Fənn · Energetika mühəndisliyi

Enerji istehsalı texnologiyalarıSillabus

İF-2328y7 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2328y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat- mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya işi
Auditoriyadan kənar saatlar
a) 70 saat -sərbəst iş b) 80 saat-məsləhət saatı

Fənn haqqında

“Enerji istehsal texnologiyası” fənni elektrik və istilik enerjisinin istehsalında tətbiq olunan ənənəvi və alternativ texnologiyaları, o cümlədən İES (KES, İEM, buxar-qaz qurğuları), SES, AES və bərpa olunan enerji stansiyalarının iş prinsiplərini, termodinamik tsikllərini və avadanlıqlarının texnoloji sxemlərini əhatə edir. Fəndə enerjinin çevrilmə mərhələləri, generasiya qurğularının enerji effektivliyi (F.İ.Ə.) və ekoloji təhlükəsizlik məsələləri tədris olunur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: • FTN1: Enerji mənbələrini araşdırır və təhlil edir;

  2. CLO 2: • FTN2: İstilik elеktrik stаnsiyаlаrında enerji istehsalı texnologiyaları mənimsənilir;

  3. CLO 3: • FTN3: İstilik elektrik stansiyasının əsas avadanlıqlarının iş prinsiplərini təsvir edir;

  4. CLO 4: • FTN4: Elektrik stansiyalarında elektrik enerjisi istehsalı texnologiyaları mənimsənilir;

  5. CLO 5: • FTN5: İstilik elektrik stansiyasının köməkçi avadanlıqlarının iş prinsiplərini təsvir edir.

Mövzu planı

  1. 1.
    1. Giriş. Еlеktrik stаnsiyаlаrı və enerji mənbələriMühazirə

    Enerji mənbələri müxtəlif olduğu (yanacaq, su, külək, günəş, radioaktiv elementlər və başqaları) üçün onların hər birinin enerjilərinin elektrik enerjisinə çevirən qurğularının sadə sxemləri və ilkin iş prinsipləri öyrənilir.

  2. 2.
    2. İstilik elektrik stansiyalarının tipləriMühazirə

    İstilik elektrik stansiyaların tiplərinin təsnifatı öyrənilir.

  3. 3.
    3. İstilik elektrik stansiyalarının elektrik və istilik yükləriMühazirə

    Enerjiyə tələbat zamana görə dəyişirdiyinə görə elektrik stansiyasının istehsal etdiyi enerji, yəni yükü, zamana görə dəyişir. İES-in yükünün zamana görə dəyişilməsini göstərən yük qrafikləri öyrənilir.

  4. 4.
    4. İstilik elektrik stansiyaların sadə sxemləriMühazirə

    Texnoloji proseslərin gedişi öyrənilir, istilik stansiyaların sadə prinsipial sxemləri nəzərdən keçirilir.

  5. 5.
    5. Kоndеnsаsiyаlı еlеktrik stаnsiyаsının istilik fаydаlılığı və еnеrgеtik göstəriciləriMühazirə

    KES-in energetik göstəriciləri kimi 4 kəmiyyət: faydalı iş əmsalı (FİƏ), buxarın, istiliyin və yanacağın sərfi təyin edilir.

  6. 6.
    6. İstilik еlеktrik mərkəzinin istilik fаydаlılığı və еnеrgеtik göstəriciləriMühazirə

    İEM-in energetik göstəriciləri kimi 4 kəmiyyət: faydalı iş əmsalı (FİƏ), buxarın, istiliyin və yanacağın sərfi təyin edilir.

  7. 7.
    7. İES-in əsas avadanlıqları. Buxar qazanlarının təsnifatıMühazirə

    İstilik elektrik stansiyasının əsas avadanlıqları haqqında məlumat verilir və buxar qazanlarının iş prinsipi öyrədilir.

  8. 8.
    8. Buxar turbinlərinin növləri və iş prinsipiMühazirə

    İstilik elektrik stansiyasının əsas avadanlıqlarından olan buxar turbinlərinin iş prinsipi öyrədilir.

  9. 9.
    9. Qаz turbinli İЕS-lərdə enerji istehsalıMühazirə

    Qaz turbinlərinin sxemləri və istifadə olunan avadanlıqları, iş prinsipi öyrənilir.

  10. 10.
    10. Buхаr-qаz turbinli İЕS-lərdə enerji istehsalıMühazirə

    Müxtəlif parametrli buxar generatoru ilə işləyən kombinələşdirilmiş buxar-qaz turbinli qurğunun (İES) prinsipial sxemi göstərilir, istismar prosesləri öyrənilir.

  11. 11.
    11. Dizеl mühərrikli mоdul stаnsiyаlаrda elektrik enerjisi istehsalıMühazirə

    Qeyri-blok tipli stansiyalarında istifadə olunan dizel mühərriklərində hava əvvəlcə silindrdə sıxılır, bu vaxt havanın temperaturu çox yüksəlir, sonra qızdırılmış havanın içərisinə yanacaq püskürdülür, yanma baş verirməsi kimi texnoloji proseslər izah edilir.

  12. 12.
    12. Atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı Mühazirə

    Nüvə enerjisindən elektrik və istilik enerjisi əldə etmək məqsədilə istifadə olunan energetika sahəsi - atom (nüvə) energetikası öyrənilir.

  13. 13.
    13. Su elektrik stansiyalarinda elektrik enerjisi istehsalıMühazirə

    Sadə qurğu və avadanlıqların köməyi ilə su axın enerjisini (basqısını) mexaniki enerjiyə çevirirməsi nəticəsin elektrik enerjisinin alınması üsulları öyrənilir.

  14. 14.
    14. Altenativ üsullarla elektrik enerjisi istehsalıMühazirə

    Alternativ energetikada tətbiq edilən üsullarla elektrik, həmçinin istilik enerjisi istehsal prosesi öyrənilir.

  15. 15.
    15. İstilik mübаdilə аpаrаtlаrı. İstilikdəyişdiricilər və оnlаrın qoşulma sхеmləri. Deaerator qurğuları.Mühazirə

    İstilik mübadiləsi aparatlarının təsnifatı, konstruksiyalan, onların texnoloji, konstruktiv, mexaniki və hidravliki hesablamaları, effektivliklərinin yüksəldilməsi məsələləri öyrənilir.

  16. 16.
    1. Stansiyanın elektrik enerjisinə görə göstəricilərinin hesablanmasıMəşğələ

    Elektrik stansiyasının işinin gərginliyi və onun qurğularından istifadə olunmasını qiymətləndirmək üçün rejim göstəriciləri kəmiyyətlərini nəzərdən keçirilir.

  17. 17.
    2. KES-in energetik göstəricilərinin təyiniMəşğələ

    KES-lərin iş prinsiplərinin əsas məqsədi elektrik enerjisi istehsal etməkdir. Belə texnoloji prosesdə birinci enerji yanacağın istilik enerjisi, alınan nəticə enerjisi isə elektrik enerjisidir. Bunun üçün KES-in energetik göstəricilərinin təyini məsələlər üzərində tətbiq edilir.

  18. 18.
    3. İEM-in energetik göstəricilərinin təyiniMəşğələ

    İEM-lərdə turbində işlənmiş buxarın istiliyindən istifadə olunduğuna görə elektrik enerjisinin istehsalı yüksək istilik iqtisadiyyatı ilə xarakterizə olunan hesabatlar aparılır.

  19. 19.
    4. Buxarın başlanğıc və son parametrlərinin qurğunun istilik faydallılığına təsiriMəşğələ

    Turbində buxarın başlanğıc və son parametrlərinə əsasasən praktiki məsələlər həll edilir.

  20. 20.
    5. Regenerativ sxemin hesabıMəşğələ

    Suyun regenerativ qızdırılma halında turbin qurğusunun FİƏ artdığından müasir istilik elektrik stansiyalarında istifadə olunan regenerativ qızdırma sxem üzrə məsələlər həll edilir.

  21. 21.
    6. Stansiyada buxar və su itkiləri, buxar və suyun miqdar balans tənlikləriMəşğələ

    İstilik elektrik stansiyalarında buxar və suyun (kondensatın) bir hissəsi itir, buna görə də stansiyanın buxar və su itgiləri üzrə məsələlər həll edilir.

  22. 22.
    7. Turbində buxarın iş prosesinin İS diaqramının qurulmasıMəşğələ

    Buxarın iş prosesinin İS diaqramın qurulma addımları göstərilirvə əsas nöqtələri qurulur.

  23. 23.
    8. Genişləndiricilərin istilik hesabıMəşğələ

    Barabanlı buxar qazanından üfülənən suyu və onun apardığı istiliyi azaltmaq üçün İES-in sxemində qoyulan genişləndirici qurğuları nəzərdən keçirilir.

  24. 24.
    1. İstilik elektrik stansiyalarının tullantılarında olan atmosfer havasındakı zərərli maddələrin qatlılığının miqdarının hesablanmasıLaboratoriya

    İstilik elektrik stansiyalarında yanacaq sərfinin və çirkləndirici maddələrin tullantılarının, tüstü borusunun hündürlüyünün hesablanması və əlverişsiz metereoloji şəraitdə tullantıların atıldığı məsafədən zərərli aşqarların asılılıq əmsalının analiz olunması araşdırılır.

  25. 25.
    2. İsti suyun istilik nasosuna müxtəlif temperaturlarda verilmə effekliyinin tədqiqi. İstilik nasosunun istilik gücünün təyiniLaboratoriya

    İstilik sisteminə isti suyun temperatu-rundan asılı olaraq istilik nasosunda istilik əmsalının təyini araşdırılır.

  26. 26.
    3. Buxar qazanının istilik balansı və faydalı iş əmsalıLaboratoriya

    Buxar qazanının istilik balansı və faydalı iş əmsalının təyin edilməsi.

  27. 27.
    4. FAK-07 markalı soyuducu maşının konstruksiyasının, quruluşunun və iş prinsipinin öyrənilməsiLaboratoriya

    Sovuducu maşınla tanış olunur, onun ayrı - ayrı elementlərinin konstruktiv xüsusiyyətləri öyrənilir, maşının tsikli araşdırılır və onun prinsipial sxemi tərtib edilir.

  28. 28.
    5. Buxar-kompression soyuducu maşının tisiklinin tədqiqiLaboratoriya

    Bir pilləli porşenli kompressorlu soyuducu maşının sınağını aparmaq, maşının tsiklini qurmaq və maşının məhsuldarlığı, soyutma əmsalı, dönmə əmsalı və s. parametrləri təyin edilir.

  29. 29.
    1. Kоndеnsаsiyаlı еlеktrik stаnsiyаsında elektrik enerjisi istehsalıSərbəst iş

    Kondensasiyalı elektrik stansiyasının sadə prinsipial sxemi əsasında stansiyanın iş prinsipi təhlil edilir.

  30. 30.
    2. İstilik еlеktrik mərkəzində elektrik enerjisi istehsalıSərbəst iş

    Əks təzyiqli və tənzimləmə ayrımlı turbini olan İEM-lərin sadə sxemləri müqayisəli izah edilir.

  31. 31.
    3. İEM-də istilik enerjisi istehsalıSərbəst iş

    İstilik tələbatçısı göstərilməklə İEM-in prinsipial sxeminə əsasən istehsal prosesinin izahı verilir.

  32. 32.
    4. Qaz turbinli İЕS-də elektrik enerjisi istehsalıSərbəst iş

    Stasionar qaz turbini qurğularının əsas tsikli kimi istiliyi izobar proseslərində verilən və alınan, işi isə ideal halda adiabat üzrə turbində və kompressorda yaranan tsikl üzrə açıq və qapalı sxem üzrə işləyən qaz turbini qurğusunun təhlili göstərilir.

  33. 33.
    5. Buxar-qaz turbinli İЕS-də elektrik enerjisi istehsalıSərbəst iş

    Kombinələşdirilmiş buxar-qaz turbin qurğusunun sxeminə əsasən texnoloji prosesləri izah edilir.

  34. 34.
    6. Mоdul stаnsiyаlаrda elektrik enerjisi istehsalıSərbəst iş

    Elektrik enerjisinin istehsalında modul elektrik stansiyaları iqtisadi cəhətdən əlverişli olması, müsbət və mənfi cəhətlətinin müqayisəli təhlili və daxiliyanma mühərriklərindən istifadə etməklə elektrik enerjisi istehsalı prosesi izah edilir.

  35. 35.
    7. Atom Elektrik stansiyalarinda elektrik enerjisi istehsalıSərbəst iş

    Konturlarının sayına görə AES-lərin təsnifatı, iş prinsipi təhlil edilir.

  36. 36.
    8. Günəş elektrik stansiyalarında elektrik enerji istehsalıSərbəst iş

    Günəş istilik (buxar-turbin) elektrik stansiyasının prinsipial sxemi və fotoelektrik GES-in ümumi iş prinsipi izah edilir.

  37. 37.
    9. Külək elektrik stansiyalarında elektrik enerji istehsalıSərbəst iş

    Külək energetika qurğularının külək-mexaniki və külək-elektrik qurğularına təsnifatı və külək elektrik stansiyasının prinsipial sxemi təhlil olunur.

  38. 38.
    10. Su elektrik stansiyalarında elektrik enerji istehsalıSərbəst iş

    Hidrotexniki qurğular, hidroturbinlər, hidrogeneratorlar, avtomatik idarəetmə qurğuları, bir sıra köməkçi avadanlıqlar, SES binaları, SES binasında ayrıca binada və ya açıq meydançada quraşdırılmış transformator, yardımçı stansiyaları və s. haqqında ətraflı məlumat verilir, iş prinsipi izah edilir.

Ədəbiyyat

  1. 1. Kəlbəliyеv F.İ., Məmmədоvа C.P., Nəsirоv Ş.N. İstilik еlеktrik stаnsiyаlаrı. Bаkı-«Zаmаn-3» nəşriyyаtı, 2011, 543 səh.(yeni pəncərədə açılır)
  2. 2. Аbdullаyеv K.M., Kəlbəliyеv F.İ., Məmmədоvа C.P., və b. İstilik elektrik stansiyalarının buxar və qaz turbinləri. Bakı, “Zaman-3”, 2013, 532s.(yeni pəncərədə açılır)
  3. 3. Аbdullаyеv K.M., Kəlbəliyеv F.İ., Məmmədоvа C.P. və b. İstilik еnеrgеtik qurğulаrı, Bаkı-«Zаmаn-3» nəşriyаtı, 2012, 478 səh.(yeni pəncərədə açılır)
  4. 4. Аbdullаyеv K.M., Lətifov Y.İ., Аbdullаyеvа G.K. Enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit. I cild, Bakı, “Zaman-3”, 2005, 448s.(yeni pəncərədə açılır)
  5. 5. Аbdullаyеv K.M., Məmmədov R.K., Lətifov Y.İ., Enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit. II cild, Bakı, “Zaman-3”, 2007, 408s.(yeni pəncərədə açılır)
  6. 6. Abdullayev K. M., Məmmədova C. P., Nəsirov Ş. N., Babayeva S. Ş., Abdullayeva G. K. “İstilik energetik qurğularının köməkçi avadanlıqları”, Bakı, «ADNSU-nun nəşriyyаtı», 2017, 445 səh.(yeni pəncərədə açılır)
  7. 7. Abdullayev K. M., Ağamalıyev M.M., Məmmədbəyova R.H. İstilik elektrik stansiyalarında kimyəvi su rejimləri. Bakı, “Zaman-3”, 2011, 351s.(yeni pəncərədə açılır)
  8. 8. Məmmədоvа C.P., Аbdullаyеvа G.K., Kəlbəliyеv R.F. Dizеl mühərrikli (mоdul) еlеktrik stаnsiyаlаrı, АDNА nəşriyyаtı, 2008, 48 səh.(yeni pəncərədə açılır)
  9. 9. Məmmədоvа C.P., Аbdullаyеvа G.K., Bаbаyеvа Ş.Ş., və b. Buхаr və qаz turbinli istilik еlеktrik stаnsiyаlаrının köməkçi аvаdаnlıqlаrı., Bаkı, 2007, 196 s.(yeni pəncərədə açılır)
  10. 10. Аbdullаyеv K.M., Feyziyev H.Q., Ağamalıyev M.M. Qazan qurğuları. Bakı, “Zaman-3”, 2008, 732s.(yeni pəncərədə açılır)
  11. 11. Аbdullаyеv K.M., İstilik elektrik stansiyalarının qazan qurğuları. Bakı, “Maarif”, 2002, 400s.(yeni pəncərədə açılır)
  12. 11. Аbdullаyеv K.M., İstilik elektrik stansiyalarının qazan qurğuları. Bakı, “Maarif”, 2002, 400s.(yeni pəncərədə açılır)
  13. 12. Məmmədоvа C.P., Nəsirov Ş.N. İstilik elektrik stansiyalarının iş və istismar rejimləri. Bakı, ADNSU, 2018, 113s.(yeni pəncərədə açılır)
  14. 11. Аbdullаyеv K.M., İstilik elektrik stansiyalarının qazan qurğuları. Bakı, “Maarif”, 2002, 400s.(yeni pəncərədə açılır)

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5