Ümumi məlumat
- Fənn kodu
- MS-1221
- Kredit
- 6
- Tələbənin iş yükü
- 0
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı və s.
Fənn haqqında
Bu fənn optik rabitə sistemlərində siqnalın gücləndirilməsi üçün istifadə olunan əsas optik gücləndiricilərin iş prinsiplərini, quruluşunu, xarakteristikalarını və tətbiq sahələrini öyrənir. Fənn çərçivəsində Erbium qatqılı lifli gücləndiricilər (EDFA), Raman gücləndiriciləri və yarımkeçirici optik gücləndiricilər (SOA) ətraflı şəkildə nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Optik gücləndiricilərin optik rabitə sistemlərində rolu, təsnifatı və tətbiq sahələriMühazirə
Optik gücləndiricilərin optik rabitə sistemlərində təyinatı, rolu, əsas növləri və tətbiq sahələri öyrənilir. Onların uzunməsafəli rabitə və optik şəbəkələrin fəaliyyətində əhəmiyyəti izah edilir.
- 2.EDFA-nın quruluşu və iş prinsipi. Erbium ionlarının enerji səviyyələriMühazirə
EDFA-nın quruluşu, erbiumla aşqarlanmış optik lifin xüsusiyyətləri və erbium ionlarının enerji səviyyələri əsasında optik gücləndirmə mexanizmi öyrənilir.
- 3.Optik gücləndirmənin fiziki əsasları. Stimullaşdırılmış şüalanma, udulma və spontan şüalanmaMühazirə
Optik gücləndirmənin fiziki əsasları, enerji səviyyələri, udulma, spontan və stimullaşdırılmış şüalanma prosesləri araşdırılır.
- 4.EDFA-nın nasoslama sxemləri və konfiqurasiyaları: ön, arxa və ikitərəfli nasoslamaMühazirə
EDFA sistemlərində ön, arxa və ikitərəfli nasoslama sxemlərinin quruluşu, iş prinsipi və əsas xüsusiyyətləri araşdırılır.
- 5.Optik gücləndiricilərin əsas parametrləri: qazanc, zolaq genişliyi, doyma, səs-küy əmsalı və çıxış gücüMühazirə
Optik gücləndiricilərin əsas texniki parametrləri və onların sistemin işinə təsiri öyrənilir. Qazanc, zolaq genişliyi, doyma, səs-küy əmsalı və çıxış gücünün mahiyyəti izah edilir.
- 6.EDFA-da qazancın doyuması, ASE səs-küyü, səs-küy əmsalı və qazancın spektral hamarlanmasıMühazirə
EDFA-da qazancın doyma mexanizmi, ASE səs-küyünün yaranması, səs-küy əmsalı və qazancın spektr üzrə hamarlanması üsulları öyrənilir.
- 7.EDFA-nın WDM və DWDM sistemlərində tətbiqi. Güc balansı və kanal bərabərləşdirilməsiMühazirə
EDFA-nın WDM və DWDM sistemlərində istifadəsi, optik kanallar arasında güc balansının təmin edilməsi və kanal səviyyələrinin bərabərləşdirilməsi prinsipləri araşdırılır.
- 8.Raman və EDFA gücləndiricilərinin müqayisəsi. Səs-küy, qeyri-xətti təsirlər və sistem inteqrasiyasıMühazirə
Raman və EDFA gücləndiricilərinin qazanc, səs-küy, qeyri-xətti təsirlər və sistemə inteqrasiya baxımından xüsusiyyətləri müqayisə edilir.
- 9.Raman gücləndirməsinin fiziki əsasları. Raman səpilməsi və qazanc spektriMühazirə
Raman gücləndirməsinin fiziki mahiyyəti, stimullaşdırılmış Raman səpilməsi və Raman qazancının yaranması prinsipləri öyrənilir.
- 10.Yarımkeçirici optik gücləndiricinin quruluşu və iş prinsipi. Daşıyıcıların dinamikasıMühazirə
SOA-nın quruluşu, yarımkeçirici materiallarda optik gücləndirmə prosesi və daşıyıcıların dinamikası öyrənilir.
- 11.Paylanmış və konsentrasiyalı Raman gücləndiriciləri. Nasoslama sxemləri və təhlükəsizlikMühazirə
Paylanmış və konsentrasiyalı Raman gücləndiricilərinin quruluşu, nasoslama üsulları, tətbiq xüsusiyyətləri və optik təhlükəsizlik məsələləri araşdırılır.
- 12.SOA-nın əsas xarakteristikaları: qazanc, doyma, zolaq genişliyi, səs-küy və polyarizasiyaMühazirə
SOA-nın əsas texniki parametrləri, qazanc və doyma xüsusiyyətləri, zolaq genişliyi, səs-küy və polyarizasiya asılılığı araşdırılır.
- 13.SOA tətbiqləri: dalğa uzunluğunun çevrilməsi, optik kommutasiya və siqnal regenerasiyasıMühazirə
SOA-nın dalğa uzunluğunun çevrilməsi, optik kommutasiya və optik siqnalların regenerasiyasında tətbiqi prinsipləri öyrənilir.
- 14.Tədris olunan mövzuların təkrarı və EDFA, Raman və SOA üzrə nümunəvi layihələrin müzakirəsiMühazirə
EDFA, Raman və SOA gücləndiriciləri üzrə öyrənilmiş nəzəri biliklər ümumiləşdirilir, nümunəvi layihələr və praktiki tətbiq məsələləri müzakirə edilir.
- 15.Gücləndirici seçimi və xətt layihələndirilməsi. Link büdcəsi, OSNR və ölçmə nəticələrinin təhliliMühazirə
Optik xətt üçün gücləndiricinin seçilməsi, link büdcəsinin hesablanması, OSNR göstəricisinin qiymətləndirilməsi və ölçmə nəticələrinin təhlili üsulları öyrənilir.
- 16.EDFA-nın nasoslama sxemləri və konfiqurasiyaları: ön, arxa və ikitərəfli nasoslamaMəşğələ
EDFA sistemlərində ön, arxa və ikitərəfli nasoslama sxemlərinin quruluşu, iş prinsipi və əsas xüsusiyyətləri araşdırılır.
- 17.Optik gücləndirmənin fiziki əsasları. Stimullaşdırılmış şüalanma, udulma və spontan şüalanmaMəşğələ
Optik gücləndirmənin fiziki əsasları, enerji səviyyələri, udulma, spontan və stimullaşdırılmış şüalanma prosesləri araşdırılır.
- 18.Raman gücləndirməsinin fiziki əsasları. Raman səpilməsi və qazanc spektriMəşğələ
Raman gücləndirməsinin fiziki mahiyyəti, stimullaşdırılmış Raman səpilməsi və Raman qazancının yaranması prinsipləri öyrənilir.
- 19.Yarımkeçirici optik gücləndiricinin quruluşu və iş prinsipi. Daşıyıcıların dinamikasıMəşğələ
SOA-nın quruluşu, yarımkeçirici materiallarda optik gücləndirmə prosesi və daşıyıcıların dinamikası öyrənilir.
- 20.Gücləndirici seçimi və xətt layihələndirilməsi. Link büdcəsi, OSNR və ölçmə nəticələrinin təhliliMəşğələ
Optik xətt üçün gücləndiricinin seçilməsi, link büdcəsinin hesablanması, OSNR göstəricisinin qiymətləndirilməsi və ölçmə nəticələrinin təhlili üsulları öyrənilir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |