Bakalavr proqramı

MaliyyəTəlim məqsədləri

Bakalavr6004005 (050406)Sənaye İqtisadiyyatı və MenecmentRəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları25 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

13 PLO
  1. PLO 1PLO-76094

    Azərbaycanın qədim və yaxın tarixində baş vermiş mövcud ictimai, siyasi, iqtisadi hadisələri araşdırmaq və təhlil etməyi bacarmalıdır.(PTN1)

  2. PLO 2PLO-23541

    Ana dilində və bir xarici dildə ( xüsusilə ingilis dilində) peşəkar səviyyədə yazılı və şifahi danışmaq, ünsiyyət qurmaq və rəsmi yazışmalar aparmağı bacarmalıdır. (PTN2)

  3. PLO 3PLO-42545

    İnformasiya texnologiyalarından səmərəli istifadə etməyi və peşə fəaliyyətində ixtisaslaşdırılmış proqram təminatını tətbiq etməyi bacarmalıdır. (PTN3)

  4. PLO 4PLO-70351

    Ümumi riyazi biliklərdən peşəkar fəaliyyətdə istifadə etməklə, statistik və ekonometrik metodologiyanı tətbiq etməyi bacarmalıdır. (PTN4)

  5. PLO 5PLO-48460

    İqtisadi təfəkkür və iqtisadi düşüncə qabiliyyətinə malik olmaqla, milli-iqtisadi sosial-iqtisadi hadisə və proseslərin, iqtisadi münasibətlərin qanunauyğunluqlarını, mikro və makro proseslri təhlil etməyi bacarmalıdır.(PTN5)

  6. PLO 6PLO-59856

    İxtisasla bağlı baza biliklərə malik olmaq və onları idarəetmədə tətbiq etməyi bacarmalıdır. (PTN6)

  7. PLO 7PLO-83468

    Maliyyənin idarəedilməsində korporativ qanunvericilikdən və biznes qaydalarından istifadə etməyi bacarmalıdır. (PTN7)

  8. PLO 8PLO-66048

    Büdcə münasibətlərini, vergi sistemini, fiskal siyasəti, dövlət borclarının idarə olunmasını özündə ehtiva edən dövlət maliyyəsi üzrə bilikləri tətbiq etməyi bacarmalıdır (PTN8)

  9. PLO 9PLO-75748

    Mühasibat uçotu üzrə nəzəri-praktiki biliklərə sahib olmalı, maliyyə hesabatlarını tərtib və təhlil etməyi bacarmalıdır (PTN9)

  10. PLO 10PLO-46980

    Audit yoxlama - ekspert işlərini təşkil etmək və nəticələr üzrə təklif-tədbirlər planı hazırlamağı bacarmalıdır. (PTN10)

  11. PLO 11PLO-82935

    Vergi qanuvericiliyini şərh etməyi, vergi hesabatlarını tərtib və təqdim etməyi bacarmalıdır. (PTN11)

  12. PLO 12PLO-32482

    Maliyyə və sığorta sferasındakı prosesləri təhlil etmək, bank əməliyyatlarını icra etməyi və korporativ maliyyəni idarə etməyi bacarmalıdır. (PTN12)

  13. PLO 13PLO-76040

    İnvestisiya layihələrinin idarə edilməsini, maliyyə bazarlarında əməliyyatları və maliyyə risklərini qiymətləndirməyi bacarmalıdır. (PTN13)