Fənn · Elektrik və elektronika mühəndisliyi

Analoq elektronikaSillabus

İF-2160y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2160y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadankənar saatlar
a) 120 saat - sərbəst iş

Fənn haqqında

Fənn yarımkeçirici diodları, bipolyar və unipolyar tranzistorları, optoelektron cihazları, gücləndiricilərin struktur sxemlərini, iş rejimlərini və xarakteristikalarını, əks əlaqəni, çoxkaskadlı və diferensial gücləndiriciləri, əməliyyat gücləndiriciləri əsasında xətti və qeyri-xətti sxemləri, elektron açarları, siqnal generatorlarını, ikinci qida mənbələrini və stabilizatorları öyrədir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • laboratoriya işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Elektron cihazlarının iş prinsipini, xüsusiyyətlərini, parametrlərini, qoşulma sxemlərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Gücləndirici qurğuların növlərini, parametrlərini və xarakteristikalarını təhlil edir.

  3. CLO 3: Əməliyyat gücləndiricilərini və onlar əsasında qurulan xətti və qeyri-xətti sxemləri hesablayır.

  4. CLO 4: Diod, tiristor və tranzistor açarlarının sxemlərini, parametrlərini və tətbiq xüsusiyyətlərini izah edir.

  5. CLO 5: Elektron generatorların iş prinsipini, sxem variantlarını və çıxış siqnallarının parametrlərini müəyyən edir.

  6. CLO 6: İkinci qida mənbələrinin sxemlərini hesablayır, parametrik və kompensasiyalı gərginlik stabilizatorlarının tətbiq xüsusiyyətlərini izah edir.

Mövzu planı

  1. 1.
    Analoq elektronikasının inkişaf mərhələləri haqqında məlumatMühazirə

    Yarımkeçiricilər texnikasında istifadə edilən əsas materiallar, onların atom qəfəsində valent və kovalent rabitə, sərbəst energetik zona səviyyələri

  2. 2.
    Elektron – deşik (p-n) keçidində baş verən fiziki proseslər. Yükdaşıyıcıların diffuziyası və dreyfiMühazirə

    p-n keçidində çəpər və diffuziya tutumları

  3. 3.
    Diodların əsas parametrləri və növləriMühazirə

    Stabilitron, tunel diodu, Şotki diodu və varikapın işləmə prinsipləri və volt-amper xarakteristikaları

  4. 4.
    Bipolyar və unipolyar tranzistorların quruluşu, növləri, iş prinsipi və volt-amper xarakteristikalarıMühazirə
  5. 5.
    Tiristorların və optoelektron cihazların quruluşu, növləri, iş prinsipi, volt-amper xarakteristikalarıMühazirə
  6. 6.
    Elektron gücləndiricilər, onların növləri, əsas parametrləri və xarakteristikalarıMühazirə
  7. 7.
    Birkaskadlı gücləndirici: qoşulma sxemləri, işçi nöqtəsinin stabilləşdirmə üsulları, iş prinsipiMühazirə
  8. 8.
    Gücləndiricidə tranzistorun qoşulma sxemlərinə görə fərqli xüsusiyyətləri. Gücləndiricilərin sinifi iş rejimləri: A, B, AB, C və D sinfi rejimlərMühazirə
  9. 9.
    Gücləndiricilərdə əks əlaqələr. Əks əlaqələrin dövrələrinin qurulma sxemləriMühazirə
  10. 10.
    Gücləndiricilərdə müsbət və mənfi əks əlaqənin əsas xüsusiyyətləriMühazirə
  11. 11.
    Sabit cərəyan gücləndiricisi, onun üstün və qüsurlu cəhətləriMühazirə
  12. 12.
    Əməliyyat gücləndiricisi (ƏG). ƏG-nin iş prinsipi və xarakteristikasıMühazirə

    ƏG üzərində qurulmuş invers və qeyri-invers gücləndiricilərin iş prinsipləri

  13. 13.
    ƏG əsasında qurulan xətti elektron sxemlərin növləri: inteqrallayıcı, diferensiallayıcı, komparator, loqarifmator, cəmləyici qurğularMühazirə
  14. 14.
    Transformator əlaqəli və transformatorsuz birtaktlı və ikitaktlı güc gücləndiricisinin iş prinsipiMühazirə
  15. 15.
    İmpuls tipli çeviricilərin sxemləri: birtaktlı düz gedişli və əks gedişli çeviricilərin qurulma sxemi, iş prinsipiMühazirə
  16. 16.
    Yarımkeçirici materiallar, p-n keçiddə baş verən fiziki proseslərMəşğələ
  17. 17.
    Yarımkeçirici cihazların quruluşu və iş prinsipiMəşğələ
  18. 18.
    Bipolyar tranzistorlu ümumi emitterli gücləndiriciMəşğələ
  19. 19.
    Sahə tranzistorlu ümumi istoklu gücləndiriciMəşğələ
  20. 20.
    ƏG-də qurulmuş invers və qeyri-invers gücləndiriciMəşğələ
  21. 21.
    ƏG üzərində cəmləyicinin və komparatorun tədqiqiMəşğələ
  22. 22.
    Transformator əlaqəli güc gücləndiriciləriMəşğələ
  23. 23.
    Transformatorsuz güc gücləndiriciləriMəşğələ
  24. 24.
    Laboratoriya işləri və avadanlıqlarla tanışlıqLaboratoriya işi
  25. 25.
    Stabilitronun və yarımkeçiricilərin volt-amper xarakteristikasının tədqiqiLaboratoriya işi
  26. 26.
    Bipolyar tranzistorun ÜB və ÜE qoşulma sxemlərinin tədqiqiLaboratoriya işi
  27. 27.
    Dinistorun və tiristorun volt-amper xarakteristikalarının öyrənilməsiLaboratoriya işi
  28. 28.
    Gücləndiricinin xarakteristikalarının tədqiqiLaboratoriya işi
  29. 29.
    Birfazalı və üçfazalı düzləndiricilərin tədqiqiLaboratoriya işi
  30. 30.
    Laboratoriya işlərinin təhvil alınmasıLaboratoriya işi

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6