Fənn · Elektrik və elektronika mühəndisliyi

Mülki müdafiəSillabus

İF-4153y-ElvəElektronika3 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4153y-ElvəElektronika
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 18 saat MRTSİ b) 27 saat TSİ

Fənn haqqında

Mülki müdafiə fənni tələbələrə fövqəladə halların (təbii, texnogen, bioloji, ekoloji və hərbi mənşəli) yaranma səbəbləri, onların nəticələrinin qiymətləndirilməsi, risklərin azaldılması, əhalinin və ərazilərin mühafizəsi, xəbərdarlıq və təxliyə tədbirləri, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardımın göstərilməsi, eləcə də fövqəladə hallara hazırlıq və düzgün davranış qaydaları haqqında nəzəri və praktiki biliklər qazandırır. Fənn tələbələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, risklərin idarə olunması bacarıqlarının inkişaf etdirilməsinə və fövqəladə vəziyyətlərdə operativ, düzgün qərar qəbul etmə səriştəsinin inkişafına xidmət edir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • seminar
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri

  2. 2.
    MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr. Mühazirə

    Mülki müdafiə qüvvələrinin strukturu və idarəetmə səviyyələri. Peşəkar xilasedici bölmələr və onların funksiyaları. Könüllü mülki müdafiə formalaşmaları və icma əsaslı iştirak. Hərbiləşdirilməmiş dəstələrin tərkibi, vəzifələri və fəaliyyət istiqamətləri. Fövqəladə hallarda qüvvələrin qarşılıqlı fəaliyyəti və koordinasiya mexanizmləri

  3. 3.
    6. Mühafizə qurğuları və onların istismarıMühazirə

    Sığınacaqların və radiasiya daldanacaqlarının quruluşu və istifadə qaydaları araşdırılır.

  4. 4.
    Hərbi xarakterli fövqəladə hallar. Mühazirə

    Müasir hərbi təhlükələr və hibrid risklər. Nüvə silahı və zədələyici amilləri. Kimyəvi silah və təsir xüsusiyyətləri. Bioloji (bakterioloji) silah. Adi qırğın vasitələri. Hərbi xarakterli fövqəladə halların əhali və infrastruktur üçün nəticələri

  5. 5.
    Təbii xarakterli fövqəladə hallarMühazirə

    Zəlzələlər və seysmik risklər. Sel və daşqınlar. Torpaq sürüşmələri. Qasırğa, güclü külək, qar uçqunları. Quraqlıq və ekstremal temperatur hadisələri. İqlim dəyişmələrinin yaratdığı risklər

  6. 6.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Mühazirə

    Fövqəladə hallarda istifadə olunan nəzarət və monitorinq cihazlarının rolu. Radiasiya, kimyəvi və toksik mühitin operativ qiymətləndirilməsi prinsipləri. Müasir mülki müdafiə və fövqəladə hallar xidmətlərində istifadə olunan cihazlar

  7. 7.
    FH-da əhalinin mühafizəsinin əsasları.Mühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. MM-in vahid xəbərdarlıq siqnalları (CELL BROADCAST sisteminin iş prinsipi) .Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

  8. 8.
    Fərdi mühafizə vəsaitləriMühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı

  9. 9.
    Mülki müdafiənin mühafizə qurğularıMühazirə

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi

  10. 10.
    FH-da əhalinin köçürülməsi Mühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi

  11. 11.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər

  12. 12.
    Radioelektron vasitələrin düşmənin radioelektron mübarizəsindən və qərəzsiz maneələrdən təşkilati mühafizə üsulları və rabitə vasitələrinin radioelektron mühafizəsi. - Radioelektron vasitələrin düşmənin radioelektron mübarizəsindən və qərəzsiz maneələrdən təşkilati mühafizə üsulları. Rabitə vasitələrinin radioelektron mühafizəsi (M)Mühazirə
  13. 13.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması

  14. 14.
    Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMühazirə

    Zədələnmələr zamanı ilk tibbi yardım

  15. 15.
    Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili. Məşğələ

    Sənaye müəssisələrində mülki müdafiə sisteminin qurulması prinsipləri. Kritik infrastruktur obyektlərində risklərin idarə olunması yanaşmaları. Obyekt səviyyəsində mülki müdafiə planlaşdırılması və cavab mexanizmləri. Obyekt personalının hazırlığı və təlim sistemi. Texnogen risklərə qarşı mühəndis-texniki və təşkilati tədbirlər.

  16. 16.
    Təbii xarakterli fövqəladə hallarMəşğələ

    Təbii fəlakətlərin sosial-iqtisadi və ekoloji nəticələri.

  17. 17.
    Fərdi mühafizə vəsaitləriMəşğələ

    Fərdi mühafizə vəsaitləri istifadə qaydaları. Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

  18. 18.
    Mülki müdafiənin mühafizə qurğuları. Məşğələ

    Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləşdirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları

  19. 19.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Məşğələ

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri

  20. 20.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.

  21. 21.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    Tam və qismi sanitar təmizləmənin keçirilməsi

  22. 22.
    Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMəşğələ

    Travmalar, qanaxma, sınıq və yanıqlar zamanı ilkin yardımın göstərilməsi, CPR elementləri və zərərçəkənin təhlükəsiz təxliyəyə hazırlanması

  23. 23.
    Sərbəst işSərbəst iş

    Sərbəst işlər mülki müdafiənin hüquqi, təşkilati və praktiki əsaslarını, fövqəladə halların növlərini, risklərin qiymətləndirilməsi və idarə olunmasını, əhalinin və sənaye obyektlərinin mühafizəsini, fərdi və kollektiv mühafizə vasitələrini, köçürmə, xilasetmə və ilkin tibbi yardım tədbirlərini, eləcə də müasir texnologiyaların və beynəlxalq təcrübənin mülki müdafiə sahəsində tətbiqini əhatə edir. Mövzular fövqəladə hallara hazırlıq, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və fövqəladə vəziyyətlərdə düzgün qərar qəbul etmə bacarıqlarının inkişafına yönəldilmişdir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5