Fənn · Elektrik və elektronika mühəndisliyi
Elektrotexnika və elektronika
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Yaz
Tədris ili
—
Fənnin təsviri
İF-2155y şifrəli “Elektrotexnika və elektronika” fənni 050627 şifrəli “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın seçmə fənlərinə aiddir. “Elektrotexnika və elektronika” fənni əsas təhsil proqramının baza hissəsinin tərkibinə daxildir. Elektrotexnika və elektronika sə¬na¬ye müəs¬sisələrində çox geniş i¬stifadə edilir, tətbiq sahəsi də çox böyükdür və sə¬na¬yemizi onun nailiyyətlə¬rindən kənarda təsəvvür etmək mümkün deyil. Bununla belə, müxtəlif elektrik dövrələri və maşınlarında, elektrik və elektron aparatlarında, avadanlıqlarında, qurğularında baş verən elektromaqnit proseslərinin əsasları, qanunları və hesablama üsulları eynidir. Elektrotexnika və elektronikanın sürətlə inkişaf etdiyi dövrdə müxtəlif aparatların, qurğuların elektrik və maqnit parametrlərinin hesablanması, istismar rejimlərində elektrik enerjisinin səmərəli istifadəsi, elektrik dövrələrini, aparatlarını, avadanlıqlarını, maşınla¬rını və ölçü cihazlarını düzgün istismar etmək bacarığının öyrədilməsi yüksək ixtisaslı mütəxəssislə¬rin hazırlanması üçün vacıbdır. Bu baxımdan “Elektrotexnika və elektronika” kursu aktualdır, elmi - praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir və kursun hədəfi müəyyənləşir. “Elektrotexnika və elektronika” fənninin “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunmasında əsas məqsəd elektrik və elektron aparatların düzgün seçilməsinə, etibarlı istifadəsinə, dövrə, qurğu, cihaz və texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizlik tələblərinə uyğun istismarında sadə nasazlıqların müəyyən olunmasına dair fənn haqqında ətraflı məlumat, zəruri bilik və bacarıqlar verməkdən, əlverişli müasir metodlardan və kompüter qrafikasından istifadə edilməsindən, müasir ölçü cihazları, elektrik və elektron aparatlarının idarəetmə, mövcud elektrotexniki və elektron sistemləri - avtomatika qurğularının istismarı, yeni səmərəli elektrotexnologiyaların mənimsənilməsi üçün elektrotexnika sahəsində zəruri olan baza peşəkar hazırlığını təmin etməkdən ibarətdir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.