Fənn · Logistika və nəqliyyat texnologiyaları

Nəqliyyatda təhlükəsizlikMövzu planı

İF-10235y7 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

23 mövzu
  1. 1. Nəqliyyat infrastrukturu və nəqliyyat vasitələrinin təsnifatı, əlamət və dərəcələri. -nəqliyyat təhlükəsizliyinin təşkilində nəqliyyatın infrastrukturunun rolu, məhsulu, əhəmiyyəti və məqsədləri.

    Mühazirə
  2. 2. Nəqliyyat təhlükəsizliyi, təminatının əsas prinsipləri və texnoloji təkamülü. -nəqliyyat təhlükəsizliyi sisteminin təmin edilməsi vəzifələri, təhdidlər, risklər və təhlükələr.

    Mühazirə
  3. 3. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsində təhdidlər, təhlükələr, məqsədlər, funksiyalar və vəzifələr. -nəqliyyat infrastrukturu obyektləri və təhdid amilləri, qanunsuz müdaxilə aktları, məruz qalma təhlükələri.

    Mühazirə
  4. 4. Azərbaycan Respublikasında nəqliyyat təhlükəsizliyi sisteminin hüquqi və təşkilati əsasları. -infrastruktur və nəqliyyat vasitələri təhlükəsizliyi tənzimləməsi, qanunsuzluq aktları, nörmativ aktlar.

    Mühazirə
  5. 5. Nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələrinin istismarına qeyri-qanuni müdaxilənin potensial təhlükələrinin müəyyən edilməsi üçün əsas üsullar və tövsiyələr. -təhlükənin müəyyənləşdirilməsi, müdaxilə edilməsi, komissiya nəticələrinin müəyyənləşdirilməsi qaydası və reallaşdırma istiqamətləri.

    Mühazirə
  6. 6. Nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələrinin müxtəlif kateqoriyaları üçün təhlükəsizlik səviyyələri nəzərə alınmaqla nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi üçün əsas tələblər. -nəqliyyat təhlükəsizliyinin prinsipləri.

    Mühazirə
  7. 7. Nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələrinin həssaslığının qiymətləndirilməsi metodologiyası. -Nəqliyyat infrastrukturu obyektləri və NV təhlükəsizlik səviyyəsinin həssaslığı, qiymətləndirilməsi.

    Mühazirə
  8. 8. Nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələrinin həssaslıq qiymətləndirmələrinin aparılması üçün tövsiyə olunan prosedurdur. -Kritik elementlərin müəyyənləşdirilməsi metodu

    Mühazirə
  9. 9. Nəqliyyat infrastrukturu subyektlərinin və daşıyıcılarının nəqliyyatın təhlükəsizliyinin, avtonəqliyyat vasitələrinin və şəhər yerüstü elektrik nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquq və vəzifələri. -subyekt və daşıyıcıların təhlükəsizliyini əks etdirən qanun və qaydalar .

    Mühazirə
  10. 10. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin planlaşdırılması, nəqliyyat təhlükəsizliyi sahəsində dövlət siyasəti. -NV-nin konstruktiv təhlükəsizliyini təmin edən planlar və tədbirlər.

    Mühazirə
  11. 11. Nəqliyyat infrastrukturu obyektlərinin və nəqliyyat vasitələrinin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi. -Avtomobilin təhlükəsizlik növləri və təmin edilmələri

    Mühazirə
  12. 12. Nəqliyyat infrastrukturu obyektlərinin kateqoriyaları və kəmiyyət göstəriciləri və nəqliyyat vasitələrinin təsnifat meyarları. -Yükün, malların dağılmasına qarşı tədbirlər.

    Mühazirə
  13. 13. Nəqliyyat infrastrukturu obyektlərinin və nəqliyyat vasitələrinin kateqoriyalara bölünməsi meyarlarının sayını müəyyən edən normativ hüquqi aktlar. -Avtomobilin dartıcı dinamikası

    Mühazirə
  14. 14. Nəqliyyat təhlükəsizliyinin sxematik diaqramı, kritik element anlayışı və kritik elementin təyini üsulu. -ANV- nin idarəolunma qabiliyyəti, diaqramlar, elementlər.

    Mühazirə
  15. 15. “Cinayətkar modeli” anlayışı və cinayətkar modelinin tətbiqi prinsipi. -Avtomobilin xətdə məhsuldar və effektiv işi, ətraf mühit üçün təhlükəsiz hərəkəti, proqnozları.

    Mühazirə
  16. 16. Nəqliyyatda təhlükəsizlik qüvvələrinin hazırlanmasında aktual məsələlər. -Yol-nəqliyyat hadisələrinin təsnifatı

    Mühazirə
  17. 17. Zəifliyin qiymətləndirilməsi konsepsiyasının mahiyyəti və zəifliyin qiymətləndirilməsinin aparılması üçün tövsiyə olunan prosedur. -Hərəkət tərkibinin texniki vəziyyəti, səmərəli istismarı və istifadəsi zamanı qənaət prinsipləri

    Mühazirə
  18. 18. Nəqliyyat təhlükəsizliyinin idarə edilməsinin sxematik diaqramı. -Nəqliyyatın işinin fərqləndirici xüsusiyyətləri

    Mühazirə
  19. 19. Nəqliyyat təhlükəsizliyi tələblərinə əməl edilməməsinə görə məsuliyyət. -Şəhərsalmada avtomobil nəqliyyatı ə ASM-nin nəzərə alınması problemi

    Mühazirə
  20. 20. Nəqliyyat təhlükəsizliyi sahəsində informasiya texnologiyaları və sistemləri. -Nəqliyyat infrastrukturunda su və elektrik techizatı sistemi

    Mühazirə
  21. 21. Şəhər sərnişin nəqliyyat sistemlərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi -Səs-küyün canlı orqanizmlərə təsiri, qavrama dərəcəsi

    Mühazirə
  22. 22. Nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün texniki vasitələrdən istifadə qaydası. -Titrəyiş oktavalarının tezlik xarakteristikaları

    Mühazirə
  23. 23. Nəqliyyat vasitələrində profilləşdirmə texnologiyaları (profilləşdirmə). -Avtomobil servis müəssisələri şöbələrinin ekoloji təhlükəsi

    Mühazirə