Ümumi məlumat
- Fənn kodu
- İF-4153y-KomElm
- Kredit
- 3
- Tələbənin iş yükü
- 90
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə b) 15 saat seminar
- Auditoriyadan kənar saatlar
- a) 18 saat MRTSİ b) 27 saat TSİ
Fənn haqqında
Mülki müdafiə fənni tələbələrə fövqəladə halların (təbii, texnogen, bioloji, ekoloji və hərbi mənşəli) yaranma səbəbləri, onların nəticələrinin qiymətləndirilməsi, risklərin azaldılması, əhalinin və ərazilərin mühafizəsi, xəbərdarlıq və təxliyə tədbirləri, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardımın göstərilməsi, eləcə də fövqəladə hallara hazırlıq və düzgün davranış qaydaları haqqında nəzəri və praktiki biliklər qazandırır. Fənn tələbələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, risklərin idarə olunması bacarıqlarının inkişaf etdirilməsinə və fövqəladə vəziyyətlərdə operativ, düzgün qərar qəbul etmə səriştəsinin inkişafına xidmət edir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problem-based learning
- təqdimatlar
- seminar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Mülki müdafiənin əsaslarıMühazirə
“Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri
- 2.MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr. Mühazirə
Mülki müdafiə qüvvələrinin strukturu və idarəetmə səviyyələri. Peşəkar xilasedici bölmələr və onların funksiyaları. Könüllü mülki müdafiə formalaşmaları və icma əsaslı iştirak. Hərbiləşdirilməmiş dəstələrin tərkibi, vəzifələri və fəaliyyət istiqamətləri. Fövqəladə hallarda qüvvələrin qarşılıqlı fəaliyyəti və koordinasiya mexanizmləri
- 3.Fövqəladə hallar və onların xarakteristikasıMühazirə
FH anlayışı və təsnifatı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər və müasir nümunələr. Şüalanma dozası, doza gücü və təsirlər. İonlaşdırıcı şüalar: mənbələr və təsir mexanizmi. AES qəzaları və radioaktiv çirklənmə ssenariləri. Kimyəvi təhlükəli obyektlər və maddələr. Partlayış, yanğın təhlükəli qəzalar, onların idarə olunması
- 4.Hərbi xarakterli fövqəladə hallar. Mühazirə
Müasir hərbi təhlükələr və hibrid risklər. Nüvə silahı və zədələyici amilləri. Kimyəvi silah və təsir xüsusiyyətləri. Bioloji (bakterioloji) silah. Adi qırğın vasitələri. Hərbi xarakterli fövqəladə halların əhali və infrastruktur üçün nəticələri
- 5.Təbii xarakterli fövqəladə hallarMühazirə
Zəlzələlər və seysmik risklər. Sel və daşqınlar. Torpaq sürüşmələri. Qasırğa, güclü külək, qar uçqunları. Quraqlıq və ekstremal temperatur hadisələri. İqlim dəyişmələrinin yaratdığı risklər
- 6.FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Mühazirə
Fövqəladə hallarda istifadə olunan nəzarət və monitorinq cihazlarının rolu. Radiasiya, kimyəvi və toksik mühitin operativ qiymətləndirilməsi prinsipləri. Müasir mülki müdafiə və fövqəladə hallar xidmətlərində istifadə olunan cihazlar
- 7.Zədələnmələrin təhlil üsulları. İstehsalatda sağlam əmək şəraitinə verilən tələblər. Lab. Hava axininin sürətinin təyini.Mühazirə
Zədələnmələrin təhlili istehsalatda təhlükəli amillərin müəyyən edilməsi və qarşısının alınması üçün aparılır. Laboratoriya işində hava axınının sürəti ölçülərək iş yerinin mikroiqlim şəraiti qiymətləndirilir.
- 8.Fərdi mühafizə vəsaitləriMühazirə
Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı
- 9.Mülki müdafiənin mühafizə qurğuları. Mühazirə
Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı
- 10.Mülki müdafiənin mühafizə qurğuları. Mühazirə
MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi
- 11.Mülki müdafiənin mühafizə qurğularıMühazirə
Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi
- 12.FH-da əhalinin köçürülməsi Mühazirə
Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi
- 13.FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Mühazirə
Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər
- 14.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMühazirə
FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər
- 15.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMühazirə
FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması
- 16.Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMühazirə
Zədələnmələr zamanı ilk tibbi yardım
- 17.Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili. Məşğələ
Sənaye müəssisələrində mülki müdafiə sisteminin qurulması prinsipləri. Kritik infrastruktur obyektlərində risklərin idarə olunması yanaşmaları. Obyekt səviyyəsində mülki müdafiə planlaşdırılması və cavab mexanizmləri. Obyekt personalının hazırlığı və təlim sistemi. Texnogen risklərə qarşı mühəndis-texniki və təşkilati tədbirlər.
- 18.Təbii xarakterli fövqəladə hallarMəşğələ
Təbii fəlakətlərin sosial-iqtisadi və ekoloji nəticələri.
- 19.Fərdi mühafizə vəsaitləriMəşğələ
Fərdi mühafizə vəsaitləri istifadə qaydaları. Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi
- 20.Mülki müdafiənin mühafizə qurğuları. Məşğələ
Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləşdirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları
- 21.FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Məşğələ
Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri
- 22.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ
Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.
- 23.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ
Tam və qismi sanitar təmizləmənin keçirilməsi
- 24.Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMəşğələ
Travmalar, qanaxma, sınıq və yanıqlar zamanı ilkin yardımın göstərilməsi, CPR elementləri və zərərçəkənin təhlükəsiz təxliyəyə hazırlanması
- 25.Sərbəst işSərbəst iş
Sərbəst işlər mülki müdafiənin hüquqi, təşkilati və praktiki əsaslarını, fövqəladə halların növlərini, risklərin qiymətləndirilməsi və idarə olunmasını, əhalinin və sənaye obyektlərinin mühafizəsini, fərdi və kollektiv mühafizə vasitələrini, köçürmə, xilasetmə və ilkin tibbi yardım tədbirlərini, eləcə də müasir texnologiyaların və beynəlxalq təcrübənin mülki müdafiə sahəsində tətbiqini əhatə edir. Mövzular fövqəladə hallara hazırlıq, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və fövqəladə vəziyyətlərdə düzgün qərar qəbul etmə bacarıqlarının inkişafına yönəldilmişdir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |