Ümumi məlumat
- Fənn kodu
- İF-2686y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mü2hazirə b) 30 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 60 sərbəst iş b) 60 saat hazırlıq
Fənn haqqında
Fənnin tədrisinin əsas məqsədini tələbələrə seçmə müayinələrin layihələndirilməsinin əsas anlayışlarını öyrətmək, sosial-iqtisadi proseslər üzərində seçmə müayinələrin təhlilini aparmaqdır. Bu fənn mikro və makro səviyyələr seçmə müayinələrin layihələndirilməsinin tətbiqindən bəhs edir. Fənnin tədrisinin məqsədi baş verən sosial-iqtisadi hadisə və proseslərin təhlilini, yaranma səbəblərinin araşdırılmasını, kəmiyyət və keyfiyyət dəyişikliklərinin öyrənilməsini;zamana görə struktur dəyişikliklərinin üzə çıxarılmasını; inkişaf dinamikasının müəyyən olunmasını; əhalinin həyat səviyyəsini xarakterizə edən və bir-biri ilə qarşılıqlı əlaqəli olan statistik göstəricilər sisteminin müəyyən edilməsini; qanunauyğunluqların üzə çıxarılmasını və analitik düşüncə tərzini formalaşdırmaqdır
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- case study
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Seçmə müayinələrin layihələndirilməsi və təhlili fənninə giriş. Seçmə müayinə nədir? Seçmə müayinələrin layihələndirilməsinin proqram metadologiyasıMühazirə
Seçmə müayinələrin layihələndirilməsi və təhlili fənninə giriş. Seçmə müayinə nədir? Seçmə müayinələrin layihələndirilməsinin proqram metadologiyası
- 2.Seçmə müayinələrin layihələndirilməsinin təsnifatı.Mühazirə
Seçmə müayinə üçün məlumat bazasının qurulması. Ev təsərrüfatlarının seçmə müayinəsi və müəssisənin seçmə müayinəsinin təhlili. Praktik nümünələr üzərində təhlillər.
- 3.Seçmə müayinələrin aparılmasının metodları.Mühazirə
Klasterlər üzrə seçmə.Stratalar üzrə seçmə.Çoxpilləli seçmə. Praktik nümünələr üzərində üsülların tədqiqi.
- 4.Seçmə müayinələrdə xətanın hesablanma üsülları.Mühazirə
Reprezentativ xəta.Təkrarlanan və təkrarlanmayan müayinələr üçün orta və ya standart xətanın təyini.Tipik seçim üsüluna əsasən xətanın hesablanması.Nisbi xətalar.
- 5.Kiçik seçimlər və onların xususiyyətləri. Mühazirə
Kiçik seçimlərdə Styudent nisbəti tətbiqi.Son hədd xətaların hesablanması.
- 6.Seçmə müayinələrin əlaqələndirilməsi rotasiyası.Mühazirə
Rotasiya üsulu ilə seçməni müəyyən edən bəzi amillər.Seçmənin rotasiya üsuluna dair beynəlxalq təcrübə.
- 7.Makro iqtisadi seçmə müayinələrin emprik təhlili və proqnoz metodologiyasi. Mühazirə
Hesablamaların əsas sxemləri. ÜDM üçün beynəlxalq müqayisələr və valyutaların alıcılıq qabiliyyətinin priotetləri
- 8.Milli sərvət elementləri üzərində seçmə müayinələrin qiymətlən¬dirilməsi. Mühazirə
Orta fond aktivlərinin gəlirlili¬yinin mütləq və nis¬bi ölçülməsi.
- 9.Sosial-iqtisadi qrupları üzrə seçmə müayinələrin layihələndirilməsi gəlir və xərclərinin differensasiya balanslarının qurulmasıMühazirə
Sosial-iqtisadi qrupları üzrə seçmə müayinələrin layihələndirilməsi gəlir və xərclərinin differensasiya balanslarının qurulması
- 10.Sosial sferanın inkişafı layihələri üzrə seçmə müayinənin təhliliMühazirə
Sosial sferanın inkişafı layihələri üzrə seçmə müayinənin təhlili
- 11.Seçmə demoqrafik müayinələrin layihələndirilməsi və rotasiyasıMühazirə
Seçmə demoqrafik müayinələrin layihələndirilməsi və rotasiyası
Ədəbiyyat
- Levin.A.Y. “Statistika” dərslik Moskva 2010 2. A. Babayev “Statistika” dərslik Moskva 2014 3. O. Məmmədli və başqaları.” Statistika nəzəriyyəsi” dərslik Bakı 2015
- 1. Levin.A.Y. “Statistika” dərslik Moskva 2010 2. A. Babayev “Statistika” dərslik Moskva 2014 3. O. Məmmədli və başqaları.” Statistika nəzəriyyəsi” dərslik Bakı 2015
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |