Fənn · Elektrik və elektronika mühəndisliyi

Elektrotexnika

İPF-B15 5 kreditYaz semestriMəcburi

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Yaz

Tədris ili

—

Fənnin təsviri

İPF-B15 şifrəli “Elektrotexnika” fənni 050632 şifrəli “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın seçmə fənlərinə aiddir. “Elektrotexnika” fənni əsas təhsil proqramının baza hissəsinin tərkibinə daxildir. Elektrotexnika sə¬na¬ye müəs¬sisələrində çox geniş i¬stifadə edilir, tətbiq sahəsi də çox böyükdür və sə¬na¬yemizi onun nailiyyətlə¬rindən kənarda təsəvvür etmək mümkün deyil. Bununla belə, müxtəlif elektrik dövrələri və maşınlarında, elektrik və elektron aparatlarında, avadanlıqlarında, qurğularında baş verən elektromaqnit proseslərinin əsasları, qanunları və hesablama üsulları eynidir. Elektrotexnika sürətlə inkişaf etdiyi dövrdə müxtəlif aparatların, qurğuların elektrik və maqnit parametrlərinin hesablanması, istismar rejimlərində elektrik enerjisinin səmərəli istifadəsi, elektrik dövrələrini, aparatlarını, avadanlıqlarını, maşınla¬rını və ölçü cihazlarını düzgün istismar etmək bacarığının öyrədilməsi yüksək ixtisaslı mütəxəssislə¬rin hazırlanması üçün vacıbdır. Bu baxımdan “Elektrotexnika” kursu aktualdır, elmi - praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir və kursun hədəfi müəyyənləşir. “Elektrotexnika” fənninin “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunmasında əsas məqsəd elektrik və elektron aparatların düzgün seçilməsinə, etibarlı istifadəsinə, dövrə, qurğu, cihaz və texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizlik tələblərinə uyğun istismarında sadə nasazlıqların müəyyən olunmasına dair fənn haqqında ətraflı məlumat, zəruri bilik və bacarıqlar verməkdən, əlverişli müasir metodlardan və kompüter qrafikasından istifadə edilməsindən, müasir ölçü cihazları, elektrik və elektron aparatlarının idarəetmə, mövcud elektrotexniki və elektron sistemləri - avtomatika qurğularının istismarı, yeni səmərəli elektrotexnologiyaların mənimsənilməsi üçün elektrotexnika sahəsində zəruri olan baza peşəkar hazırlığını təmin etməkdən ibarətdir.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.