Fənn · Energetika mühəndisliyi

FəlsəfəSillabus

ÜFS-1303y3 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
ÜFS-1303y
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30
Auditoriyadan kənar saatlar
a) 45; b) 15

Fənn haqqında

Azərbaycanın gələcəyi xeyli dərəcədə burada fəaliyyət göstərən yüksək ixtisaslı kadrların, səriştəli mütəxəssislərin hazırlanmasından asılı olacaqdır. Hazırladığımız mütəxəssislər öz ixtisasına dərindən yiyələnməklə yanaşı, həm də görüş dairəsinə malik olmalı, xalqımızın mədəniyyətini dərindən mənimsəməli, onu yüksək səviyyədə təmsil etməyi bacarmalı, ümümbəşəri və milli-mənəvi dəyərlərə yiyələnərək öz əməli fəaliyyətində onları rəhbər tutmalıdır. Gələcək mütəxəssislərdə bu keyfiyyətləri formalaşdırmağın yollarından biri də onların görüş dairələrini genişləndirməkdir. Bunun üçün onları fəlsəfi biliklərə qovuşdurmaq lazımdır. Bu baxımdan tələbələrdə gerçəkliyin, dünya tarixi-mədəni prosesin, insan həyatının fəlsəfi dərkinə marağın inkişaf etdirilməsi “Fəlsəfə” fənninin hədəflərindəndir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.

  2. CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.

  3. CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.

  4. CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.

  5. CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.

  6. CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.

  7. CLO 7: FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir

  8. CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.

Mövzu planı

  1. 1.
    Mövzu 1. Fəlsəfənin predmeti, cəmiyyətin mənəvi həyatında roluMühazirə

    Bu mövzunun məqsədi fəlsəfənin predmetini, əsas problemlərini və digər elmlərlə əlaqəsini öyrətməkdir. Fəlsəfənin insanın dünyagörüşünün formalaşmasında və cəmiyyətin mənəvi inkişafında oynadığı rol izah edilir. Tələbələr fəlsəfi düşüncənin mahiyyətini və funksiyalarını mənimsəyirlər.

  2. 2.
    Mövzu 2. Antik dövr fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi Antik Yunan və Roma fəlsəfəsinin yaranmasını və inkişaf mərhələlərini öyrənməkdir. Sokrat, Platon, Aristotel və digər filosofların ideyaları təhlil edilir. Antik fəlsəfənin sonrakı fəlsəfi fikrə təsiri araşdırılır.

  3. 3.
    Mövzu 3. Qədim və orta əsrlərdə Azərbaycanda fəlsəfi fikirMühazirə

    Bu mövzu Azərbaycanda qədim və orta əsrlərdə formalaşmış fəlsəfi fikrin inkişaf xüsusiyyətlərini öyrənməyə həsr olunur. Yerli mütəfəkkirlərin irsi və onların Şərq fəlsəfəsində tutduğu yer araşdırılır. Milli fəlsəfi ənənələrin formalaşması izah edilir.

  4. 4.
    Mövzu 4. İslam fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi İslam fəlsəfəsinin yaranma səbəblərini, inkişaf mərhələlərini və əsas istiqamətlərini öyrənməkdir. Fərabi, İbn Sina, İbn Rüşd kimi filosofların baxışları təhlil edilir. Din və fəlsəfə münasibətləri izah olunur.

  5. 5.
    Mövzu 5. Azərbaycan maarifçilik fəlsəfəsiMühazirə

    Bu mövzuda Azərbaycan maarifçiliyinin ideyaları və nümayəndələrinin fəlsəfi baxışları öyrənilir. Maarifçilik hərəkatının cəmiyyətin inkişafına təsiri təhlil edilir. Elm, təhsil və milli tərəqqə ideyalarının əhəmiyyəti izah olunur.

  6. 6.
    Mövzu 6. Qərb fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi Qərb fəlsəfəsinin əsas inkişaf mərhələlərini və istiqamətlərini öyrənməkdir. Rasionalizm, empirizm, idealizm və digər cərəyanlar müqayisəli şəkildə təhlil edilir. Müasir Qərb fəlsəfi fikrinin xüsusiyyətləri izah olunur.

  7. 7.
    Mövzu 7. Fəlsəfədə varlıq və materiya problemiMühazirə

    Bu mövzuda varlıq, materiya və onların qarşılıqlı əlaqəsi haqqında fəlsəfi baxışlar öyrənilir. Materializm və idealizm mövqeləri müqayisə edilir. Kainatın mahiyyəti haqqında müxtəlif nəzəri yanaşmalar təhlil olunur.

  8. 8.
    7. FH-da əhalinin mühafizəsinin əsaslarıMühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. MM-in vahid xəbərdarlıq siqnalları (CELL BROADCAST sisteminin iş prinsipi) .Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

  9. 9.
    Mövzu 9. İdrak. Elmi idrakın forma və metodlarıMühazirə

    Bu mövzuda idrakın mahiyyəti, mərhələləri və elmi idrakın əsas metodları öyrənilir. Empirik və nəzəri idrak formaları izah edilir. Elmi tədqiqat metodlarının tətbiqi prinsipləri mənimsədilir.

  10. 10.
    Mövzu 10. Dialektikanın qanunları və kateqoriyalarıMühazirə

    Mövzunun məqsədi dialektikanın əsas qanun və kateqoriyalarını öyrətməkdir. İnkişaf, dəyişmə və qarşılıqlı əlaqə prinsipləri izah edilir. Dialektik metodun elmi və praktik əhəmiyyəti göstərilir.

  11. 11.
    Раздел азербайджанских земель. Российская оккупация и борьба против неё (XIX – начало XX века).Mühazirə

    Изучение периода российской оккупации и борьбы против неё (XIX – начало XX века). Восстания против колониального гнёта, реформы и государственное устройство, экономика и культура.

    • • РОД 3: Формировать объективную и аргументированную позицию по отдельным вопросам истории Азербайджана.
    • • РОД 5: Применять навыки сопоставления и установления взаимосвязей между древней историей Азербайджана и современным периодом.
    • • РОД 4: Демонстрировать базовый уровень знаний по изучаемым темам и формулировать собственную аргументированную позицию по рассматриваемым вопросам.
    • • РОД 1: Объяснять основные характеристики периодов истории Азербайджана.
    • • РОД 2: Анализировать и разъяснять отдельные дискуссионные вопросы истории Азербайджана.
  12. 12.
    Mövzu 12. Fəlsəfədə insan problemiMühazirə

    Mövzunun məqsədi insanın mahiyyəti, azadlığı, məsuliyyəti və həyatın mənası haqqında fəlsəfi baxışları öyrənməkdir. Müxtəlif fəlsəfi məktəblərdə insan anlayışı müqayisə edilir. Şəxsiyyətin formalaşmasına təsir edən amillər araşdırılır.

  13. 13.
    14. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri.Mühazirə

    Səs-küy tezlikləri və fazaları. Sinir və ürək-damar sistemində funksional pozuntular. Səs sahəsi. Eşitmə üzvlərinə səs təzyiqinin orta kvadratik qiyməti. Səs tezliyi. Tezliyinə görə səsin növləri, infrasəslər, eşidilən səslər, ultrasəslər. Eşidilən səs diapazonu, aşağı tezlikli səslər, orta tezlikli səslər, yüksək tezlikli səslər.

    • 2. İnfrasəs, eşidilən səslər və ultrasəsləri, həmçinin aşağı, orta və yüksək tezlikli səslərin xüsusiyyətlərini fərqləndirir və onların istehsalat mühitində yayılmasını təhlil edir.
    • 1. İstehsalat səs-küyünün əsas fiziki parametrlərini (səs təzyiqi, səs intensivliyi, tezlik, faza və səs sahəsi), yaranma mənbələrini və təsnifatını izah edir.
  14. 14.
    Mövzu 14. Sivilizasiya və mədəniyyətMühazirə

    Mövzunun məqsədi sivilizasiya və mədəniyyət anlayışlarının mahiyyətini və qarşılıqlı əlaqəsini öyrənməkdir. Dünya sivilizasiyalarının inkişaf xüsusiyyətləri və mədəni müxtəliflik təhlil edilir. Qloballaşmanın mədəniyyətə təsiri araşdırılır.

  15. 15.
    Mövzu 15. Azərbaycançılıq məfkurəsi və onun elmi-nəzəri əsaslarıMühazirə

    Bu mövzuda Azərbaycançılıq məfkurəsinin formalaşması, prinsipləri və elmi-nəzəri əsasları öyrənilir. Milli birlik, dövlətçilik, vətənpərvərlik və multikulturalizm ideyaları təhlil edilir. Azərbaycançılığın müasir cəmiyyətin inkişafındakı rolu izah olunur.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan test üsulu ilə keçirilir.50 balFTN 1-5