Fənn · Elektrik və elektronika mühəndisliyi
Elektrik dövrələri nəzəriyyəsi-1
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Yaz
Akademik il
2026-2027
Fənnin təsviri
Fənn sabit və dəyişən cərəyan elektrik dövrələrinin əsas qanunlarını, xətti elektrik dövrələrinin analizi və hesablanması üsullarını, sinusoidal cərəyan dövrələrini, kompleks üsulu, rezonans hadisələrini, induktiv əlaqəli dövrələri və üçfazalı dövrələri öyrədir.
Fənn təlim nəticələri
CLO 1: Elektrik dövrələrini, birinci və ikinci dərəcəli mənbələri, elektrik dövrələrini xarakterizə edən parametrləri, dövrə elementlərini və onların qoşulma üsullarını izah edir.
CLO 2: Xətti sabit cərəyan dövrələrinin əsas qanunlarını və hesablama metodlarını tətbiq edir, mürəkkəb xətti və qeyri-xətti sabit cərəyan dövrələrini təhlil edir.
CLO 3: Sinusoidal dəyişən cərəyan dövrələrini, passiv elementlərin xüsusiyyətlərini və rezonans hadisələrini təhlil edir, birfazalı dəyişən cərəyan dövrələrini hesablayır.
CLO 4: Üçfazalı dəyişən cərəyan dövrələrini, üçfazalı mənbələri və onların gərginliklərini izah edir, üçfazalı sistemlərin gücünü hesablayır.
CLO 5: İnduktiv əlaqəli dövrələrin elementlərini, birləşmə üsullarını və qarşılıqlı induksiya EHQ-ni təhlil edir, induktiv əlaqəli dövrələrdə enerjinin ötürülməsini izah edir.






