Fənn · Elektrik və elektronika mühəndisliyi

Elektrik və elektron texnikası materiallarıSillabus

İF-2161y6 kreditYaz semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2161y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Auditoriyadaxili saatlar: 45 saat Mühazirə: 30saat Laboratoriya: 15 saat
Auditoriyadan kənar saatlar
135 saat

Fənn haqqında

Fənnin hədəfi və məqsədi Elektroenergetika obyektlərində (elektrik şəbəkələrində, elektrik stansiya və yarımstansiyalarında) və yüksək gərginlikli avadanlıqların, köməkçi avadanlıqların və rabitə sistemlərinin diaqnostikasının və monitorinqinin texnologiyasını öyrənməkdir. Bununla yanaşı elektroenergetik sistemlərin operativ-dispetçer idarəetmə oblastında biliklərin əldə olunması və elektrik sistem və şəbəkələrinin elementlərinin texniki xidmət və təmirinin rasional proseslərində biliklərin əldə olunması; elektroenergetik sistemlərin əsas güc avadanlıqlarının vəziyyətinin texniki diaqnostika üsulları və vasitələri haqqında; istismar şəraitində elektrik avadanlıqlarının etibarlığının yüksəldilməsi üsulları və vasitələri haqqında, həmçinin, Elektrik şəbəkəsinin tipik monitorinq sistemi və onun monitorinq parametrləri, Elektrik yarımstansiyalarını monitorinq nəzarət və idarəetmə sistemi, Kiçik generasiyalı obyektlərin məsafədən monitoring və idarəetmə sistemləri, Enerji istehlakının monitorinq sistemləri, Elektrik enerjisi itkilərinin monitorinq sistemi haqqında biliklərin əldə olunmasıdır. Həmçinin istismar şəraitində elektrik izolyasiyasında baş verən fiziki proseslər haqqında biliklərin formalaşması, elektroenergetik avadanlıqların yüksək gərginlikli izolyasiyasının texniki vəziyyətinə nəzarət üsullarının öyrənilməsi də fənnin əsas məqsədlərindən biridir. Fənnin vəzifəsi –Təhsil alan tələbələri enerji sistemlərinin tikinti rekonstruksiya, işəsalma-sazlama və istismar prosesində elektrik stansiya, yarımstansiya və elektrik şəbəkələrinin yüksək gərginlikli avadanlıqlarının mövcud texnologiya və üsulları ilə tanış etməkdir –Elektrik avadanlıqlarının diaqnostikası oblastında alçaq gərginlikli avadanlıqların, köməkçi avadanlıqların diaqnostika üsulları və vasitələri və normativ-texniki baza haqqında məlumat verməkdir –Elektroenergetika obyektlərində diaqnostika işlərinin təmin olunması üçün qəti texniki qərar qəbul edilməsini və onun əsaslandırılmasının öyrənilməsidir –Yüksək gərginlikli elektroenergetika avadanlıqlarının vəziyyətinin müəyyən olunması üçün elektroenergetika obyektlərinə diaqnostika üsullarının tətbiq edilməsinin öyrənilməsidir Verilən fənnin mənimsənilməsi nəticəsində aşağıda göstərilən məqsədlərə nail olunur: –Elektroenergetik avadanlıqların sınağının və onun hesablanmasının və analizinin aparma qabiliyyətinə və müasir avtomatlaşdırılmış diaqnostika sistemlərini istifadə etmək qabiliyyətinə malik olmalıdır –Elektroenergetika və elektrotexnika avadanlıqlarının istismarı, montajı və sazlanması, xidmət servisi, diaqnostikası və monitorinqi sferasında yaradıcılıq qabiliyyətinə malik olmalıdırlar Fənnin uğurla mənimsənilməsindən sonra tələbələr üçün mütləq lazımdır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5