Fənn · İqtisadiyyat

Firmanın iqtisadiyyatıSillabus

İFS-2725y8 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2725y
Kredit
8
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 45 saat - mühazirə b) 45 saat- seminar
Auditoriyadankənar saatlar
a) 105 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

Fənnin qısa məzmunu “Firmanın iqtisadiyyatı” fənni firmanın iqtisadi sistemdə yeri və rolu, fəaliyyət prinsipləri, təşkilati formaları və rəqabət mühiti haqqında nəzəri və praktiki bilikləri əhatə edir. Fənn çərçivəsində istehsal prosesi, əsas və dövriyyə fondları, insan resursları, əmək məhsuldarlığı, istehsal xərcləri və maya dəyəri, maliyyə resursları, qiymət və marketinq siyasəti, investisiya və innovasiya fəaliyyəti, eləcə də firmanın xarici iqtisadi fəaliyyəti öyrənilir. Eyni zamanda, firmanın iqtisadi göstəricilərinin hesablanması, təhlili və fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinə dair praktiki yanaşmalar mənimsənilir. Fənnin hədəfi Fənnin hədəfi tələbələrdə firmanın fəaliyyətini iqtisadi baxımdan təhlil etmək, müvafiq iqtisadi hesablamalar aparmaq, fəaliyyət nəticələrini qiymətləndirmək, mövcud problemləri müəyyənləşdirmək və əsaslandırılmış idarəetmə qərarları qəbul etmək bacarıqlarını inkişaf etdirməkdir. Bununla yanaşı, tələbələrin müstəqil və analitik düşünmə, iqtisadi prosesləri qiymətləndirmə və firma fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər hazırlama bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Fənnin məqsədləri “Firmanın iqtisadiyyatı” fənninin məqsədi əsas iqtisadi və firma iqtisadiyyatı ilə bağlı məsələləri birlikdə nəzərdən keçirməklə firma iqtisadiyyatına dair biliklərin tələbələrə bütövlükdə çatdırılmasıdır. Fənnin digər məqsədləri firmaların iqtisadi istiqamətini tədqiq etmək, digər elmlərlə olan əlaqəsini, o cümlədən, xərc, qiymət, mənfəət, məhsuldarlıq, rentabellik, likvidlik kimi əsas anlayışları öyrənmək, firma iqtisadiyyatı ilə əlaqəli və iqtisadi konsepsiyalar haqqında məlumata malik olmaq, müəssisə, sahibkarlıq və menecer anlayışlarını, firmanın məqsədlərini və növlərini tədqiq etməkdir.

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: • FTN 1 Firmanın iqtisadi mahiyyətini, iqtisadi sistemdə yerini və funksiyalarını izah edir, firmanın tədqiqat obyekti və predmeti ilə bağlı əsas anlayışları şərh edir.

  2. CLO 2: • FTN 2 Firma haqqında neoklassik və alternativ nəzəri yanaşmaları fərqləndirir, firma fəaliyyət modellərini müqayisə edir və onların tətbiq xüsusiyyətlərini təhlil edir.

  3. CLO 3: • FTN 3 Firmaları iqtisadi və təşkilati meyarlar üzrə təsnif edir, onların təşkilati-hüquqi formalarını və strukturunu müqayisə edir, firma strukturuna təsir edən amilləri müəyyənləşdirir.

  4. CLO 4: • FTN 4 Firmanın daxili və xarici mühit amillərini təhlil edir, müxtəlif bazar strukturlarında – xalis inhisar, oliqopoliya və inhisarçı rəqabət şəraitində firma davranışlarını müqayisə edir və rəqabət strategiyalarını qiymətləndirir.

  5. CLO 5: • FTN 5 Firmada istehsal prosesinin təşkili prinsiplərini və formalarını izah edir, istehsal tsiklini təhlil edir, istehsal gücünü müvafiq göstəricilər əsasında hesablayır və ondan istifadə səviyyəsini qiymətləndirir.

  6. CLO 6: • FTN 6 Firmanın əsas fondlarının tərkibini və strukturunu müəyyən edir, onların qiymətləndirilməsi, köhnəlməsi və amortizasiyası göstəricilərini hesablayır, əsas fondlardan istifadənin səmərəliliyini təhlil edir.

  7. CLO 7: • FTN 7 Firmanın dövriyyə fondları və dövriyyə vəsaitlərinin tərkibini və strukturunu izah edir, onların normalaşdırılması və istifadəsi göstəricilərini hesablayır, dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini qiymətləndirir.

  8. CLO 8: • FTN 8 Firmanın insan resurslarının tərkibini təhlil edir, əmək məhsuldarlığı və əmək haqqı göstəricilərini hesablayır, əmək resurslarından istifadənin səmərəliliyini və əmək məhsuldarlığının artırılması imkanlarını qiymətləndirir.

  9. CLO 9: • FTN 9 İstehsal xərclərini iqtisadi əlamətlər üzrə təsnif edir, məhsulun maya dəyərini hesablayır, xərc strukturunu təhlil edir və xərclərin azaldılması üzrə alternativləri qiymətləndirir.

  10. CLO 10: • FTN 10 Firmanın idarəetmə prinsiplərini, funksiyalarını və metodlarını fərqləndirir, təşkilati idarəetmə strukturlarını təhlil edir və konkret firma şəraitinə uyğun idarəetmə yanaşmalarını əsaslandırır.

  11. CLO 11: • FTN 11 Firmanın maliyyə resurslarının formalaşması və istifadəsi istiqamətlərini təhlil edir, gəlir və mənfəət göstəricilərini hesablayır və firmanın maliyyə fəaliyyətinin nəticələrini qiymətləndirir.

  12. CLO 12: • FTN 12 Qiymətin funksiyalarını və növlərini fərqləndirir, qiymətqoyma metodlarını tətbiq edir, bazar şəraitinə uyğun qiymət siyasəti və qiymət strategiyalarını müqayisə edir və əsaslandırır.

  13. CLO 13: • FTN 13 Firmanın marketinq mühitini və marketinq fəaliyyətinin əsas alətlərini təhlil edir, rəqabətli mövqeləndirmə və internet marketinq imkanlarını qiymətləndirir, firma üçün uyğun marketinq yanaşmalarını əsaslandırır.

  14. CLO 14: • FTN 14 İnvestisiyaları növlərinə görə təsnif edir, investisiya layihələrinin iqtisadi səmərəliliyini müvafiq metodlarla hesablayır və qiymətləndirir, investisiya qərarlarını əsaslandırır və biznes-planın əsas elementlərini formalaşdırır.

  15. CLO 15: • FTN 15 İnnovasiya növlərini fərqləndirir, innovasiya fəaliyyətinin iqtisadi səmərəliliyini və məhsulun keyfiyyət göstəricilərini qiymətləndirir, məhsulun rəqabət qabiliyyətinə təsir edən amilləri təhlil edir.

  16. CLO 16: • FTN 16 Firmanın xarici iqtisadi fəaliyyətinin formalarını fərqləndirir, idxal-ixrac əməliyyatlarının iqtisadi xüsusiyyətlərini təhlil edir, xarici iqtisadi fəaliyyətin dövlət və gömrük tənzimlənməsi vasitələrini qiymətləndirir.

Mövzu planı

  1. 1.
    Firma – iqtisad elminin tədqiqat obyekti kimi.Mühazirə

    «Firmanın iqtisadiyyatı» fənninin tədqiqat obyekti və predmeti. İqtisadi resurslar və iqtisadi proseslərdə firmanın funksiyası. Firmaların iqtisadi baxımdan yeri və əhəmiyyəti.

  2. 2.
    Firma nəzəriyyələri.Mühazirə

    Firmaya neoklassik yanaşma. Firmanın digər nəzəriyyələri və konsepsiyaları. Firmanın fəaliyyət modelləri.

  3. 3.
    Firmanın təsnifatı, quruluşu və formaları.Mühazirə

    Firmaların təsnifatı.Firmanın quruluşu və onu müəyyən edən amillər. Firma - sahibkarlıq fəaliyyətinin təşkili forması kimi.

  4. 4.
    Firmaların rəqabət mühiti.Mühazirə

    Firmanın fəaliyyətinin daxili və xarici mühiti. Xalis inhisar bazarlarında firma davranışları. Oliqopoliya bazarlarında davranışlar və oyunlar nəzəriyyəsi. İnhisarçı rəqabət bazarlarında firma davranışları.

  5. 5.
    Firmada istehsal prosesi və onun təşkili.Mühazirə

    İstehsal prosesinin mahiyyəti. İstehsal tsikli və onun tərkibi. Firmada istehsal prosesinin təşkili prinsipləri Firmada istehsalın təşkili formaları. Firmanın istehsal gücü və onun hesablanması.

  6. 6.
    Firmanın əsas fondları və istehsal gücü.Mühazirə

    Əsas fond anlayışı və iqtisadi mahiyyəti. Əsas fondların uçotunun formaları və qiymətləndirilmə üsulları. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi və amortizasiyası.

  7. 7.
    Firmanın dövriyyə fondları və dövriyyə vəsaitləriMühazirə

    Dövriyyə istehsal fondları, onun tərkibi və strukturu. Dövriyyə istehsal fondlarından istifadə göstəriciləri. Dövriyyə vəsaitlərinin normallaşdırılması. Dövriyyə vəsaitlərindən daha yaxşı istifadənin göstəriciləri və yolları.

  8. 8.
    Firmanın insan resursları, əmək məhsuldarlığı və əmək haqqı.Mühazirə

    Firmanın əmək resursları, onun tərkibi və xarakteristikası. Müəssisədə əmək məhsuldarlığı, qiymətləndirmə üsulları, amilləri və onun artırılması ehtiyatları. Əməyin ödənilməsinin təşkili: mahiyyəti, prinsipləri, tarif sistemi, əməyin ödənilməsinin formaları və sistemləri, əmək haqqı fondu.

  9. 9.
    Firmanın istehsal xərcləri və məhsulun maya dəyəri.Mühazirə

    İstehsal xərcləri anlayışı, maya dəyərinin növləri. İstehsal xərclərinin təsnifatı. Məhsulun maya dəyərinin göstəriciləri. İstehsal xərclərinin və maya dəyərinin aşağı salınmasının yolları. İstehsal xərcləri anlayışı, maya dəyərinin növləri. İstehsal xərclərinin təsnifatı. Məhsulun maya dəyərinin göstəriciləri. İstehsal xərclərinin və maya dəyərinin aşağı salınmasının yolları.

  10. 10.
    Firmanın idarəetmə mexanizmi və onun təskilat quruluşu.Mühazirə

    İdarəetmənin mahiyyəti və prinsipləri. İdarəetmənin funksiyaları və onların təsnifatı. İdarəetmənin metodları və onların tətbiqi istiqamətləri. Firmanın idarəetmə mexanizminin təskilati quruluşu.

  11. 11.
    Firmanın maliyyəsi.Mühazirə

    Müəssisənin maliyyəsinin mahiyyəti və funksiyası. Müəssisənin maliyyə resursları, yaranma mənbələri və onlardan istifadə. Mənfəət və ondan istifadə istiqamətləri. Müəssisənin gəliri və onun növləri.

  12. 12.
    Firmanın qiymət siyasəti.Mühazirə

    Qiymətin funksiyaları və növləri. Firmanın qiymət siyasəti. Firmanın qiymət strategiyası. Firmada qiymətqoyma metodları.

  13. 13.
    Firmanın marketinq fəaliyyəti.Mühazirə

    Marketinq: əsaslar, məzmun və prinsiplər. Marketinq mühiti. Müəssisədə marketinq xidməti. Təşkilat prinsipləri və formaları. Marketinq fəaliyyətinin əsas alətləri və texnologiyaları.Müəssisənin rəqabətli yerləşdirilməsi. İnternet Marketinq

  14. 14.
    Firmanın investisiya fəaliyyəti.Mühazirə

    İnvestisiyanın mahiyyəti və növləri. İnvestisiyanın tərkibi və quruluşu. Firmanın investisiya fəaliyyəti və layihələri¬n qiymətlən¬di¬ril¬məsi metodları. İnvestisiya səmərəliliyinin yüksəldilməsi yolları. İnvestisiya layihəsinin reallaşdırılması üçün biznes-planın tərtibi.

  15. 15.
    Firmanın innovasiya siyasəti və məhsulun keyfiyyəti.Mühazirə

    İnnovasiyanın mahiyyəti və növlər. İnnovasiyanın iqtisadi səmərəliliyi. Məhsulun keyfiyyəti, onun göstəriciləri və keyfiyyətin idarə edilməsi. Məhsulun rəqabət qabiliyyəti. Məhsulun standartlaşdırılması və sertifikasiyası.

  16. 16.
    Firmanın xarici iqtisadi fəaliyyəti.Mühazirə

    Firmanın xarici iqtisadi fəaliyyətinin mahiyyəti. Firmanın xarici iqtisadi fəaliyyətinin növləri. Firmanın idxal-ixrac əməliyyatları. Firmanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi vasitələri. Firmanın xarici iqtisadi fəaliyyətinin gömrük tənzimlənməsi.

Ədəbiyyat siyahısı

  1. Ədəbiyyat siyahısı və elektron resurslar: 1. Hüseynova, İ.M. Müəssisənin iqtisadiyyatı. Dərs vəsaiti – Bakı, 2013. 2. Hüseynov, T.Ə. Firmanın iqtisadiyyatı. Dərs vəsaiti – Bakı, 2009. 3. Mövzu ilə bağlı hesabatlar və digər internet resursları. 4. Российская экономическая академия им. Г.В. Плеханова ЭКОНОМИКА ПРЕДПРИЯТИЯ (ФИРМЫ) УЧЕБНИК Под редакцией профессора О.И. Волкова и доцента О.В. Девяткина, 2007. 5. Министерство сельского хозяйства РФ ФГБОУ ВО «Кубанский государственный аграрный университет имени И. Т. Трубилина» В. И. Гайдук, Е. А. Шибанихин ЭКОНОМИКА ФИРМЫ (ПРЕДПРИЯТИЯ) Учебно-методическое пособие, 2020.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5