Ümumi məlumat
- Fənn kodu
- MS1213
- Kredit
- 6
- Tələbənin iş yükü
- 0
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat – sərbəst iş b)45 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
“Optik Ötürmə Şəbəkələrinin (OTN) Arxitekturası” fənni yüksək sürətli məlumatların optik liflər üzərindən ötürülməsini təmin edən müasir optik nəqliyyat şəbəkələrinin quruluşunu, iş prinsiplərini və idarəetmə mexanizmlərini öyrənir. Fənn çərçivəsində OTN (Optical Transport Network) texnologiyasının əsasları, şəbəkə arxitekturası, optik ötürmə mühiti, məlumatların kapsullaşdırılması, multipleksləmə və kommutasiya prinsipləri araşdırılır.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.OTN şəbəkələrinin arxitekturası, əsas komponentləri və SİMühazirə
Optik Ötürmə Şəbəkələrinin (OTN) arxitekturası, əsas səviyyələri, funksional komponentləri və şəbəkənin idarə edilməsində Süni İntellektin (Sİ) tətbiq imkanları öyrənilir.
- 2.Müasir OTN şəbəkələrinin quruluşu və Sİ tətbiqi ilə inkişaf perspektivləriMühazirə
Müasir OTN arxitekturaları, yüksək tutumlu optik nəqliyyat sistemləri, avtomatlaşdırma və şəbəkənin inkişafında Sİ texnologiyalarının rolu araşdırılır.
- 3.Optik Ötürmə Şəbəkələrində (OTN) məlumatların ötürülmə prinsipləri və Sİ tətbiqiMühazirə
OTN şəbəkələrində məlumatların kapsullaşdırılması, ötürülməsi, çərçivələnməsi və trafik axınlarının idarə edilməsi prinsipləri, həmçinin Sİ əsaslı optimallaşdırma yanaşmaları araşdırılır.
- 4.AI Tədqiqatı ilə OTN şəbəkələrində multipleksləşdirmə və kommutasiya texnologiyalarıMühazirə
OTN-də məlumat axınlarının multipleksləşdirilməsi, kommutasiya mexanizmləri, optik-elektrik çevrilmələri və Sİ vasitəsilə resursların optimallaşdırılması məsələləri öyrənilir.
- 5.AI Tədqiqatı ilə OTN şəbəkələrində ODU, OPU və OTU strukturunun təşkiliMühazirə
OPU, ODU və OTU strukturlarının təyinatı, qarşılıqlı əlaqəsi, məlumatların xəritələndirilməsi və OTN çərçivəsinin formalaşdırılması prinsipləri öyrənilir.
- 6.OTN və DWDM texnologiyalarının qarşılıqlı əlaqəsi və Sİ tətbiqiMühazirə
OTN və DWDM texnologiyalarının funksional əlaqəsi, dalğa uzunluqlarının bölüşdürülməsi, yüksək tutumlu optik ötürmə və Sİ əsaslı resurs idarəetməsi araşdırılır.
- 7.AI Tədqiqatı ilə OTN şəbəkələrində trafiklərin idarə olunması və marşrutlaşdırılması məsələləriMühazirə
OTN trafikinin modelləşdirilməsi, marşrutlaşdırma, trafik mühəndisliyi, yük balanslaşdırılması və Sİ metodlarından istifadə etməklə optimal marşrutların seçilməsi məsələləri öyrənilir.
- 8.AI Tədqiqatı ilə OTN şəbəkələrində səhvlərin aşkarlanması və korreksiyasıMühazirə
Optik nəqliyyat sistemlərində ötürmə xətalarının yaranma səbəbləri, səhvlərin aşkarlanması və korreksiyası, FEC mexanizmləri və Sİ/ML əsaslı səhv proqnozlaşdırılması üsulları araşdırılır.
- 9.: AI Tədqiqatı ilə OTN şəbəkələrində etibarlılıq və şəbəkənin mühafizəsi .Mühazirə
OTN şəbəkələrində etibarlılıq göstəriciləri, ehtiyatlandırma, mühafizə mexanizmləri, nasazlıqların aşkarlanması və Sİ vasitəsilə şəbəkə təhlükəsizliyinin və dayanıqlılığının artırılması araşdırılır.
- 10.Sİ tətbiqi 5G -6G və yeni nəsil telekommunikasiya şəbəkələrində OTN texnologiyalarıMühazirə
OTN-in 5G, 6G və yeni nəsil telekommunikasiya infrastrukturlarında tətbiqi, yüksək tutum, aşağı gecikmə və şəbəkə dilimlənməsi tələbləri, Sİ əsaslı idarəetmə imkanları öyrənilir.
- 11.Optik Ötürmə Şəbəkələrində AI və ML Texnologiyalarının RoluMühazirə
Süni İntellekt və Maşın Öyrənməsi texnologiyalarının OTN şəbəkələrində monitorinq, optimallaşdırma, proqnozlaşdırma, nasazlıqların aşkarlanması və avtomatlaşdırmada tətbiqi öyrənilir.
- 12.AI Tədqiqatı ilə OTN şəbəkələrinin Ethernet texnologiyası ilə inteqrasiyası Gücləndirilmiş Öyrənmə (Reinforcement Learning / DRL) ilə Dinamik Resurs və Spektr Ayrılışı (RCSA)Mühazirə
OTN və Ethernet texnologiyalarının inteqrasiyası, müxtəlif trafik növlərinin daşınması, Gücləndirilmiş Öyrənmə (RL/DRL) vasitəsilə dinamik resurs və spektr ayrılması məsələləri araşdırılır.
- 13.Optik şəbəkələrdə OTN texnologiyasının üstünlükləri və çatışmazlıqları Şəbəkə qəzalarının və xətalarının AI/ML vasitəsilə Əvvəlcədən Təyini (Predictive Maintenance)Mühazirə
OTN texnologiyasının üstünlükləri və məhdudiyyətləri, şəbəkə qəzalarının və avadanlıq xətalarının əvvəlcədən müəyyənləşdirilməsi, proqnozlaşdırıcı texniki xidmət və AI/ML metodları öyrənilir.
- 14.Yeni nəsil OTN şəbəkələrinin perspektivləri və inkişaf istiqamətiAvtonom və Özünü İdarə Edən Optik Şəbəkələr (Zero-Touch / Autonomous OTN) və Generativ AI/LLM TətbiqləriMühazirə
Yeni nəsil OTN şəbəkələrinin inkişaf istiqamətləri, avtonom və özünüidarə edən optik şəbəkələr (Zero-Touch/Autonomous OTN), generativ Sİ, böyük dil modelləri (LLM) və intellektual şəbəkə idarəetməsi araşdırılır.
- 15.AI Tədqiqatı ilə OTN şəbəkələrinin idarə edilməsi və monitorinq sistemləri OTN şəbəkələrində sinxronizasiya və vaxtın idarə olunmasıMühazirə
OTN şəbəkələrinin idarəetmə və monitorinq sistemləri, performans göstəricilərinin izlənməsi, sinxronizasiya, vaxtın idarə olunması və Sİ əsaslı avtomatlaşdırılmış monitorinq mexanizmləri araşdırılır.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |