Ümumi məlumat
- Fənn kodu
- if-611144y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat- mühazirə b) 30 saat -laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 72 saat -laboratoriya işi b) 48 saat - hazırlıq
Fənn haqqında
Proqramlaşdırmanın əsasları fənninin təsviri Bu fənn alqoritmlərin qurulması və proqramlaşdırma dillərində reallaşdırılması, dəyişənlər, verilənlər tipləri, şərt operatorları, dövrlər və funksiyaların istifadəsini əhatə edir. Fənn çərçivəsində modul proqramlaşdırma, fayllarla işləmə, məlumatların oxunması və yazılması, proqram səhvlərinin aşkarlanması və aradan qaldırılması, həmçinin proqramlaşdırma vasitəsilə data analitikası məsələlərinin həlli öyrənilir.
Tədris metodları
- layihə əsaslı öyrənmə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Alqoritmik düşünmə prinsiplərini tətbiq etməklə məsələlərin həlli üçün alqoritmlər qurur və onları proqramlaşdırma dilində reallaşdırır.
CLO 2: Proqramlaşdırmada dəyişənlərdən, verilənlər tiplərindən, şərt və dövr operatorlarından istifadə edərək proqram kodları yazır.
CLO 3: Funksiyalardan və modul proqramlaşdırma prinsiplərindən istifadə etməklə proqram kodunun strukturunu formalaşdırır.
CLO 4: Fayllarla işləmə vasitələrindən istifadə edərək məlumatları oxuyur, emal edir və fayllara yazır.
CLO 5: Proqram kodunda məntiqi və sintaktik səhvləri müəyyən edir, təhlil edir və aradan qaldırır.
CLO 6: Proqramlaşdırma vasitələrindən istifadə etməklə sadə data analitikası məsələlərini həll edir və məlumatların emalını həyata keçirir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |