Fənn · Proqram təminatı mühəndisliyi

Proqramlaşdırmanın əsasları

if-611144y6 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Proqramlaşdırmanın əsasları fənninin təsviri Bu fənn alqoritmlərin qurulması və proqramlaşdırma dillərində reallaşdırılması, dəyişənlər, verilənlər tipləri, şərt operatorları, dövrlər və funksiyaların istifadəsini əhatə edir. Fənn çərçivəsində modul proqramlaşdırma, fayllarla işləmə, məlumatların oxunması və yazılması, proqram səhvlərinin aşkarlanması və aradan qaldırılması, həmçinin proqramlaşdırma vasitəsilə data analitikası məsələlərinin həlli öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Alqoritmik düşünmə prinsiplərini tətbiq etməklə məsələlərin həlli üçün alqoritmlər qurur və onları proqramlaşdırma dilində reallaşdırır.

  2. CLO 2: Proqramlaşdırmada dəyişənlərdən, verilənlər tiplərindən, şərt və dövr operatorlarından istifadə edərək proqram kodları yazır.

  3. CLO 3: Funksiyalardan və modul proqramlaşdırma prinsiplərindən istifadə etməklə proqram kodunun strukturunu formalaşdırır.

  4. CLO 4: Fayllarla işləmə vasitələrindən istifadə edərək məlumatları oxuyur, emal edir və fayllara yazır.

  5. CLO 5: Proqram kodunda məntiqi və sintaktik səhvləri müəyyən edir, təhlil edir və aradan qaldırır.

  6. CLO 6: Proqramlaşdırma vasitələrindən istifadə etməklə sadə data analitikası məsələlərini həll edir və məlumatların emalını həyata keçirir.