Fənn · Proqram təminatı mühəndisliyi

Proqram mühəndisliyinin əsaslarıSillabus

if-611143y6 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
if-611143y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə b) 30 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 72 saat-laboratoriya işi b) 48 saat- hazırlıq

Fənn haqqında

Proqram mühəndisliyinin əsasları fənninin təsviri Bu fənn proqram mühəndisliyinin əsas anlayış və prinsiplərini, proqram təminatının həyat dövrü mərhələlərini, keyfiyyət meyarlarını və proqram inkişaf metodologiyalarını əhatə edir. Fənn çərçivəsində proqram təminatına olan tələblərin müəyyənləşdirilməsi, UML diaqramları vasitəsilə sistemlərin modelləşdirilməsi, layihələndirmə sənədlərinin hazırlanması, versiya nəzarət sistemlərindən istifadə, proqram təminatının test edilməsi, risklərin təhlili və proqram layihələrinin planlaşdırılması üzrə bilik və bacarıqlar formalaşdırılır.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • laboratoriya işi
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Proqram mühəndisliyinin əsas anlayışlarını, prinsiplərini və proqram təminatının həyat dövrü mərhələlərini izah edir.

  2. CLO 2: Proqram inkişaf metodologiyalarını (Agile, Waterfall və s.) müqayisə edir və verilmiş layihənin xüsusiyyətlərinə uyğun metodologiyanı seçir.

  3. CLO 3: Verilmiş məsələyə uyğun proqram təminatı tələblərini müəyyənləşdirir, təhlil edir və tələblərdəki uyğunsuzluqları və riskləri aşkarlayır.

  4. CLO 4: Sadə proqram layihələri üçün layihələndirmə sənədləri hazırlayır və UML diaqramları vasitəsilə sistemləri modelləşdirir.

  5. CLO 5: Proqram təminatının keyfiyyət meyarlarını və standartlarını qiymətləndirir, proqram kodunun strukturlaşdırılması və oxunaqlılığını təmin edən prinsipləri tətbiq edir.

  6. CLO 6: Versiya nəzarət sistemlərindən (Git və s.) istifadə edir və proqram təminatının test edilməsi üsullarını, o cümlədən vahid və inteqrasiya testlərini tətbiq edir.

  7. CLO 7: Proqram təminatında yaranan problemləri təhlil edir, alternativ proqram həllərini müqayisə edir və optimal həll variantını əsaslandırır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5