Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Optik lif texnologiyalarıSillabus

MS-12206 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1220
Kredit
6
Tələbənin iş yükü
4
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b ) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 60 saat – sərbəst iş b) 75 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

Optik lif texnologiyaları fənni optik liflərin quruluşunu, iş prinsipini, əsas xüsusiyyətlərini və rabitə sistemlərində tətbiqini öyrənir. Fənn çərçivəsində optik siqnalların lif vasitəsilə ötürülməsi, işığın yayılma prinsipləri, optik liflərin növləri, lif-optik rabitə sistemlərinin komponentləri və onların texniki göstəriciləri nəzərdən keçirilir. Həmçinin optik kabellərin quraşdırılması, birləşdirilməsi, ölçülməsi, test edilməsi və texniki xidmət üsulları öyrədilir. Tələbələr optik lif texnologiyalarından istifadə etməklə yüksək sürətli və etibarlı rabitə şəbəkələrinin qurulması üzrə nəzəri və praktiki biliklər əldə edirlər.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri. Əsas anlayışlar və təyinlərMühazirə

    Optik telekommunikasiya sistemlərinin təyinatı, inkişaf istiqamətləri, əsas anlayışları və iş prinsipləri öyrənilir. Optik rabitənin əsas üstünlükləri və tətbiq sahələri izah edilir.

  2. 2.
    Optik şüanın optik lif üzrə yayılması prosesiMühazirə

    İşığın optik lifdə yayılması, tam daxili əksolunma hadisəsi, modlar və optik siqnalın lif boyunca ötürülməsi prinsipləri öyrənilir.

  3. 3.
    Optik telekommunikasiya sistemlərinin qurulma prinsipləriMühazirə

    Optik telekommunikasiya sistemlərinin struktur quruluşu, əsas elementləri və informasiya siqnalının optik mühitdə ötürülməsi prinsipləri araşdırılır.

  4. 4.
    Optik liflər. Optik konnektorlar, birləşdiricilər və passiv optik qurğularMühazirə

    Optik liflərin birləşdirilməsi üsulları, konnektorlar, muftalar, bölücülər və digər passiv optik qurğuların quruluşu və funksiyaları araşdırılır.

  5. 5.
    Optik liflərin təsnifatı və xarakteristikalarıMühazirə

    Optik liflərin quruluşu, növləri, təsnifatı və əsas texniki parametrləri öyrənilir. Birmodlu və çoxmodlu liflərin xüsusiyyətləri müqayisə edilir.

  6. 6.
    Optik Multipleksor və demultipleksorlarMühazirə

    Optik siqnalların multipleksləşdirilməsi və demultipleksləşdirilməsi prinsipləri, qurğuların quruluşu və optik rabitə sistemlərində tətbiqi öyrənilir.

  7. 7.
    Optik kommutatorlar. Fiberoptik çevirici açarlarMühazirə

    Optik siqnalların kommutasiyası, optik kommutatorların və fiberoptik çevirici açarların quruluşu və iş prinsipləri araşdırılır.

  8. 8.
    Optik lifli veriliş xəttinin (OLVX) monitorinqiMühazirə

    Optik veriliş xətlərinin texniki vəziyyətinin monitorinqi, nasazlıqların aşkar edilməsi və xətt parametrlərinin ölçülməsi üsulları öyrənilir.

  9. 9.
    Təkkvantlı optik şüa mənbəyiMühazirə

    Optik rabitə sistemlərində istifadə olunan optik şüa mənbələrinin iş prinsipi, xüsusiyyətləri və tək kvantlı işıq mənbəyi anlayışı öyrənilir.

  10. 10.
    PDH, SDH ierarxiya veriliş sistemləriMühazirə

    PDH və SDH rəqəmsal veriliş sistemlərinin quruluşu, iyerarxiyası, sinxronlaşma prinsipləri və əsas xüsusiyyətləri öyrənilir.

  11. 11.
    Optik lifli veriliş sistemlərində itkilərMühazirə

    Optik liflərdə siqnal itkilərinin yaranma səbəbləri, udulma, səpilmə və digər itki mexanizmləri araşdırılır. İtkilərin rabitə məsafəsinə və keyfiyyətinə təsiri öyrənilir.

  12. 12.
    Optik şəbəkə üzərində qurulan DWDM sistemləriMühazirə

    DWDM texnologiyasının iş prinsipi, müxtəlif dalğa uzunluqlarında optik kanalların eyni lif üzərindən ötürülməsi və şəbəkə tutumunun artırılması imkanları araşdırılır.

  13. 13.
    Optik gücləndiricilərMühazirə

    Optik siqnalın elektrik siqnalına çevrilmədən gücləndirilməsi prinsipləri, optik gücləndiricilərin növləri və onların tətbiq sahələri öyrənilir.

  14. 14.
    Tədris olunan mövzuların təkrarıMühazirə

    Fənn üzrə öyrənilmiş əsas anlayışlar, optik liflər, rabitə avadanlıqları, veriliş sistemləri, şəbəkə texnologiyaları və ölçmə üsulları ümumiləşdirilir.

  15. 15.
    Optik rabitə xətlərində ölçmələrMühazirə

    Optik rabitə xətlərində güc, itki, zəifləmə və digər əsas parametrlərin ölçülməsi üsulları və ölçmə vasitələri öyrənilir.

  16. 16.
    Optik şüanın optik lif üzrə yayılması prosesiMəşğələ

    İşığın optik lifdə yayılması, tam daxili əksolunma hadisəsi, modlar və optik siqnalın lif boyunca ötürülməsi prinsipləri öyrənilir.

  17. 17.
    Optik telekommunikasiya sistemlərinin qurulma prinsipləriMəşğələ

    Optik telekommunikasiya sistemlərinin struktur quruluşu, əsas elementləri və informasiya siqnalının optik mühitdə ötürülməsi prinsipləri araşdırılır.

  18. 18.
    Optik multipleksor və demultipleksorlarMəşğələ

    Optik siqnalların multipleksləşdirilməsi və demultipleksləşdirilməsi prinsipləri, qurğuların quruluşu və optik rabitə sistemlərində tətbiqi öyrənilir.

  19. 19.
    Tək kvantlı optik şüa mənbəyiMəşğələ

    Optik rabitə sistemlərində istifadə olunan optik şüa mənbələrinin iş prinsipi, xüsusiyyətləri və tək kvantlı işıq mənbəyi anlayışı öyrənilir.

  20. 20.
    PDH, SDH ierarxiya veriliş sistemləriMəşğələ

    PDH və SDH rəqəmsal veriliş sistemlərinin quruluşu, iyerarxiyası, sinxronlaşma prinsipləri və əsas xüsusiyyətləri öyrənilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5