gücünün hesablanması Mühazirə
- 16.Tipik EQQ – i və avadanlıgın seçilməsi. Verliş sistemlərinin məsafədən qidalanması. Etibar-lılığın yüksəldilməsi üsulları Mühazirə
- 17.Avtonom iş xarakteristikaları və xüsusiyyətləri. Fasiləsiz elektrik təminatı elektrik şəbəkəsinin strukturuMühazirə
- 18.Etibarlı elektrik təminatı sistemləri Dizel generator qurğuları. Etibarlı elektrik təminatı sisteminin gücünün hesablanması Mühazirə
- 19.Avtomatik kommutasiya sistem-lərində elektrik təminatının idarə olunmasının təşkili. Fasiləsiz qida mənbələrinin monitorinq vasitələri Mühazirə
- 20.İnternet vasitəsilə monitorinqin məsafədən keçirilməsi.Proqram təminatıMühazirə
- 21.Elektrik enerjisi sərfiyyatının hesaba alınması sistemi. FQM və sabit cərəyan sistemlərinin yerləşdirilməsi Mühazirə
- 22.Texniki istismar strukturunun təşkili və funksiyaları. Texniki istismar strukturunun təşkili və funksiyaları Mühazirə
Ədəbiyyat
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |