Fənn · Mexanikamühəndisliyi-magistr

Mexaniki sistemlərin etibarlığı

MİFS-29966 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

140saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Mexaniki sistemlərin etibarlığı” fənni 060630 – “Mexanika mühəndisliyi” ixtisas proqramı üzrə magistratura səviyyəsində təhsil alan magistrantlar üçün nəzərdə tutulmuş mühüm peşə hazırlığı fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd magistrantlara müasir tələblərə cavab verən müxtəlif texnikanın işini analiz etmək, maşın və avadanlıqların daxilində mexaniki sistemlərin yerləşməsini əsaslandırmaq, dinamik tipli hissələri düzgün seçmək və sistemlərin istismar zamanı yüksək etibarlılığını təmin etmək metodlarını öyrətməkdir. Kurs çərçivəsində istehsalatın müxtəlif sahələrində geniş tətbiq olunan hidromexaniki və hidro-avtomatika sistemlərinin, o cümlədən nasos və boru armaturu avadanlıqlarının istehsalı, quraşdırılması və istismarı prosesləri araşdırılır. Texniki sistemlərin həyat tsiklinin bütün mərhələlərində baş verən qanunauyğunluqlar və kompleks asılılıqlar "etibarlılıq" nəzəriyyəsi kontekstində təhlil edilir. Eyni zamanda, tələbələrdə dialektik dünya görüşünün inkişaf etdirilməsi, mexaniki sistemlərin və intiqalların layihələndirilməsi sahəsində əldə edilmiş biliklərin sistemləşdirilməsi və mürəkkəb mühəndislik problemlərinə sistemli yanaşma vərdişlərinin formalaşdırılması təmin olunur. Bu fənn gələcək yüksəkixtisaslı mütəxəssislərə əlaqəli sahələri kompleks şəkildə tədqiq etməklə müasir sənayedə yüksək rəqabətqabiliyyətli və təhlükəsiz mühəndislik həlləri hazırlamaq bacarığı qazandırır.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.