Bakalavr proqramı
MaliyyəKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Məzunların Karyera İmkanları
"050406 - Maliyyə" ixtisası üzrə Təhsil Proqramının məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda maliyyə meneceri, bank meneceri, kredit mütəxəssisi, maliyyə vasitəçiliyi üzrə agent,sığorta agenti və s. peşələrdə işləyə bilərlər. Universitet Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçinməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidir. "050406 - Maliyyə" ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini "İqtisadiyyat və idarəetmə" ixtisasları qrupuna daxil olan bütün Magistr proqramlarında davam etdirə bilərlər. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.