Fənn · Energetika mühəndisliyi
Bərpa olunan enerji texnologiyaları və ağıllı şəbəkələrMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Bərpa olunan enerji mənbələrinə giriş: qlobal enerji tendensiyaları və texnologiyaların təsnifatı. Enerji layihələndirilməsinin ümumi metodologiyası və layihə həyat dövrü
Mühazirə1Qlobal enerji balansında bərpa olunan enerjinin yeri və inkişaf tendensiyaları nəzərdən keçirilir. Günəş, külək, hidro, biokütlə və geotermal enerji növlərinin ümumi icmalı, müqayisəli xüsusiyyətləri və təsnifat meyarları öyrənilir.
Mənbəyə keç: Bərpa olunan enerji mənbələrinə giriş: qlobal enerji tendensiyaları və texnologiyaların təsnifatı. Enerji layihələndirilməsinin ümumi metodologiyası və layihə həyat dövrü (yeni pəncərədə açılır)2. Günəş radiasiyasının ölçülməsi və resurs qiymətləndirilməsi metodları
Mühazirə2Piranometr və digər ölçmə cihazları, günəş atlasları, peyk əsaslı məlumat bazaları və radiasiya modelləri araşdırılır. Günəş resursunun qiymətləndirilməsi metodikası nəzərdən keçirilir.
Mənbəyə keç: Günəş radiasiyasının ölçülməsi və resurs qiymətləndirilməsi metodları (yeni pəncərədə açılır)3. Fotoelektrik (PV) modulların texniki xüsusiyyətləri və seçim kriteriyaları
Mühazirə3PV modul növləri, I-V və P-V xarakteristikaları, temperatur əmsalları və performans parametrləri öyrənilir. Layihə şəraitinə uyğun modulun seçilməsi meyarları təhlil edilir.
Mənbəyə keç: Fotoelektrik (PV) modulların texniki xüsusiyyətləri və seçim kriteriyaları (yeni pəncərədə açılır)4. Şəbəkəyə qoşulmuş PV stansiyasının layihələndirilməsi və hesablanması
Mühazirə4Sistem ölçülərinin (sizing) müəyyən edilməsi, modulların sıra-paralel konfiqurasiyaları, invertorla uyğunlaşdırma və sistem itkilərinin hesablanması öyrənilir.
Mənbəyə keç: Şəbəkəyə qoşulmuş PV stansiyasının layihələndirilməsi və hesablanması (yeni pəncərədə açılır)5. Avtonom (off-grid) PV sistemlərinin layihələndirilməsi
Mühazirə5Yük profilinin analizi, akkumulyator tutumunun hesablanması, yüklənmə nəzarətçisi və invertorun seçilməsi, sistem komponentlərinin uyğunlaşdırılması öyrənilir.
Mənbəyə keç: Avtonom (off-grid) PV sistemlərinin layihələndirilməsi (yeni pəncərədə açılır)6. İnvertorların seçimi və güc elektronikası hesablamaları
Mühazirə6String, mərkəzi və mikroinvertorların müqayisəsi, MPPT alqoritmləri, invertorun effektivlik hesablamaları və seçim meyarları araşdırılır.
Mənbəyə keç: İnvertorların seçimi və güc elektronikası hesablamaları (yeni pəncərədə açılır)7. Külək enerjisi potensialının qiymətləndirilməsi və külək atlaslarının tətbiqi. Külək turbinlərinin növləri və əsas texniki parametrləri
Mühazirə7Külək sürəti ölçmələri, hündürlüyə görə korreksiya, Vaybull paylanması, güc sıxlığının hesablanması metodları və külək atlaslarından istifadə öyrənilir.
Mənbəyə keç: Külək enerjisi potensialının qiymətləndirilməsi və külək atlaslarının tətbiqi. Külək turbinlərinin növləri və əsas texniki parametrləri (yeni pəncərədə açılır)8. Külək enerjisi qurğusunun layihələndirilməsi və enerji istehsalının hesablanması
Mühazirə8Turbin seçimi, yerləşdirmə (micrositing), park effekti və illik enerji istehsalının proqnozlaşdırılması metodları araşdırılır.
Mənbəyə keç: Külək enerjisi qurğusunun layihələndirilməsi və enerji istehsalının hesablanması (yeni pəncərədə açılır)9. Külək elektrik stansiyasının gücünün hesablanması
Mühazirə9Küləyin kinetik enerjisi, Betz həddi, güc əmsalı, turbinin aldığı gücün və stansiyanın ümumi gücünün hesablanması üsulları öyrənilir.
Mənbəyə keç: Külək elektrik stansiyasının gücünün hesablanması (yeni pəncərədə açılır)10. Kiçik hidroenergetikanın inkişaf tarixi və müasir dünyada onun rolu. Kiçik və mikro hidroenerji qurğularının layihələndirilmə prinsipləri
Mühazirə10Kiçik hidroenergetikanın yaranması və inkişaf mərhələləri, müasir enerji sistemlərində və ətraf mühitin qorunmasında rolu, tətbiq olunan beynəlxalq standartlar və normativ sənədlər nəzərdən keçirilir.
Mənbəyə keç: Kiçik hidroenergetikanın inkişaf tarixi və müasir dünyada onun rolu. Kiçik və mikro hidroenerji qurğularının layihələndirilmə prinsipləri (yeni pəncərədə açılır)11. Hidroenerji qurğularının komponentləri: su alma qurğuları, kanallar, turbin-generator sistemləri
Mühazirə11Su alma qurğuları, derivasiya kanalları, təzyiqli boru kəməri və turbin-generator aqreqatları öyrənilir. Əsas mühəndis komponentlərinin texniki hesablanması və layihələndirmə tələbləri araşdırılır.
Mənbəyə keç: Hidroenerji qurğularının komponentləri: su alma qurğuları, kanallar, turbin-generator sistemləri (yeni pəncərədə açılır)12. Kiçik su elektrik stansiyalarının mümkün quraşdırma yerləri
Mühazirə12Çay axınlarında, kanallarda, su anbarlarında və su təchizatı sistemlərində kiçik SES quraşdırma imkanları, yerin seçilməsi meyarları, hidroloji məlumatlar və relyef amilləri nəzərdən keçirilir.
Mənbəyə keç: Kiçik su elektrik stansiyalarının mümkün quraşdırma yerləri (yeni pəncərədə açılır)13. Hidroturbinlərin və generatorun seçilməsi
Mühazirə13Pelton, Fransis, Kaplan və çarpaz axınlı turbinlərin iş diapazonları, xüsusi sürət anlayışı, sinxron və asinxron generatorların seçim meyarları öyrənilir.
Mənbəyə keç: Hidroturbinlərin və generatorun seçilməsi (yeni pəncərədə açılır)14. Çıxış parametrlərinin sabitləşdirilməsi sistemləri
Mühazirə14Hidroqurğularda gərginlik və tezliyin sabit saxlanması, turbin sürət tənzimləyiciləri, yükün balanslaşdırıcı qurğuları və avtonom rejimdə tənzimləmə üsulları araşdırılır.
Mənbəyə keç: Çıxış parametrlərinin sabitləşdirilməsi sistemləri (yeni pəncərədə açılır)15. Biokütlə enerjisi texnologiyaları: yanma, qazlaşdırma, anaerob həzm prosesləri
Mühazirə15Biokütlə növləri, termokimyəvi və biokimyəvi çevrilmə texnologiyaları, yanma, qazlaşdırma və anaerob həzm proseslərinin müqayisəli təhlili aparılır.
Mənbəyə keç: Biokütlə enerjisi texnologiyaları: yanma, qazlaşdırma, anaerob həzm prosesləri (yeni pəncərədə açılır)16. Biokütlə enerji qurğusunun layihələndirilməsi və material balansının hesablanması
Mühazirə16Xammal tələbatının, enerji çıxışının və qurğu tutumunun hesablanması metodologiyası, material və enerji balansının tərtibi öyrənilir.
Mənbəyə keç: Biokütlə enerji qurğusunun layihələndirilməsi və material balansının hesablanması (yeni pəncərədə açılır)17. Geotermal enerji sistemlərinin növləri və istismar prinsipləri. Geotermal elektrik stansiyasının layihələndirilmə əsasları
Mühazirə17Yüksək, orta və aşağı temperaturlu geotermal resursların istifadə üsulları və istilik nasoslarının iş prinsipi öyrənilir.
Mənbəyə keç: Geotermal enerji sistemlərinin növləri və istismar prinsipləri. Geotermal elektrik stansiyasının layihələndirilmə əsasları (yeni pəncərədə açılır)18. Geotermal elektrik stansiyasının layihələndirilmə əsasları
Mühazirə18Quyu layihələndirmə, istilik mübadiləsi hesablamaları, geotermal stansiya dövrələri və sistem effektivliyinin qiymətləndirilməsi öyrənilir.
Mənbəyə keç: Geotermal elektrik stansiyasının layihələndirilmə əsasları (yeni pəncərədə açılır)19. Dalğa energetikası
Mühazirə19Dəniz dalğalarının enerji potensialı, dalğa gücünün hesablanması, dalğa enerjisinin çevrilməsi prinsipləri və dünya təcrübəsi araşdırılır.
Mənbəyə keç: Dalğa energetikası (yeni pəncərədə açılır)20. Enerji anbarlaşdırılmasının hibrid sistemlərə inteqrasiyası və ölçülərin hesablanması (Smart texnologiyalar)
Mühazirə20Sinxronizasiya, gərginlik/tezlik tənzimlənməsi və elektrik keyfiyyəti standartları öyrənilir. Smart texnologiyalar çərçivəsində ağıllı şəbəkə (Smart Grid), smart invertorların reaktiv güc və gərginlik dəstəyi funksiyaları, ağıllı sayğaclar, SCADA və tələbin idarə olunması araşdırılır.
Mənbəyə keç: Enerji anbarlaşdırılmasının hibrid sistemlərə inteqrasiyası və ölçülərin hesablanması (Smart texnologiyalar) (yeni pəncərədə açılır)21. Şəbəkəyə inteqrasiya tələbləri və şəbəkə kodları (Grid Codes). Ağıllı şəbəkə (Smart Grid) konsepsiyası (Smart texnologiyalar)
Mühazirə21Sinxronizasiya, gərginlik/tezlik tənzimlənməsi və elektrik keyfiyyəti standartları öyrənilir. Smart texnologiyalar çərçivəsində ağıllı şəbəkə (Smart Grid), smart invertorların reaktiv güc və gərginlik dəstəyi funksiyaları, ağıllı sayğaclar, SCADA və tələbin idarə olunması araşdırılır.
Mənbəyə keç: Şəbəkəyə inteqrasiya tələbləri və şəbəkə kodları (Grid Codes). Ağıllı şəbəkə (Smart Grid) konsepsiyası (Smart texnologiyalar) (yeni pəncərədə açılır)22. Bərpa olunan enerji layihələrinin texniki-iqtisadi qiymətləndirilməsi: LCOE hesablamaları.
Mühazirə22Səviyyələndirilmiş enerji dəyərinin (LCOE) hesablanması metodologiyası və onun investisiya qərarlarına təsiri öyrənilir.
Mənbəyə keç: Bərpa olunan enerji layihələrinin texniki-iqtisadi qiymətləndirilməsi: LCOE hesablamaları. (yeni pəncərədə açılır)23. Ekoloji təsirin qiymətləndirilməsi (EIA) və torpaq istifadəsi məsələləri. Hibrid enerji sistemlərinin layihələndirilməsi: çox mənbəli konfiqurasiyalar (Smart texnologiyalar)
Mühazirə23Bərpa olunan enerji layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilmə metodologiyası, torpaq istifadəsi və tənzimləyici tələblər nəzərdən keçirilir.
Mənbəyə keç: Ekoloji təsirin qiymətləndirilməsi (EIA) və torpaq istifadəsi məsələləri. Hibrid enerji sistemlərinin layihələndirilməsi: çox mənbəli konfiqurasiyalar (Smart texnologiyalar) (yeni pəncərədə açılır)24. Günəş resursunun qiymətləndirilməsi və PV stansiyasının enerji istehsalının hesablanması
Məşğələ1Günəş atlasları və peyk məlumat bazalarından istifadə etməklə verilmiş ərazi üçün radiasiya məlumatları əldə edilir, əyilmə bucağı nəzərə alınır və PV generatorun illik enerji istehsalı hesablanır.
Mənbəyə keç: Günəş resursunun qiymətləndirilməsi və PV stansiyasının enerji istehsalının hesablanması (yeni pəncərədə açılır)25. PV generatorun sıra-paralel konfiqurasiyasının və invertorun seçilməsinin hesablanması
Məşğələ2Modul parametrləri əsasında sıra və paralel qolların sayı, gərginlik və cərəyan hədləri nəzərə alınaraq PV generatorun konfiqurasiyası müəyyən edilir və uyğun invertor seçilir.
Mənbəyə keç: PV generatorun sıra-paralel konfiqurasiyasının və invertorun seçilməsinin hesablanması (yeni pəncərədə açılır)26. Avtonom PV sisteminin akkumulyator tutumunun və komponentlərinin hesablanması
Məşğələ3Verilmiş yük profili üçün gündəlik enerji tələbatı, avtonomluq müddəti, boşalma dərinliyi nəzərə alınaraq akkumulyator tutumu, PV generator gücü və nəzarətçi parametrləri hesablanır.
Mənbəyə keç: Avtonom PV sisteminin akkumulyator tutumunun və komponentlərinin hesablanması (yeni pəncərədə açılır)27. Külək resursunun Vaybull paylanması ilə təhlili və külək turbininin illik enerji istehsalının hesablanması
Məşğələ4Külək sürəti məlumatları əsasında Vaybull parametrləri təyin edilir, güc sıxlığı və turbinin güc əyrisi vasitəsilə illik enerji istehsalı və kapasitet əmsalı hesablanır.
Mənbəyə keç: Külək resursunun Vaybull paylanması ilə təhlili və külək turbininin illik enerji istehsalının hesablanması (yeni pəncərədə açılır)28. Kiçik hidroenerji qurğusunun gücünün hesablanması və turbinin seçilməsi
Məşğələ5Axın sərfi və təzyiq başlığı məlumatları əsasında hidroqurğunun gücü və illik enerji istehsalı hesablanır, xüsusi sürət əsasında turbin tipi seçilir.
Mənbəyə keç: Kiçik hidroenerji qurğusunun gücünün hesablanması və turbinin seçilməsi (yeni pəncərədə açılır)29. Biokütlə və geotermal qurğuların texniki hesablanması
Məşğələ6Biokütlə qurğusu üçün xammal tələbatı və material balansı, geotermal sistem üçün istilik mübadiləsi və enerji çıxışı üzrə praktiki məsələlər həll edilir.
Mənbəyə keç: Biokütlə və geotermal qurğuların texniki hesablanması (yeni pəncərədə açılır)30. Layihənin texniki-iqtisadi və maliyyə göstəricilərinin hesablanması: LCOE, NPV, IRR
Məşğələ7Konkret bərpa olunan enerji layihəsi üçün investisiya və istismar xərcləri əsasında LCOE, NPV, IRR və geri qaytarma müddəti hesablanır, həssaslıq təhlili aparılır.
Mənbəyə keç: Layihənin texniki-iqtisadi və maliyyə göstəricilərinin hesablanması: LCOE, NPV, IRR (yeni pəncərədə açılır)31. Hibrid mikroşəbəkənin ölçülərinin hesablanması və Smart idarəetmə strategiyasının tərtibi (Smart texnologiyalar)
Məşğələ8Günəş-külək-batareya hibrid mikroşəbəkəsi üçün yük və resurs məlumatları əsasında komponentlərin ölçüləri hesablanır, Smart idarəetmə (EMS) qaydaları — batareyanın doldurulma/boşalma prioriteti, yükün idarə olunması, proqnoza əsaslanan paylanma — müəyyən edilir.
Mənbəyə keç: Hibrid mikroşəbəkənin ölçülərinin hesablanması və Smart idarəetmə strategiyasının tərtibi (Smart texnologiyalar) (yeni pəncərədə açılır)32. PVsyst proqramında şəbəkəyə qoşulmuş PV stansiyasının simulyasiyası
Laboratoriya1PVsyst proqramında meteoroloji məlumatlar, modul və invertor parametrləri daxil edilməklə şəbəkəyə qoşulmuş PV stansiyasının modeli qurulur, enerji istehsalı və itkilər simulyasiya edilir.
Mənbəyə keç: PVsyst proqramında şəbəkəyə qoşulmuş PV stansiyasının simulyasiyası (yeni pəncərədə açılır)33. PV modulun I-V xarakteristikasının və MPPT alqoritminin MATLAB/Simulink-də modelləşdirilməsi
Laboratoriya2MATLAB/Simulink mühitində PV modulun modeli yaradılır, radiasiya və temperaturun I-V və P-V xarakteristikalarına təsiri tədqiq edilir, MPPT alqoritminin iş prinsipi simulyasiya olunur.
Mənbəyə keç: PV modulun I-V xarakteristikasının və MPPT alqoritminin MATLAB/Simulink-də modelləşdirilməsi (yeni pəncərədə açılır)34. Külək turbininin güc əyrisinin və enerji istehsalının simulyasiyası
Laboratoriya3Külək turbininin güc əyrisi əsasında müxtəlif külək sürətlərində turbinin gücü modelləşdirilir, illik enerji istehsalı və kapasitet əmsalı hesablanır.
Mənbəyə keç: Külək turbininin güc əyrisinin və enerji istehsalının simulyasiyası (yeni pəncərədə açılır)35. HOMER proqramında hibrid günəş-külək-batareya sisteminin optimallaşdırılması
Laboratoriya4HOMER proqramında yük profili və resurs məlumatları daxil edilərək hibrid sistemin müxtəlif konfiqurasiyaları simulyasiya edilir, texniki-iqtisadi göstəricilərə görə optimal variant seçilir.
Mənbəyə keç: HOMER proqramında hibrid günəş-külək-batareya sisteminin optimallaşdırılması (yeni pəncərədə açılır)36. Smart mikroşəbəkənin enerji idarəetmə alqoritminin MATLAB/Simulink-də simulyasiyası (Smart texnologiyalar)
Laboratoriya5Günəş, batareya və yükdən ibarət mikroşəbəkənin Simulink modeli qurulur, qaydalara əsaslanan enerji idarəetmə (EMS) alqoritmi tətbiq edilir, batareyanın doldurulma səviyyəsi və güc balansı real vaxt monitorinqi məntiqi ilə izlənilir.
Mənbəyə keç: Smart mikroşəbəkənin enerji idarəetmə alqoritminin MATLAB/Simulink-də simulyasiyası (Smart texnologiyalar) (yeni pəncərədə açılır)37. Günəş elektrik stansiyasının tam layihələndirilməsi
Sərbəst iş1Seçilmiş ərazi üçün günəş resursunun qiymətləndirilməsi, PV stansiyasının komponentlərinin seçilməsi, ölçülərinin hesablanması, simulyasiyası və texniki-iqtisadi göstəricilərinin təhlili aparılır. Nəticələr PPT təqdimat şəklində hazırlanır.
Mənbəyə keç: Günəş elektrik stansiyasının tam layihələndirilməsi (yeni pəncərədə açılır)38. Hibrid günəş-külək-batareya mikroşəbəkə sisteminin layihələndirilməsi
Sərbəst iş2Hibrid mikroşəbəkənin komponentlərinin ölçüləri hesablanır, Smart idarəetmə (EMS) və monitorinq elementləri nəzərə alınaraq sistemin işləmə strategiyası və texniki-iqtisadi göstəriciləri təhlil edilir.
Mənbəyə keç: Hibrid günəş-külək-batareya mikroşəbəkə sisteminin layihələndirilməsi (yeni pəncərədə açılır)39. Kiçik hidroelektrik stansiyasının layihələndirilməsi
Sərbəst iş2Seçilmiş çay və ya kanal üçün hidroloji məlumatlar əsasında stansiyanın gücü hesablanır, turbin və generator seçilir, əsas qurğular layihələndirilir və iqtisadi göstəricilər qiymətləndirilir.
Mənbəyə keç: Kiçik hidroelektrik stansiyasının layihələndirilməsi (yeni pəncərədə açılır)40. Küləkelektrik stansiyasının layihələndirilməsi
Sərbəst iş4Seçilmiş ərazinin külək resursu qiymətləndirilir, turbin seçilir, yerləşdirmə və park effekti nəzərə alınaraq illik enerji istehsalı hesablanır, layihənin iqtisadi göstəriciləri təhlil edilir.
Mənbəyə keç: Küləkelektrik stansiyasının layihələndirilməsi (yeni pəncərədə açılır)41. Geotermal elektrik stansiyasının layihələndirilməsi
Sərbəst iş5Geotermal resursun xarakteristikaları əsasında stansiyanın dövrəsi seçilir, quyu və istilik mübadiləsi hesablamaları aparılır, effektivlik və ekoloji aspektlər qiymətləndirilir.
Mənbəyə keç: Geotermal elektrik stansiyasının layihələndirilməsi (yeni pəncərədə açılır)42. Dalğa elektrik stansiyasının konstruksiyası. Dalğa çeviricilərinin dizayn növlərinin təhlili
Sərbəst iş6Dalğa çeviricilərinin dizayn növləri (uducu, rəqs edən su sütunu, aşma tipli və s.), konstruktiv elementlər və enerji çıxış sistemləri təhlil edilir.
Mənbəyə keç: Dalğa elektrik stansiyasının konstruksiyası. Dalğa çeviricilərinin dizayn növlərinin təhlili (yeni pəncərədə açılır)43. Hibrid enerji sistemlərinin layihələndirilməsi: çox mənbəli konfiqurasiyalar (Smart texnologiyalar)
Sərbəst iş7Günəş-külək-dizel-batareya hibrid sistemlərinin optimal ölçülərinin müəyyənləşdirilməsi öyrənilir. Smart texnologiyalar çərçivəsində mikroşəbəkələrin ağıllı idarə olunması, süni intellekt əsaslı yük və istehsal proqnozlaşdırması və optimal enerji paylanması strategiyaları araşdırılır.
Mənbəyə keç: Hibrid enerji sistemlərinin layihələndirilməsi: çox mənbəli konfiqurasiyalar (Smart texnologiyalar) (yeni pəncərədə açılır)44. Enerji layihələndirilməsinin ümumi metodologiyası və layihə həyat dövrü
Sərbəst iş8Konseptual layihələndirmədən istismara qədər layihə mərhələləri, texniki-iqtisadi əsaslandırma prinsipləri, ilkin şərtlərin müəyyən edilməsi və layihə dizaynının qurulması öyrənilir.
Mənbəyə keç: Enerji layihələndirilməsinin ümumi metodologiyası və layihə həyat dövrü (yeni pəncərədə açılır)45. Külək turbinlərinin növləri və əsas texniki parametrləri
Sərbəst iş9Üfüqi və şaquli ox turbinlər, turbinin əsas konstruktiv elementləri, güc əyrisi və kapasitet əmsalı anlayışları öyrənilir.
Mənbəyə keç: Külək turbinlərinin növləri və əsas texniki parametrləri (yeni pəncərədə açılır)46. Kiçik və mikro hidroenerji qurğularının layihələndirilmə prinsipləri
Sərbəst iş10Axın sərfi, təzyiq başlığı (head), turbin seçimi və güc hesablamaları öyrənilir.
Mənbəyə keç: Kiçik və mikro hidroenerji qurğularının layihələndirilmə prinsipləri (yeni pəncərədə açılır)