Ümumi məlumat
- Fənn kodu
- İF-20310y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 45 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 150 saat - sərbəst iş
Fənn haqqında
Fənn qeyri-sinusoidal cərəyan dövrələrini, xətti dövrələrdə keçid proseslərinin klassik və operator üsulları ilə hesablanmasını, dördqütblüləri, paylanmış parametrli dövrələri (uzun xətləri), qeyri-xətti elektrik və maqnit dövrələrini, elektromaqnit sahəsinin əsaslarını öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Üçfazalı elektrik dövrələrinin birfazalı dövrələrdən fərqini və üstünlüyünü, üçfazalı cərəyanın alınmasını, ulduz və üçbucaq birləşmələrini, iş rejimlərini, gücün hesablanması və ölçülməsini izah edir.
CLO 2: Periodik qeyri-sinusoidal cərəyan dövrələrini, qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətlərini, gücünü və xarakterizə edən əmsalları təhlil edir, Furye sırasını hesablamalarda tətbiq edir.
CLO 3: Elektrik dövrələrində keçid proseslərinin yaranma səbəblərini, kommutasiya qanunlarını izah edir və müxtəlif dövrələrdə keçid proseslərini hesablayır.
CLO 4: Dördqütblülərin və elektrik süzgəclərinin növlərini, tənliklərini, yüksüz işləmə, qısa qapanma və xarakteristik parametrlərini hesablayır, birləşmə növlərini seçir.
CLO 5: Paylanmış parametrli dövrələrin toplu parametrli dövrələrdən fərqini, uzun xəttin diferensial tənliklərini, sinusoidal iş rejimini izah edir, birinci və ikinci parametrlərini hesablayır.
CLO 6: Qeyri-xətti elektrik dövrə elementlərini, onların xarakteristikalarını izah edir və bu dövrələri hesablayır.
Mövzu planı
- 1.Üçfazalı elektrik dövrələri. Üçfazalı cərəyanın alınması. Ulduz və üçbucaq birləşmələrMühazirə
- 2.Üçfazalı elektrik dövrənin simmetrik iş rejimiMühazirə
- 3.Üçfazalı elektrik dövrənin gücü. Üçfazalı dövrənin gücünün ölçülməsiMühazirə
- 4.Üçfazalı elektrik dövrənin qeyri-simmetrik iş rejimiMühazirə
- 5.Periodik qeyri-sinusoidal cərəyan dövrələri. Furye sırası və onun qeyri-sinusoidal cərəyan dövrələrinin həllinə tətbiqiMühazirə
Furye sırasının triqonometrik şəkli. Simmetriya halları
- 6.Qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətləri, gücü və xarakterizə edən əmsallarMühazirə
- 7.Elektrik dövrələrində keçid prosesləri. Kommutasiya qanunları. Sərbəst və məcburi rejimlərMühazirə
- 8.Bir tərtibli dövrələrdə keçid prosesinin hesablanması. r, L dövrəsində keçid prosesiMühazirə
Sabit mənbəyə qoşulması, qısa qapanması, sinusoidal mənbəyə qoşulması
- 9.r, C dövrəsində keçid prosesiMühazirə
Sabit mənbəyə qoşulması, qısa qapanması, sinusoidal mənbəyə qoşulması
- 10.İki tərtibli dövrələrdə keçid prosesinin hesablanması. r, L, C dövrəsində keçid prosesiMühazirə
Aperiodik, kritik və periodik proseslər
- 11.Budaqlanmış elektrik dövrələrində keçid proseslərinin hesablanmasıMühazirə
- 12.Dördqütblülər, təsnifatı, sistem tənlikləri. Yüksüz işləmə və qısa qapanma parametrləriMühazirə
İxtiyari yükdə dördqütblünün giriş müqaviməti
- 13.Dördqütblülərin xarakteristik parametrləri. Ötürmə funksiyaları. Dördqütblülərin birləşmə sxemləriMühazirə
- 14.Elektrik süzgəcləri, növləri, təyinatı. “k” və “m” tipli süzgəclər, xarakteristikalarıMühazirə
Reaktiv süzgəcin buraxma şərti
- 15.Paylanmış parametrli dövrələr. Bircins xəttin diferensial tənlikləriMühazirə
- 16.Uzun xəttin sinusoidal iş rejimiMühazirə
- 17.Xəttin əks olunma əmsalı. İnteqral sabitlərinin təyiniMühazirə
- 18.Uzun xəttin I və II parametrləriMühazirə
- 19.Təhrifsiz xətt. İtkisiz xətt. Xəttin giriş müqavimətiMühazirə
- 20.Qeyri-xətti elektrik dövrələriMühazirə
- 21.Qeyri-xətti elementlərin xarakteristikalarıMühazirə
- 22.Qeyri-xətti dövrələrin hesablanmasıMühazirə
- 23.Məsələ həlli: Üçfazalı elektrik dövrələrinin hesablanmasıMəşğələ
- 24.Məsələ həlli: Üçfazalı elektrik dövrələrinin gücünün hesablanmasıMəşğələ
- 25.Məsələ həlli: Periodik qeyri-sinusoidal cərəyan dövrələrinin hesablanmasıMəşğələ
- 26.Məsələ həlli: Bir tərtibli dövrələrdə keçid prosesinin hesablanmasıMəşğələ
- 27.Məsələ həlli: İki tərtibli dövrələrdə keçid prosesinin hesablanmasıMəşğələ
- 28.Məsələ həlli: Dördqütblülərin əmsallarının hesablanmasıMəşğələ
- 29.Məsələ həlli: Qeyri-xətti elektrik dövrələrinin hesablanmasıMəşğələ
- 30.Məsələ həlli: TəkrarMəşğələ
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






