Fənn · Elektrik və elektronika mühəndisliyi
Azərbaycan tarixiCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 |
|---|---|
| CLO 1CLO-64215• FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir. | uyğun deyil |
| CLO 2CLO-66124• FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir. | uyğun deyil |
| CLO 3CLO-77133• FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur. | uyğun deyil |
| CLO 4CLO-92374• FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır. | uyğun deyil |
| CLO 5CLO-95460• FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır. | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri PTN 1 Elektrik və elektronika mühəndisliyi ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, perspektivlərini, ixtisas sahəsinin əsas texnologiyalarını, aparatlarını və qurğularını, həm elektrik, həm də müasir elektron cihazların və qurğuların istehsal texnologiyasını və ixtisasın texniki və texnoloji perspektivlərini bilməlidir. PTN 2 Matrislər üzərində əməliyyatları yerinə yetirmək, determinantın xassələri və hesablanması qaydaları, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, Kroneker-Kapelli teoremi, Evklid fəzası, ortoqonallaşdırma üsulu, xətti və bixətti çevirmələr, kvadratik formalar və onların təsnifatı, müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri, dairəvi konusun kəsiklərinin xassələri, ikitərtibli cəbri səthlər və səthlər haqqında biliyə malik olmalıdır. Çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcıllığın limit anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyanın diferensial və inteqral hesabının əsaslarını, ədədi və funksional sıraları, çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limiti, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın diferensial və inteqral hesabının əsaslarını bilməlidir. Birtərtibli adi diferensial tənliklər və tənliklər sisteminin, n-tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, bu tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılmasını, diferensial tənliklərin müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, müxtəlif prosesləri ifadə edən riyazi fizika tənliklərinin çıxarılmasını, həmin tənliklər üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını, riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını, hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələlərinin həll üsullarını, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementlərini bilməlidir. Fiziki qanunauyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrın nəzəri hazırlığının bazasını təşkil edən fiziki bilikləri, mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, yarımkeçiricilər nəzəriyyəsinin əsas müddəalarını, optika və atom fizikasının əsas qanun və qanunauyğunluqlarını, fiziki qanun və hadisələrin praktikada və elmi-texniki tərəqqinin uyğun istiqamətində tətbiqi yolları və metodlarını bilməlidir. Maddələrin kimyəvi quruluşunu, əsas kimyəvi qanunları, nəzəri müddəaları və nəticələri, kimyəvi elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsaslarını, məhlullarda gedən prosesləri və kompleks birləşmələrin quruluşunu bilməlidir. Maddi cisimlərin hərəkətinin və qarşılıqlı təsirinin ümumi qanunlarını, bu qanunların elektrik və elektron texnikası qurğularında tətbiq olunmasını, dinamikanın ümumi prinsiplərini konkret maşın və avadanlıqlara tətbiq etmək vərdişlərini, bu sahədə yaradılan texnika üçün layihə-konstruktor sənədlərinin işlənməsini bilməlidir. Müxtəlif elementlərin və qurğuların konstruktor layihə eskizlərinin və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydalarını Müxtəlif elementlərin və qurğuların konstruktor layihə eskizlərinin və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydalarını, standartlarını və normativ sənədlərini bilməlidir. İnformasiyanın toplanması, emalı, saxlanılması və ötürülməsi prinsiplərini, kompüter texnikasının əsas quruluşunu, əməliyyat sistemlərini, tətbiqi proqram paketlərini, alqoritmləşdirmə və proqramlaşdırmanın əsaslarını, verilənlər bazalarının təşkili prinsiplərini, kompüter şəbəkələrini, müasir informasiya texnologiyalarını və onların mühəndislik fəaliyyətində tətbiqini bilməlidir. Elektrik dövrələrinin əsas qanunlarını, sabit və dəyişən cərəyan dövrələrinin analiz üsullarını, elektromaqnit sahəsinin əsas qanunlarını, elektrik ölçmə metodlarını, elektrik maşınlarının və transformatorların iş prinsiplərini, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması prinsiplərini bilməlidir. Elektron komponentlərin və element bazasının əsas xüsusiyyətlərini, analoq və rəqəmsal elektronikanın əsaslarını, yarımkeçirici cihazların iş prinsiplərini, inteqral sxemləri, mikroprosessor və mikrokontroller sistemlərini, elektron qurğuların layihələndirilməsi və istismarını bilməlidir. Avtomatik idarəetmə sistemlərinin əsas anlayışlarını, idarəetmə obyektlərinin riyazi modellərini, sabitlik meyarlarını, keçid proseslərini, tənzimləyicilərin seçilməsi və hesablanmasını, avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulması prinsiplərini bilməlidir. Elektrik və elektronika mühəndisliyi sahəsində istifadə olunan müasir proqram təminatları ilə işləməyi, kompüter modelləşdirilməsi aparmağı, layihələndirmə və hesablama proqramlarından istifadə etməyi bacarmalıdır. Peşə fəaliyyəti zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik qaydalarını bilməli və onlara əməl etməlidir. Elektrik və elektronika mühəndisliyi sahəsində normativ-texniki sənədlərlə işləməyi, texniki hesabatlar, layihələr və digər mühəndis sənədlərini hazırlamağı bacarmalıdır. Azərbaycan və xarici dillərdə peşə ünsiyyəti qurmaq, elmi-texniki məlumatları təhlil etmək, təqdimatlar hazırlamaq, komanda ilə işləmək, müstəqil qərarlar qəbul etmək və peşə etikası normalarına riayət etmək bacarıqlarına malik olmalıdır.
Bu fənndən töhfə yoxdur