Fənn · Logistika və nəqliyyat texnologiyaları

Daşımalarda sənəd dövriyyəsiSillabus

İFTSS-10257y6 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFTSS-10257y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat mühazirə b) 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 105 saat sərbəst iş

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Nəqliyyatın anlayışını, rolunu, nəqliyyat məhsulunun xüsusiyyətlərini və nəqliyyat daşımalarının əsas növlərini izah edir və təsnif edir.

  2. CLO 2: Beynəlxalq və yerli daşımaların Azərbaycan Respublikasının iqtisadiyyatındakı rolunu, əhəmiyyətini və inkişaf istiqamətlərini təhlil edir.

  3. CLO 3: Yük və sərnişin daşımalarının həcmini, yük dövriyyəsini, yüklərin təsnifatını və nəqliyyatda göstərilən xidmətləri müəyyənləşdirir və qiymətləndirir.

  4. CLO 4: Avtomobil nəqliyyatı ilə ölkədaxili, şəhərlərarası, yerli və beynəlxalq yük və sərnişin daşımalarının təşkili prinsiplərini, tarif və ödəniş sistemlərini tətbiq edir və səmərəliliyini qiymətləndirir.

  5. CLO 5: Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün tələb olunan sənədləri, sürücülərə olan tələbləri, TİR Konvensiyasının müddəalarını və CARNET-TİR sisteminin tətbiq qaydalarını izah edir və tətbiq edir.

  6. CLO 6: Beynəlxalq dəmir yolu daşımalarının təşkili, yük vaqonlarının və platformaların təsnifatı, daşıma sənədlərinin rəsmiləşdirilməsi, yüklərin qəbul və təhvil verilməsi, tariflər və iddialara baxılması qaydalarını təhlil edir və tətbiq edir.

Mövzu planı

  1. 1.
    Giriş. Fənnin predmeti və əsas məqsədi. Fənnin nəqliyyat kompleksi üzrə mütəxəssis hazırlanmasında roluMühazirə
  2. 2.
    Nəqliyyat anlayışı, rolu, nəqliyyat məhsulu və onun əsas xüsusiyyətləriMühazirə
  3. 3.
    Beynəlxalq və yerli daşımaların Azərbaycan Respublikası iqtisadiyyatında yeri, əhəmiyyəti və inkişafı.Mühazirə
  4. 4.
    Nəqliyyat daşımalarının növləri.Mühazirə
  5. 5.
    Azərbaycan Respublikasının daşımalara aid qoşulduğu Beynəlxalq konvensiyalar və sazişlərMühazirə
  6. 6.
    Daşımaların həcmi, yük dövriyyəsi. Yüklərin təsnifatı.Mühazirə
  7. 7.
    Nəqliyyatda göstərilən xidmətlər.Mühazirə
  8. 8.
    Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının xüsusiyyətləriMühazirə
  9. 9.
    Avtonəqliyyat vasitələrinin təsnifatı.Mühazirə
  10. 10.
    Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarının təşkili.Mühazirə
  11. 11.
    Şəhərlərarası, yerli və beynəlxalq sərnişin daşımaların təşkili. Avtomobil istismarı müəssisəsinin səmərəliliyinin təyini, tariflər və ödəmə növləri.Mühazirə
  12. 12.
    Beynəlxalq yük daşımalarda sürücülərə olan tələblər. Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün lazım olan sənədlərMühazirə
  13. 13.
    «BYD kitabçası tətbiq edilməklə Beynəlxalq yük daşımaları haqqında» Gömrük Konvensiyası (TİR – Konvensiyası - 1975). Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Beynəlxalq Yol Daşıma –kitabçası (CARNET-TİR)Mühazirə
  14. 14.
    Beynəlxalq Dəmir yol nəqliyyatı ittifaqı, təşkilatı və şurası (UIK, COTIF). Dəmiryolu nəqliyyatında daşımaların təşkili. Dəmiryolu yük daşıyan vaqonların və platformaların təsnifatı. Beynəlxalq dəmiryolu əlaqələri haqqında sazişin əsas müddəaları. Dəmiryolu ilə beynəlxalq yük daşımaları haqqında saziş. Beynəlxalq dəmiryolu daşımaları zamanı dəmir yollarının məsuliyyətiMühazirə
  15. 15.
    Dəmiryolu ilə yükün daşınma üçün qəbul edilməsinə aid şərtlər, nişanlanması və qaimənin doldurulmasının ümumi qaydaları. Yüklərin təyinat yerinə çatdırılması, tarifləri və verilməsinin ümumi prinsipləri. Yüklərin dəmiryolu ilə beynəlxalq daşımalar zamanı iddiaların verilməsi və baxılması qaydası. Dəmiryolu nəqliyyatında daşıma sənədləriMühazirə

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5