Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrik qida qurğuları
Fənn haqqında
Kredit
6
İş yükü
75saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənn optik rabitə sistemlərinin qidalandırılmasının nəzəri və praktik əsaslarını əhatə edir. Burada elektromaqnit qurğuları, düzləndiricilər, süzgəclər, stabilizatorlar, impuls qida mənbələri, çeviricilər, telekommunikasiya sistemlərində qida qurğuları, məsafədən qidalandırma üsulları, müasir rəqəmli kommutasiya sistemlərinin və optik rabitə sistemlərinin enerji təchizatı prinsipləri öyrənilir. Fənn tələbələrdə qida sistemlərinin analizi, layihələndirilməsi, istismarı və etibarlılığının qiymətləndirilməsi üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: 1. Elektrik qida qurğularının təyinatını və iş prinsipini izah edir. 2. Elektrik qida qurğularının əsas növlərini və tətbiq sahələrini fərqləndirir. 3. Qida mənbələrinin əsas struktur elementlərini və funksiyalarını müəyyən edir. 4. Dəyişən cərəyanın sabit cərəyana çevrilməsi prosesini izah edir. 5. Düzləndirici, filtr və stabilizator qurğularının iş prinsipini açıqlayır. 6. Qida qurğularının əsas elektrik və texniki parametrlərini müəyyən edir. 7. Müxtəlif elektrik qurğuları üçün uyğun qida mənbəyini seçir. 8. Qida qurğularının elektrik sxemlərini oxuyur və əsas elementlərini müəyyənləşdirir. 9. Elektrik qida qurğularında yaranan nasazlıqları müəyyən edir və ilkin diaqnostika aparır. 10. Qida qurğularının istismarı zamanı elektrik təhlükəsizliyi və texniki xidmət qaydalarına riayət edir.