Ümumi məlumat
- Fənn kodu
- İF-20311y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 45 saat - mühazirə b) 15 saat - laboratoriya
- Auditoriyadankənar saatlar
- a) 120 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektrik parametrlərinin ölçmə metodlarını və vasitələrini, ölçmələrdə yaranan xətaları və onların azaldılması üsullarını, müasir rəqəmsal ölçmələri, intellektual və virtual ölçü vasitələrini, elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), dövrə elementlərinin parametrlərinin və siqnalların ölçülməsi üsullarını öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- laboratoriya işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Texniki ölçmələrin nəzəri əsaslarını izah edir.
CLO 2: Ölçmə xətalarının təyini metodlarını, ölçü cihazlarının dəqiqlik siniflərini və xətaların azaldılması üsullarını tətbiq edir.
CLO 3: Elektrik dövrələrində parametrlərin ölçülməsi üçün cihaz və vasitələri və onların növlərini seçir.
CLO 4: Elektrik və elektron dövrə elementlərinin parametrlərini, gərginlik və cərəyanı, tezliyi, zaman intervalını, faza sürüşməsini və elektrik gücünü ölçür.
CLO 5: Siqnalların forma və parametrlərinin ölçülməsi və tədqiqi metodlarını tətbiq edir.
CLO 6: Rəqəmsal ölçmə metodlarından və vasitələrindən istifadə edir.
Mövzu planı
- 1.Giriş. Elektrik ölçmələri haqqında ümumi məlumat, inkişafı, tətbiq sahələri. Fənnin strukturu və məzmunuMühazirə
- 2.Ölçmə texnikasının əsas anlayışları və əsas fiziki kəmiyyətlərMühazirə
- 3.Ölçmənin növləri və metodları. Ölçmə xətalarıMühazirə
- 4.Xətaların paylanma ehtimallarıMühazirə
- 5.Mexaniki kəmiyyətlərin etalonları. Əsas elektrik kəmiyyətləri və etalonlarıMühazirə
- 6.Çeviricilər və onların seçilməsi. Çeviricilərin xarakteristikaları və güc elementləriMühazirə
- 7.Maqnitoelektrik və elektromaqnit ölçü cihazlarıMühazirə
- 8.Elektrodinamik ölçü cihazlarıMühazirə
- 9.Rəqəmli ölçmə cihazları. Strukturu və elementlərin vəzifələriMühazirə
- 10.Ölçü körpüləri və onun elektrik kəmiyyətlərinin ölçülməsində istifadəsiMühazirə
- 11.Dəyişən cərəyan dövrələrinin parametrlərinin ölçülməsi. Cərəyan ölçü transformatorları vasitəsilə ölçmələrMühazirə
- 12.Dəyişən cərəyan dövrələrində gücün ölçülməsi. Birfazalı dövrələrdə aktiv gücün ölçülməsiMühazirə
- 13.Faza sürüşməsinin ölçülməsi. Tezliyin ölçülməsiMühazirə
- 14.Maqnit kəmiyyətləri və onların ölçülməsiMühazirə
- 15.Dolaqların omik müqavimətinin ölçülməsiMühazirə
- 16.Temperaturun ölçülməsi üsullarıMühazirə
- 17.Mexaniki və elektromaqnit momentlərin ölçülməsi üsullarıMühazirə
- 18.Fırlanma tezliyinin ölçülməsi üsullarıMühazirə
- 19.Sabit cərəyan dövrələrində cərəyan və gərginliklərin ölçülməsiMühazirə
- 20.Sinxron generatorların yük bucağı və onun ölçülməsiMühazirə
- 21.Müqavimət termoçeviriciləri ilə komplektdə işləyən ölçmə vasitələri. Qeyri-avtomatik körpü sxemləriMühazirə
- 22.Təzyiqin induktiv, tutum və tenzorezistor çeviriciləri vasitəsilə ölçülməsi. Dövrlər sayının taxogeneratorla ölçülməsiMühazirə
- 23.Ölçü informasiya sistemləri. Ölçü informasiyası, onun çevrilməsi və ötürülməsi metodlarıMühazirə
- 24.Sabit gərginlik, cərəyan və omik müqavimətlərin ölçülməsi (laboratoriya)Laboratoriya işi
- 25.Dəyişən cərəyan dövrəsində gərginlik, cərəyan, müqavimət və digər parametrlərin ölçülməsi (laboratoriya)Laboratoriya işi
- 26.Dəyişən cərəyan dövrəsində gücün, faza sürüşməsinin və tezliyin ölçülməsi (laboratoriya)Laboratoriya işi
- 27.Qeyri-elektrik kəmiyyətlərin çeviriciləri. Termoelektrik çeviricilər. Termorezistorlar. Fotoelektrik çeviricilər (laboratoriya)Laboratoriya işi
- 28.Təzyiqin və dövrlər sayının ölçülməsi (laboratoriya)Laboratoriya işi
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






