Ümumi məlumat
- Fənn kodu
- İF-2196y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadankənar saatlar
- a) 75 saat - sərbəst iş
Fənn haqqında
Fənn sabit və dəyişən cərəyan elektrik dövrələrinin əsas qanunlarını, xətti elektrik dövrələrinin analizi və hesablanması üsullarını, sinusoidal cərəyan dövrələrini, kompleks üsulu, rezonans hadisələrini, induktiv əlaqəli dövrələri və üçfazalı dövrələri öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- laboratoriya işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektrik dövrələrini, birinci və ikinci dərəcəli mənbələri, elektrik dövrələrini xarakterizə edən parametrləri, dövrə elementlərini və onların qoşulma üsullarını izah edir.
CLO 2: Xətti sabit cərəyan dövrələrinin əsas qanunlarını və hesablama metodlarını tətbiq edir, mürəkkəb xətti və qeyri-xətti sabit cərəyan dövrələrini təhlil edir.
CLO 3: Sinusoidal dəyişən cərəyan dövrələrini, passiv elementlərin xüsusiyyətlərini və rezonans hadisələrini təhlil edir, birfazalı dəyişən cərəyan dövrələrini hesablayır.
CLO 4: Üçfazalı dəyişən cərəyan dövrələrini, üçfazalı mənbələri və onların gərginliklərini izah edir, üçfazalı sistemlərin gücünü hesablayır.
CLO 5: İnduktiv əlaqəli dövrələrin elementlərini, birləşmə üsullarını və qarşılıqlı induksiya EHQ-ni təhlil edir, induktiv əlaqəli dövrələrdə enerjinin ötürülməsini izah edir.
Mövzu planı
- 1.Elektrik dövrəsi. Elektrik dövrəsini xarakterizə edən kəmiyyətlər: cərəyan, gərginlik, ani güc, enerji. Müqavimət, induktivlik, tutum. Enerji mənbələriMühazirə
- 2.Elektrik sxeminin elementləri. Om qanunu. Potensial diaqram. Kirxhof qanunlarıMühazirə
- 3.Elektrik dövrələrinin çevrilməsi. İşlədicilərin ardıcıl, paralel, qarışıq, ulduz və üçbucaq birləşmələriMühazirə
- 4.Mürəkkəb elektrik dövrələrinin hesablama metodları: Kirxhof qanunları metodu. Kontur cərəyanları metoduMühazirə
- 5.Düyün potensialları metodu. İki düyün metoduMühazirə
- 6.Superpozisiya prinsipi. Qondarma metodu. Ekvivalent generator metoduMühazirə
- 7.Sinusoidal dəyişən cərəyanı xarakterizə edən kəmiyyətlər. Sinusoidal cərəyanın alınması. Sinusoidal cərəyanın orta və təsiredici qiymətləriMühazirə
- 8.Aktiv müqavimət, induktivlik və tutum sinusoidal cərəyan dövrəsindəMühazirə
- 9.R, L, C-nin ardıcıl birləşməsiMühazirə
- 10.R, L, C-nin paralel birləşməsiMühazirə
- 11.Sinusoidal cərəyanın gücü. Aktiv, reaktiv, tam güclərMühazirə
- 12.Sinusoidal dəyişən kəmiyyətlərin kompleks müstəvidə təsviri. Kompleks amplitudlar metoduMühazirə
- 13.Kompleks formada Om qanunu. Kompleks müqavimətMühazirə
- 14.Kompleks formada Kirxhof qanunlarıMühazirə
- 15.Dövrə hissəsinin tam, aktiv və reaktiv müqaviməti ilə keçiricilikləri arasında əlaqə. Vektor və topoqrafik diaqramlarMühazirə
- 16.Mənbədən işlədiciyə maksimum gücün verilmə şərti. Kompleks güc. Elektrik dövrələrində güclər balansıMühazirə
- 17.İnduktiv rabitəli dövrələr. Qarşılıqlı induktivlik anlayışı. Qarşılıqlı induksiya e.h.q.-siMühazirə
- 18.İnduktiv rabitəli sarğacların polyarlığı. İnduktiv rabitəli sarğacların uyğun və əks birləşməsiMühazirə
- 19.İnduktiv rabitəli dövrələrin kompleks metodla hesablanması. İnduktiv rabitəli sarğacların paralel birləşməsiMühazirə
- 20.Ferromaqnit içliksiz transformator, əvəz sxemi, tənlikləriMühazirə
- 21.Elektrik dövrələrində rezonans. Rəqs konturları. Ardıcıl rəqs konturu. Gərginliklər rezonansıMühazirə
- 22.Paralel rəqs konturu. Cərəyanlar rezonansı. Tezlik xarakteristikalarıMühazirə
- 23.Sabit cərəyan dövrələri (məşğələ)Məşğələ
- 24.Elektrik enerji mənbələri (məşğələ)Məşğələ
- 25.Sinusoidal dəyişən cərəyan dövrələri (məşğələ)Məşğələ
- 26.İnduktiv rabitəli dövrələr (məşğələ)Məşğələ
- 27.Elektrik dövrələrində rezonans (məşğələ)Məşğələ
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |






